Vətəndaşların hüquqi savad və mədəniyyətinin
inkişafı dövlət siyasətinin prioritetləri
sırasında yer alır
Dünyanın
hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da
qanunun aliliyinin inkişafı, vətəndaş cəmiyyətinin
formalaşması və milli həmrəyliyin möhkəmləndirilməsi
yüksək hüquqi mədəniyyət tələb edir.
Bunsuz
cəmiyyətin əsas dəyər və prinsipləri olan
qanunun aliliyini, ictimai mənafelərin etibarlı müdafiəsini
təmin etmək mümkün deyil.
Vətəndaş
sülhünə və milli harmoniyaya xidmət edən
hüquqi maarifləndirmə xüsusi diqqət mərkəzində…
Qeyd edilənlər vətəndaşların hüquqi savadının inkişafınin nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Bu mənada Azərbaycanın dövlət siyasətinin prinsipləri, məqsədləri, əsas istiqamətləri və məzmununda vətəndaşların hüquqi savadının inkişafı mühüm yer tutur.
Əhalinin
yüksək səviyyəli hüquq mədəniyyətinin,
qanun-qaydaya riayət ənənəsinin, ictimai
davranışda bunun üstünlük təşkil etməsi
modelinin formalaşdırılması istiqamətində
mühüm addımlar atılır. Bu,
həm də cəmiyyətdə hüquqi
nihilizmin aradan
qaldırılmasına yönəlib. Belə hal Azərbaycanın müasir
sivil dövlət kimi
inkişafına müsbət təsir edir.
Məlumdur ki, ölkəmizdə bu xüsusda dövlət
siyasəti Azərbaycanın çoxmillətli əhalisinə,
ayrı-ayrı sosial qruplara
və hər bir vətəndaşa
münasibətdə həyata keçirilir. Bu fonda gənc nəslin hüquqi
şüurunun və hüquqi
savadının formalaşdırılmasına xüsusi
diqqət yetirilir. Bu durumda
rəsmi qurumlar, yerli
özünüidarəetmə orqanları,
hüquqşünasların peşəkar hüquq
icmaları və ictimai birlikləri, digər
təşkilatlar bir-biri ilə əməkdaşlıq
edərək dövlət siyasətinin həyata keçirilməsində
iştirak edirlər. Hquqi
maariflənmədə dövlət siyasəti vətəndaş
cəmiyyəti strukturları ilə sıx əməkdaşlıq
şəraitində həyata keçirilir.
Dövlət qeyri-hökumət təşkilatlarının
fəaliyyətini sosial tərəfdaşlıq
formasında dəstəkləyir ki, bu da hüquqi
mədəniyyətin yüksəldilməsində qarşıya qoyulan
məqsədlərə nail olunmasına öz töhfəsini verir.
Bunlara paralel olaraq dövlət vətəndaşların
hüquqi savadının
inkişafını, onların öz
hüquqlarının həyata keçirilməsinin mahiyyəti,
üsulları və hüdudları, inzibati
və məhkəmə icraatında qanunla
qorunan mənafelərini təmin edən
şərait yaradır. Dövlətin ən
mühüm vəzifəsi həm də vətəndaşların
irqindən, milliyyətindən, dilindən, dinə münasibətindən,
əqidəsindən asılı olmayaraq öz vəzifələrinə, icma qaydalarına əməl etmələrinin,
başqalarının hüquq və qanuni mənafelərinə hörmət
edilməsinin zəruriliyini təbliğ etməkdir. Bu zaman vətəndaşların
qanuni davranışını təmin etməyə
yönəlmiş çoxşaxəli fəaliyyətdə
milli-mənəvi dəyərlər,
əxlaq normaları rəhbər tutulur.
Müsbət hüquqi şüurun
formalaşması digər məsələlərlə
yanaşı, vətəndaş sülhünü
və milli harmoniyanı pozan
milli və dini
ekstremizmə qarşı sistemli tədbirlərin
görülməsi üçün də
münbit şərait
formalaşdırır.
