QondarmaArsax” “mədəni irs mərkəzi” Azərbaycana böhtan atdı...

 

Qasım Hacıyev: “Qarabağdakı xristian abidələri elə alban abidələridir, bütün qədim kilsələr, monastırlar alban irsinə məxsusdur”

 

Birinci Qarabağ müharibəsindən sonra, yəni ərazilərimiz işğal altında olduğu dövrdə Eçimədzin kisəsinin fitvası ilə  Erməni Qriqoryan Kilsəsinin “Qarabağ yeparxiyası” ortaya çıxdı.

 

Qarabağda qədim dövrə aid erməni kilsəsi olmadığı halda onlar kilsə iddiasına düşdülər və qədim alban kilsələrini kütləvi olaraq “erməni kilsəsi” kimi qələmə verməyə başladılar, hətta bunusübut etmək” üçün işğal dövründə kilsələrin binasına saxta xaçkarlar vurmağa başladılar, kilsələrin memarlıq quruluşuna əl gəzdirdilər...İşğal dövründə alban kilsələrini mənimsəmələri az imiş kimi, 44 günlük Vətən  müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad edən Azərbaycanı “işğalçı” adlandırmaqdan da çəkinmirlər. Azərbaycan təkcə torpaqlarını yox, həm də salamat qalan abidələrini, kilsələrini, məscidlərinin qalıqlarını  sair azad etdi. 44 günlük müharibədən sonra ermənilər haray salmağa başlayıb ki, Azərbaycan Qarabağdakı guya “erməni kilsələr”ini albanlaşdırır. “Ermənistanın səsi” iddia edir ki, guya Hadrutda “Müqəddəs dirilmə” “erməni kilsəsi”ni Azərbaycan albanlaşdırır. Guya Azərbaycanın “erməni kilsələr”ini albanlaşdırmaq planları var. Bunlar azad ərazilərimizdə alban abidələrinin, kilsələrinin bərpasını, ora ziyarətlərin təşkil edilməsini, habelə ölkəmizdə alban xristian kilsəsinin statusunun özünə qaytarılması, bu kilsəsinin Erməni Qriqoryan Kilsəsinin əsarətindən xilas edilməsi barədə ictimai müzakirələri “erməni kilsələrinin” albanlaşdırılması planı hesab edirlər. O kilsələr zatən alban kilsələridir, bunun sübuta ehtiyacı yoxdur. Məsələ burasındadır ki, bu kilsələrin ermənilərə aid olduğunu heç bir mənbə təsdiqləmir. Digər tərəfdən də, Hadrutdakı kilsələr erməni kilsələri olsaydılar oraları zibilliyə, heyvan saxlanan yerə çevirməzdilər...   

 

Kor tutduğunu buraxmayan kimi, bu ermənilər də artıq mövcud olmayanArsaxdan, onun olmayan qurumlarından yapışırlar. Guya “Arsaxın Mədəni İrsin Mühafizəsi üzrə Dövlət Şurası” var və Azərbaycanın da bu “planı” barədə buqurum  məlumat verib.  Erməni mediası yazır ki, Azərbaycan dövlətinin Azərbaycan mütəxəssislərinin iştirakı ilə Qarabağ İqtisadi rayonu ərazisində arxeoloji qazıntılar təşkil etmək  Qarabağda Alban mədəniyyəti muzeyi yaratmaq niyyəti var. Belə bir plan varsa, ondan ermənilərin niyə narahat oduğu sual doğurur. Bu torpaqlarda qədim xristian albanlar da yaşayıb burada öz mədəniyyətini yaradıblar. Azərbaycan Respublikası guya Qarabağ ermənilərininqədim mədəni mənəvi irsini kobud şəkildə təhrif etməkdə mənimsəməkdə davam edir”.

 

Guya 2000-dən çoxerməni abidəsinintaleyiciddi təhlükə altdadır”, “onların arasında 13 monastır kompleksi, 122 kilsə, 52 qala 523 xaçkar var”. İddia edirlər ki, guyaerməni irsialbanlaşdırılır, udiləşdirilir. 

 

Bu rəqəmləri haradan çıxardıqları məlum deyil, amma cəfəng danışdıqları məlumdur.

 

Hazırda onların əndişəsi odur ki, vaxtsa Azərbaycanda alban xristian kilsəsinin müstəqilliyi bərpa oluna oğurladıqları irs əllərindən çıxa bilər

 

