Azərbaycan diasporundan
böyük töhfə...
Müasir
beynəlxalq münasibətlər kontekstində hadisələrin
inkişafının qloballaşması, milli sərhədlərin
silinməsi, hətta insanların
dünyagörüşünün və həyat tərzinin
yeni standartlar üzrə formalaşması prosesi
özünü getdikcə daha qabarıq formada büruzə
verir.
Eyni
zamanda dövlətlər və regionlar ideyaların,
kapitalın, mal və məhsulların, texnologiyaların
axını üçün daha açıq və əlçatan
olur. Təsadüfi deyil ki, qloballaşmanı informasiyanın, pulun, insanların, digər maddi
və qeyri-maddi obyektlərin dövlət
sərhədlərindən hərəkəti kimi
də qəbul edir. Nəticə
etibarı ilə dövlətlər
arasında ənənəvi ikitərəfli və çoxtərəfli
əlaqələr yeni xarakter
alır. Bunun
əsasında beynəlxalq münasibətlərin yeni aparıcı subyektləri də meydana çıxır. Onların dünyada rolu daim və durmadan
artır. Söhbət diaspordan gedir.
Diasporumuzun təşkilatlanma prosesi
yeni vüsət alır
Bu gün beynəlxalq
münasibətlər sahəsində
aparıcı subyektlər
dedikdə, hadisələrin
gedişində müəyyən
rol oynamağa, təsir göstərməyə
qadir olan hər hansı bir orqan, təşkilat,
qrup, hətta konkret fərd başa düşülür. Başqa sözlə,
hər hansı bir sosial icma
və ya fərd öz qərarlarını qəbul
etməkdə müəyyən
dərəcədə muxtariyyətə,
beynəlxalq münasibətlərə
müəyyən təsir
gücünə malik
olduqda, onların hərəkətləri və
ya niyyətləri başqaları tərəfindən
nəzərə alındiqda
beynəlxalq müstəvidə
aparıcı subyekt kimi çıxış edə bilər. Məsələyə bu prizmadan yanaşdıqda diaspor daha çox diqqət cəlb edir.
Diasporlar
həmişə mövcud
olub, lakin bu gün dünyanın
qloballaşması fonunda
bu qüvvələrə
ictimai-siyasi, etnomədəni
proses kimi maraq hədsiz dərəcədə artıb.
Bu da təsadüfi
deyil və miqrasiya prosesinin aktivləşməsi ilə
bağlıdır. Məlumdur ki,
iqtisadi və siyasi qloballaşma şəraitində miqrasiya
prosesləri müasir
beynəlxalq münasibətlər
sisteminin formalaşmasında
mühüm rol oynamağa başlayıb.
Miqrasiya prosesləri ölkələrin
böyük əksəriyyətini
əhatə edir və qloballaşma prosesinin ən mühüm hissəsi kimi özünü göstərir. Son onillikdə
əhalinin beynəlxalq
hərəkatının intensivləşməsinin
nəticəsi ondan ibarət oldu ki, müasir dünya əsasən Qərbi Avropada təkcə milli dövlətlərdən ibarət
deyil, həm də çoxmillətli, rəngarəng
diasporalara malik konfessional dövlətlər
formalaşıb. Bu baxımdan diasporların artan rolu və
nüfuzu beynəlxalq
aləmdə son dərəcə
mühüm hadisədir.
Diaspor fenomeni təkcə miqrasiya ilə deyil. Vahid mədəni məkana
malik olmayan, əksər hallarda mədəni, sosial, iqtisadi təsirlərə
qarşı immunitetə
malik insanların
köçü fonunda
da diaspor formalaşır. Azərbaycan diasporu
ilə bağlı elə bu məqam
getdikcə özünü
daha qabarıq büruzə verir. Ancaq burada o da nəzərə alınır ki, tarixi vətənlərindən
kənarda yaşayan, mənsub olduğu xalqın bir hissəsini təmsil edən diaspor hansısa formada ev sahibi
cəmiyyətin həyatında
iştirak edir və transmilli miqyasda hadisələrə
təsir edir. Bu mənada diaspor
amili dövlətçiliyimizin
inkişafı və Azərbaycanın dünyadakı
nüfuzunun, təsir imkanlarının artması
yönündə mühüm
əhəmiyyətə malikdir.