Hüquqi nihilizm problem…
Yuxarıda qeyd
edilənlər fonunda vətəndaşların
hüquqi savadına təsir edən əsas
amillər də xüsusi diqqət mərkəzində
olmalıdır. Çünki hüquqi mədəniyyətin qeyri-kafi
səviyyəsi, Azərbaycan vətəndaşlarının hüquqi nihilizmi qanunun aliliyi prinsiplərinin
həyata keçirilməsinin təmin edilməsində ciddi problemdir. Hüquqi nihilizmin yayılmasına
şərait yaradan şərtlər qanunun tələblərinin qeyd-şərtsiz
yerinə yetirilməsinə təminat verən institusional
mexanizmlərin qeyri-kafi olmasıdır.
Hüquqi
nihilizm həm də mənəvi-əxlaqi dəyərlərə
zərbə vurur, bir çox neqativ sosial hadisələrin
meydana gəlməsində zəmin rolunu oynayır. Ölkəmizdə
hüquq mədəniyyətinin
formalaşmasına aşağıdakı amillər təsir
göstərir:
1) Tərbiyənin xarakteri və ailədəki mənəvi ab-hava, valideynlərin qanuna tabe olan davranışı; 2) Müxtəlif növ tədris müəssisələrində təhsilin və təlimin keyfiyyət səviyyəsi, o cümlədən tələbələr arasında hüquqi şüurun əsaslarının möhkəmləndirilməsi və inkişafı; 3) Əhalinin hüquqi savadını formalaşdıran əlçatan informasiya mənbələri; 4) Ədalət mühakiməsinin əlçatanlığı, pozulmuş hüquqların məhkəmədə müdafiəsi, məhkəmələrin və məhkəmə qərarlarını icra edən orqanların fəaliyyətinin qüsursuzluğu və səmərəliliyi; 5) Qanunvericiliyin aydınlığı, əlçatanlığı və səmərəliliyi, onun ölkədəki real iqtisadi və ictimai-siyasi vəziyyətə adekvatlığı, qanunvericilikdə ədalət və bərabərlik prinsiplərinin həyata keçirilməsi, hüquq normalarının vətəndaşların maraqlarına və ehtiyaclarına uyğunluğunun təmin edilməsi; 6) Vətəndaşların əksəriyyəti üçün həyati əhəmiyyət kəsb edən sahələrdə asayişin təmin edilməsi, əhaliyə xidmətdə normativ tələblərə əməl olunması; 7) vətəndaşlar üçün ixtisaslı hüquqi yardımın olması; vəkillərin və notariusların, digər özəl vəkillərin öz peşə fəaliyyətlərində qanun və peşə etikası normalarına ciddi riayət etmələri; 8) yaradıcı peşə sahiblərinin və onların birliklərinin, kütləvi informasiya vasitələrinin, efir və kabel yayımı təşkilatçılarının, nəşriyyat təşkilatlarının, reklam məhsulları istehsalçılarının qanuna tabe davranış modelinin fəal şəkildə təbliğ edilməsi. Bütün bu qeyd edilənlər hüquqi cəhətdən savadlı, qanuna tabe cəmiyyətin formalaşması üçün müstəsna önəm kəsb edir və hüquqi nihilizm problemini də əsaslı surətdə çözməyə imkan verir. Bununla cəmiyyətdə qanuna davamlı riayətin formalaşdırılması və hüquqi nihilizmin aradan qaldırılması kimi məqsədlərə nail olunur. Vətəndaşların hüquq mədəniyyəti, o cümlədən məlumatlılıq və hüquqi savadlılıq səviyyəsinin yüksəldilməsi baş tutur. Sosial davranışın əsas modeli kimi qanuna tabe olmağa cəmiyyətdə stimul yaranır.
Tahir TAĞIYEV
Bakı Xəbər .- 2022.- 14-16
may.- S.10.