Qaytarılmış
rayonlarımızın bərpasında dost-qardaş
ölkələrin iştirakı güclənir...
Azərbaycan Ordusunun
44 günlük Vətən müharibəsində
şanlı və tarixi qələbəsi
ilə torpaqlarımız işğaldan azad edildikdən sonra həmin
ərazilərin tezliklə bərpası və yenidən
qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması və məskunlaşdırılması,
regionun gələcək sosial-iqtisadi inkişafı hazırda əsas
müzakirə mövzsudur. Bütün bunlar isə olduqca çətin və yüksək məbləğdə
vəsait tələb edən prosesdir. Bu işə dövlətin imkanlarının
səfərbər olunması ilə yanaşı, digər
maliyyə mənbələrinin də cəlb edilməsi vacib və arzu
olunandır.
Artıq
azad olunmuş torpaqlarda bərpa işlərinə
başlanılıb. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin
dövlət büdcəsində 2,2 milyard
manat vəsait də ayrıdı. Bu ilin büdcəsində
də deyilən istiqamətb üzrə kifayət qədər
vəsait ayrılıb. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2020-ci ilin yekunlarına həsr
olunan videokonfrans şəklində
keçirilən müşavirədə dediyi
kimi: “Bizim
planlarımız böyükdür.
Müharibə başa çatıb. Bərpa
işləri artıq başlanıb və bu,
onu göstərir ki, bizim sözümüzlə əməlimiz
arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik
ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik.
Mən bu yaxınlarda demişdim
ki, biz Qarabağ
bölgəsində cənnət yaradacağıq və
sözümdə dururam. Bizim
hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.
Bu istiqamətdə çox mühüm qərar qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Bizə
dost olan ölkələr üçün həmin ərazilərdə
kifayət qədər imkanlar var
Bir sıra dost
ölkələr - Türkiyə, Pakistan,
İsrail, Macarıstan, İran,
İtaliya, Böyük
Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası
prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan
dövləti də dost ölkələrlə
bu sahədə əməkdaşlıq
etmək niyyətini açıqlayıb. Prezident
İlham Əliyev MDB Dövlət
Başçıları Şurasının iclasında
çıxışı zamanı bu barədə
öz fikrini bildirib: “Dost ölkələri
Azərbaycana cəlb edirik və cəlb
edəcəyik. Birinci kontrakt
Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan
olan bir şirkətlə
bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib
Azərbaycanın dostluq münasibətləri
saxladığı dövlətlərin, ölkələrin
başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak
etsinlər. Bərpa işlərini biz
özümüz, öz
vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik.
Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin
bərpasına dost ölkələrdən
olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə
bilsinlər və həmrəylik nümayiş
etdirsinlər, ona görə ki, biz, heç
şübhəsiz, bütün şəhərləri
bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik
və onu dünyanın ən inkişaf etmiş
regionlarından birinə çevirəcəyik”.
İkinci
Qarabağ savaşı həm də
Azərbaycan üçün dostlarını və
düşmənlərini tanımaq baxımından əhəmiyyətli
oldu. Savaş müddətində
dünyanın əksər ölkələri Azərbaycanın
haqq işinə dəstək verdilər, ancaq anti-Azərbaycan mövqeyi
tutan ölkələr də oldu. Onların sayı çox
olmasa da, Azərbaycan əleyhinə
Fransa senatı belə qətnamə qəbul
etdi. Təbii ki, bütün bunlar bizim haqq işimizə bir təsir göstərmədi. Qeyd olunduğu kimi, işğaldan azad olunmuş ərazilərimizin
bərpası prosesinə dost ölkələrin
şirkətləri daha çox
cəlb olunur.
Azad edilmiş ərazilərimizin
iqtisadi potensialı böyük
olduğuna görə, həmin ərazilərə
xarici sərmayənin cəlb edilməsi
imkanları da genişdir.
Bizə dost olan
ölkələr üçün həmin
ərazilərdə kifayət qədər imkanlar
var.
Nəzərdən
keçirdiyimiz dünya təcrübəsinə əsasən
qeyd edə bilərik ki, hərbi əməliyyatlar sona
çatdıqdan sonra qarşıya qoyulan ilk məqsəd
müharibədən çıxmış ölkə əhalisinin
ilkin ehtiyaclarını qarşılamaq, iqtisadiyyatı zəifləmiş
regionun inkişafını təmin etməkdir. Bu və sonrakı, yəni yenidənqurma mərhələlərində
xarici ölkələr, beynəlxalq qurum və təşkilatların müxtəlif
istiqamətli yardımları mühüm
rol oynayır.
Əcnəbi
şirkətlər azad edilən rayonlarımızın bərpasına
ciddi maraq göstərir
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən 110 xarici şirkət arasında aparılan sorğuda şirkətlərin 17%-i Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması, dağılmış infrastrukturun yenidən qurulması prosesinin bir hissəsi olmaqda maraqlı olduqlarını bildirib. Bu barədə "AHK Azərbaycan"ın "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı hesabatında bildirilir. Qeyd edilib ki, sözügedən 17%-in içində inşaat və İKT sektorunda fəaliyyət göstərən şirkətlər üstünlük təşkil edir. Respondentlərin 43%-i bu prosesdə iştiraklarının öz fəaliyyətlərinə uyğun layihələrin mövcudluğundan asılı olduğunu, bizneslərin 22%-i isə hesab edir ki, onların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dirçəlişində iştirak gələcəkdə mümkün ola bilər.
Sənəddə
qeyd edilir ki, şirkətlərin üçdə biri layihələrdə
baş podratçı/subpodratçı qismində
iştirak etməyi üstün tutur.
Əlavə edək ki, sorğuda iştirak edən xarici şirkətlər 19 ölkəni təmsil edib. İştirak edən ölkələrin TOP-5-də 28%-i Almaniyadan, 11%-i Böyük Britaniyadan, 11%-i ABŞ-dan, 6%-i İsveçrədən 5%-i isə Türkiyədən olub. Görünən budur ki, əcnəbi şirkətlər azad edilən rayonlarımızın bərpasına ciddi maraq göstərirlər.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2022.- 24
iyun.- S.7.