Qeyri-rəsmi statistikaya görə
bu gün dünya üzrə sayı 60 milyona çatan azərbaycanlıların
qitələr üzrə
yayılma arealı genişlənib və təşkilatlanma prosesi buna uyğun olaraq reallaşır.
İndi diasporun aktiv təşkilatlanması prosesi
özünü qabarıq
büruzə verir.
Nəticədə diasporun fəaliyyət
göstərdiyi ölkədə
hadisələrə təsir
imkanları da artır. Bu da
sonda Azərbaycanın
beynəlxalq əlaqələrinin
daha da güclənməsinə
öz töhfəsini
verir.
Dövlət diaspor faktına
daim xüsusi diqqət edir
Azərbaycan dövlət olaraq da diaspor faktına
xüsusi diqqət edir, bu istiqamətdə
nəticəyə hesablanan
əməli addımlar
atır. Məsələn,
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri
Fuad Muradovun İsrailə son səfəri
bu müstəvidə
dəyərləndirilə bilər.
Səfər çərçivəsində o, İsraildəki Azərbaycanla
icma üzvləri ilə yanaşı, bu ölkənin n diaspor işləri üzrə naziri Naxman Şayla görüşüb. DİDK-in məlumatına görə,
görüşdə əməkdaşlığın
perspektivlərinə dair
müzakirələr aparılıb.
Azərbaycanda yəhudi icmasının,
İsraildə isə
Azərbaycan diasporunun
fəaliyyəti yüksək
qiymətləndirilib. Ölkəmizdən dünyanın müxtəlif
dövlətlərinə köçmüş
yəhudilərin həm
də Azərbaycan icması olaraq birgə layihələrə
cəlb edilməsi istiqamətində addımlar
atılmasının vacibliyi
diqqətə çatdırılıb.
Təbii
ki, birgə addımlar Azərbaycanla İsrailin etibarlı tərəfdaş olduqlarını
göstərməklə yanaşı,
onların dünyada mövelərinin daha da güclənməsinə
gətirib çıxaracaq.
Azərbaycan digər
dost və tərəfdaş
ölkələrlə də
münasibətdə eyni
addımlar atır. Bu da onunla nəticələnir ki, Azərbaycan diasporunun mütəşəkkilliyi daha
da gücləndir, qeyd edilən məqsədlə yeni yanaşmalar tətbiq edilir. Ölkəmiz nəzərə alır ki, diaspor
xalqların yaxınlaşması,
anlaşması, ölkələrarası
münasibətlərin qurulması
və dövlətlərarası
əməkdaşlığın inkişafında mühüm
amildir. Burada onu da xatırladaq ki, regional olaraq diaspor təşkilatları Xaricdəki
Azərbaycanlıların Koordinasiya
şuraları adı
altında birləşdirilib.
Qeyd edək ki, indi dünyanın
33 ölkəsini əhatə
edən 130 diaspor təşkilatını özündə
birləşdirən 14 Koordinasiya
Şurası fəaliyyət
göstərir. Onların əsas
hədəfi diaspor fəaliyyətini gücləndirmək,
lobbiçiliyi təşviq
etmək və vətəndaş cəmiyyəti
olaraq beynəlxalq təşkilatlara təsir
imkanlarını gücləndirməkdir.
Hazırda Azərbaycanın
dinamik inkişafı,
uğurlu daxili və xarici siyasət, regional və beynəlxalq əməkdaşlıq
manevrləri, həyata
keçirilən transmilli
layihələr ölkəmizin
xarici tərəfdaşlarının sayının
artması ilə müşayiət edilir. Bu fonda
Azərbaycan diasporunun
da təşkilatlanma imkanları daha asan reallaşır. Nəticə
etibarı ilə Azərbaycan diasporunun nüfuz və mövqeyi də güclənir. Bu da sonda Azərbaycanın dinamik inkişafına, dünyada
daha böyük nüfuz sahibinə çevrilməsinə gətirib
çıxarır.
Tahir TAĞIYEV
Bakı Xəbər .- 2022.- 30
iyun.- S.10.