Universitetlərimizdə elektron kitabxanalar...
Elə bir dövrdə yaşayırıq ki, informasiya texnologiyaları və kommunikasiyalar həyatımızın bir
parçasına çevrilib. Bu gün bütün sahələrdə informasiya
texnologiyalarının tətbiqinə
böyük üstünlük
verilir.
Xüsusən də ali təhsil
müəssisələrində yeni texnologiyalardan geniş istifadə olunmağa başlayıb.
Kitabxana informasiya sisteminin qurulmasında da müasir texnologiyalardan, kommunikasiya xəttlərindən
istifadə edilir.
Ali məktəblərdə
elektron kitabxana sisteminin vəziyyəti necədir?
Müasir tələblərə
uyğun olaraq Azərbaycan ali
məktəblərində kitabxanaların
elektronlaşdırılması prosesi gedir. Bəzi ali
məktəblərdə bu
proses tam olaraq başa çatmasa da, əksəriyyətində
başa çatıb
və tələbələr,
professor-müəllim heyəti
kitabxanalardan istifadə
edirlər. Ümumiyyətlə, uzun müddətdir
ki, Azərbaycan kitabxanalarının modernləşdirilərək
XXI əsrin tələblərinə
cavab verməsi istiqamətində işlər
görülür. Əlbəttə, hədəfə çatmaq
üçün böyük
yol keçmək lazımdır ki, tam mükəmməl bir elektron kitabxana sistemi yaratmaq mümkün olsun. Təbii ki, kitabxanalarda rəqəmsal kitabxana texnologiyalarının qurulması
tələbələrin, eləcə
də müəllimlərin
qarşısında daha
çevik informasiya almaq yolları açır. Xüsusən də gənclərin kitabxanalarda, xüsusilə
də akademik kitabxanalarda tədqiqatla məşğul olmaq imkanı əldə edirlər.
Bakı Dövlət
Universiteti başda olmaqla, ölkəmizin əksər ali
məktəblərində elektron
kitabxana sistemi qurulub ki, bu
da qeyd etdiyimiz
böyük inkişafdır.
Bakı Dövlət Universitetinin Elmi kitabxanası respublikanın
zəngin ali
məktəb kitabxanalarından
biridır. Bakı Dövlət Universiteti
1919-cu ildə yaradılıb
və həmin ildə onun strukturunda önəmli yeri olan kitabxana
təşkil olunub.
Tələbələrin və
professor-müəllim heyətinin
mədəni və mənəvi mərkəzi
olan Elmi kitabxana həm respublika ali
məktəb kitabxanaları
ilə, həm də 21 ölkənin 49 universitetivə beynəlxalq
nəşriyyatı ilə
informasiya mübadiləsi
aparır. Burada elektron kitabxana,
elektron kataloq və sair bölmələr
var ki, elektron
qaydada onlardan istifadə etmək mümkündür. Azərbaycan Dövlət
Pedoqoji Universitetinin də elektron kitabxanası var və kitabxana bütün sahələri
əhatə edir, zənginliyi ilə seçilir. Naxçıvan Dövlət Universitetinin də elektron kitabxanası qurulub.
UNEC-də Kitabxana-İnformasiya Mərkəzi
fəaliyyət göstərir.
Mərkəzin elektron resursları
və elektron xidmətləri çeşidlidir
və UNEC Kitabxana İnformasiya Mərkəzi
2019-cu ildə Əsaslı
kitabxananın bazasında
yaradılıb. Mərkəz
Azərbaycanın dövlət
siyasətini rəhbər
tutaraq universitetin tədris prosesinə, elmi-tədqiqat və innovativ fəaliyyətinə
uyğun olaraq fondunu Azərbaycan, ingilis, rus və
türk dillərində
kitab, kitabça, jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat və digər kitabxana-informasiya resursları
ilə formalaşdırır,
mühafizəsini və
ondan istifadəni təmin edir.
Özəl ali məktəblərin
də elektron kitabxanaları varmı?
Dövlət ali məktəbləri ilə
yanaşı özəl
universitetlərin də
elektron kitabxanaları yaradılıb.
Bir neçə il əvvəl
Azərbaycan Universitetində
kitabxana xidmətlərinin
veb mühitə daşınmasıyla, müasir
standartlara cavab verən tam elektronlaşdırılmış
kitabxana istifadəyə
verilib. Bu elektron
kitabxanaya dünyanın
istənilən nöqtəsindən
internet vasitəsi ilə
çıxış mümkündür.
Ölkənin digər
özəl ali
məktəblərindən biri olan “Odlar
yurdu” Universitetində
də elektron kitabxana qurulub. 2016-cı ildə açılışı olan
elektron kitabxana sistemindən tələblər
və müəllimlər
geniş şəkildə
istifadə edirlər.
Ekspertlər qeyd edir ki, ali məktəblərin
elektron kitabxana sistemləri ilə təmin olunmasının müsbət cəhətlərindən
biri odur ki, tələbələr
harada olduqlarından asılı olmayaraq rəqəmsal kitabxana xidmətlərindən rahat
şəkildə istifadə
edə bilirlər. Elekton kitabxanalara daxil olub müasir
təlabata uyğun kitab fondu ilə
tanış olmaq, sorğulara kitabxanaçı - biblioqrafın
köməkliyi olmadan
məsafədən operativ
cavab almaq mümkündür.
Universitetlərdə klassik kataloqlar
elektron kataloqlarla əvəz olunub. Oxucular müxtəlif aspektli sorğular apara bilər, elektron kataloq vasitəsilə məsafədən sifariş
verərək kitab hərəkətliliyini izləyə
bilərlər.
Elektron kitabxana sahəsində problemlər nədir?
Heç şübhəsiz, ölkəmizdə E-kitabxanaların formalaşması sahəsində problemlər də mövcuddur. Elektron kitabxana sisteminin problemləri haqda bir sıra mütəxəssislər elmi məqalələrlə çıxış ediblər və ölkəmizdə “Elektron kitabxanaların təşkili və formalaşması problemləri” adlı onlayn respublika elmi konfransı keçirilib. Əsas vurğulanan fikirlərdən biri odur ki, elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsi istifadəçilərə dünya informasiya məkanına daxil olması baxımında daha geniş imkanlar yaradır. Qeyd edək ki, kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 aprel 2007- ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamı və 6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Bu sənədlərlə və kitabxana işi ilə bağlı başqa proqramlarla sərəncamlarla Azərbaycanda kitabxana sistemi müasir dünya standartlarına uyğun formalaşmaqdadıdır. Bəzi nöqsanlar olsa da, onların da aradan qaldırılması üçün işlər görülür. Əsas odur ki, bu sahədə qanunvericilik bazası var...
İradə SARIYEVA
Bakı Xəbər
2022.- 11 mart.- S.12.