AMEA-nın Qafqaz Tarixi İnstitutunun  Qafqazşünaslıq şöbəsinin müdiri, “Qarabağ tarixidərsliyinin müəllifi,   professor Qasım HacıyevBakı-Xəbər”ə şərhində bildirdi ki, haylar xristian həmrəyliyindən sui-istifadə edib öz yalançı niyyətlərini təbliğ etməkdən, özlərini Qarabağınyerli əhalisikimi qələmə verməkdən əl çəkmirlər.  Q.Hacıyevin sözlərinə görə, indiyə qədər qurduqları səhnəciklərin, yaratdıqları şouların onlara qədər baha başa gəldiyini gördükləri, bildikləri halda yenə avantüralarından əl çəkmirlər. Erməni mediasının bu iddia ilə bağlı yazıya qoyduğu fotoya baxıram, gənclərin əlinə plakat verib onları indidən yalana, şərə öyrədirlər. Hazırda  sülhdən danışılır, amma bu vəziyyətdə onlar türk düşmənçiliyindən, antiazərbaycan mövqeyindən əl çəkmək istəmirlər. Bir qrup revanşist, daşnak ortaya düşüb gəncləri qızışdırır ki, antiazərbaycan şüarları səsləndirsinlər, guya Azərbaycan  erməni kilsələri”ni albanlaşdırır sair. Bu absurd yanaşmadır. Revanşizm, daşnakizm, düşmənçilik nifrət Ermənistan dövlətinin özünə imkan vermir ki, düşdüyü çuxurdan çıxsın. Məsələ burasındadır ki, Qarabağda heç bir qədimerməni irsi”, “kilsəsiyoxdur. Onlara dəfələrlə başa salınıb ki, Qarabağ erməni torpağı deyil, orada erməni irsi yoxdur, oradakı xristian abidələri , müsəlman abidələri Azərbaycana məxsusdur. Hadrutda, Şuşada, Qarabağın başqa yerində qədimerməni kilsəsi” var. Onlar bunu bilə-bilə əgər Hadrutdakı, Şuşadakı kilsələrin dərdini çəkirlərsə, buna ehtiyac yoxdur. O kilsələr Azərbaycan-türk xalqının abidəsidir. Haylar indiyə qədər arqumentlə, faktla heç nəyi sübut edə bilməyiblər, sadəcə cəfəng fikirlər söyləməyi davam edirlər. Guya Azərbaycan xalqı dünyaya müsəman kimi gəliblər, oradakı xristian mədəniyyətinin onlara aidiyyatı yoxdur. Belə absurd iddialar ortaya qoyurlar. Hay alimləri ideoloqları gənclərin beynini zəhərləyirlər. Uydurmalar əsasında yazdıqları saxta tarix çox zərərlidir”.

 

Q.Hacıyev əlavə etdi ki, Azərbaycan dövləti Qarabağdakı bütün abidələrin, islamxristian irsinin sahibidir və onların bərpası ilə də dövlət məşğul olur. Azərbaycan ərazisindəki alban irsinin erməniləşdirilməsinin faydasız olacağını deyən Q.Hacıyevin sözlərinə görə, ölkəmizdə rəsmən Alban-Udi Xristian icması fəaliyyət göstərir və onlar alban dövrü monastrları, abidələri ziyarət edirlər, bu da erməniləri narahat edir: “Qarabağdakı xristian abidələri elə alban abidələridir, bütün qədim kilsələr, monastırlar alban irsinə məxsusdur. Bu abiədlərin statusu, adı, ünvanı özlərinə qaytarılıb və onlar bizim tariximizin bir parçasıdır. Qarabağda Alban mərkəzi yaradılarsa bundan haylara nə? Onlara bu işin nə aidiyyatı var? Alban mədəniyyətinin, tarixinin düşməni isə haylardır. Hazırda onların əndişəsi odur ki, nə vaxtsa Azərbaycanda alban xristian kilsəsinin müstəqilliyi bərpa oluna və oğurladıqları irs əllərindən çıxa bilər. Bütün alban irsinə sahib olublar, alban kilsəsinin nəyi olubsa hamısını mənimsəyiblər. Amma bu uzun sürməyəcək və hay kilsəsi gec-tez oğurladıqlarını qaytaracaq. İndi qabaqdangəlmişlik edib yalan dolu saxta siyahı yayırlar. Amma bu siyahının heç bir təsiri yoxdur. Saxta sənəd saxta pul kimidir, dəyəri yoxdur.

 

Yadınıza gəlir, Şahbulaq ətrafında “Tiqranakert” “tapmışdılar”, bundan başqa Qarabağın başqa yerlərində, o cümlədən də Şuşa ətrafında qanunsuz qazıntılar aparıb ortayayeni arxeoloji nümunələr, tapıntılar” çıxarmışdılar. Bu isə gülüncdür. Azərbaycana iftira atmaqla özlərini gülünc vəziyyətə salırlar”.

 

Q.Hacıyev qeyd etdi ki, Sovet dövründə bizim arxeoloqlar Qarabağda, Qarabağ ətrafında saysız arxeoloji qazıntılar aparıblar. O vurğuladı ki, Rəşid Göyüşov, Məmmədəli Hüseynovbaşqa arxeoloqlar, tarixçilər arxeoloji tədqiqat aparıb oranın abidələrini də, tarixini   də öyrəniblər. “30 ildə ermənilər oranı dağıdıblar, arxeoloji, tarix-mədəniyyət abidələrinə divan tutublar. Qanunsuz qazıntılar apardılar və hər yeri dağıtdılar. Bunlar qəbirləri, memarlıq abidələrini sökən yırtıcı bir tayfadır. İndidurub yalan danışmaqla məşğul olurlar. Bu irs heç zaman onların olmayıb, haylar son 30 ildə onlara sahib durmuşdular, indio irs yenidən əsl sahibinə qayıdıb”-deyə Q.Hacıyev qeyd etdi.

 

İradə SARIYEVA

Bakı Xəbər  2023.- 9-11 dekabr, (¹ 224).- S.11.