Zəngəzur mahalının işğalı...

 

 

1828-ci ilədək Qarabağ xanlığı inzibati-ərazi vahidi kimi Bütöv Azərbaycanın tarixi-coğrafi bölgəsi olan Zəngəzur mahalının şərq hissəsini də (Basarkeçər dağlıq silsiləsinin şərq qurtaracağından cənuba doğru-Mehri dağlıq qurşağının Araz çayına qovuşan ətəklərinədək, Mehri nahiyəsi əraziləri daxilində) əhatə etmişdir.

 

Bölgə çar Rusiyasının işğalı nəticəsində, 1826-1828-ci illərdə Qacarlar sülaləsinin İran dövləti ilə Rusiya arasındakı müharibənin nəticəsində bağlanılmış 13 fevral 1828-ci il tarixli Gülüstan müqaviləsinə əsasən idarəetmə sistemi dəyişilərək 1830-cu ildən başlayaraq Yelizavetpol quberniyasına daxil edilmiş, ərazisində Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan köçürülən 4 mindən çox ibtidai insan-hay sürüsü qəbiləsi yerləşdirilmişdir.

 

Qərbi Azərbaycanın Dərələyəz (Küküdağ zirvəsi, 3113 m) və Basarkeçər dağlıq silsilələrinin (Basarkeçər zirvəsi, 3522 m) cənub-şərq, cənub ətəklərindən Araz çayınadək, eləcə də Zəngəzur sıra dağlarının suayrıcısından (Qapıcıq-3906 m və Qazangöl-3829 m zirvələrindən) Şərqə doğru Qarabağ dağlıq yaylasının qərb yamaclarınadək əhatə edən sahə, o cümlədən Sisakan yaylası, (Dəvəbeli zirvəsi, 3300 m), ümumilikdə tarixi-coğrafi Zəngəzur bölgəsi e.ə. III-II minilliklərdə müasir Bütöv Azərbaycanın Türk-Müsəlman xalqının milli-etnogenezisini formalaşdıran qəbilə-tayfa, dövlət birliklərinin-Midiya, Atropatena, Skif-Sak-İskit, Kimmer-Massaget, Xəzər, Albaniya...ali idarəetmə sistemlərinin mövcud olmuş məkan hüdudlarıdır.

 

Qarakilsə/Sisakan, Qapan, Mehri, Gorus, Laçın, Qubadlı və Zəngilan nahiyələrini (Oxçuçay, Bazarçay, Həkəri və Araz çay hövzələrini) əhatə edən, 4505 kv.km ərazisi olan bu bölgənin şərq hissəsi Qarabağ bəylərbəyliyinin (XV-XVII əsrlərdə) və xanlığının (XVIII-XIX əsrlərdə) tabeliyində, qərb hissəsi isə Çuxur-Seyid/Səəd bəylərbəyliyi və Naxçıvan/İrəvan xanlıqları idarəçiliyində olmuşdur.

 

Təbii-coğrafi şəraitinin özünəməxsusluğu, relyef-landşaft strukturunun mürəkkəbliyi, tarixi maddi-mədəni irsinin qədimliyi, etno-milli demoqrafik tərkibinin dəyişməzliyi...ifadə olunan Zəngəzur bölgəsi Türk-Müsəlman dünyası mədəniyyətinin təşəkkülü mərhələsini də özündə yaşatmaqdadır.

 

Qara dəniz hövzəsini əhatə edən ərazilərdə məskunlaşmış əski Türkdilli tayfalardan olan İskit/Sak tayfalarının məskunlaşma ocağı-Sisakan ərazisi (“Syunik/SüniktoponimiSisakan” terminindən yaranmışdır) və ya Sünik yaylası Zəngəzur mahalı daxilində tarixi-coğrafi əhəmiyyət kəsb etmişdir (S.V.Yuşkov, “Qədim Albaniyanın sərhədləri barədə”, SSRİ EA-nın Tarixi icmalı, Moskva şəhəri, I cild, 1937-ci il, səh.137).

 

Sünik/Syunik ərazisinin əslində Sisakan (“Sakların ocağı” anlamını verən) mahalı ilə eyni coğrafi məkan olduğunu VII əsr Alban tarixçisi M.Kalanğatlının “Alban tarixi” (ak.Z.M.Bünyadovun (1921-1997) tərcüməsi, 1993-cü il, səh.33), tarixçi, din xadimi S.Orbelyanın (1250-1304) “Sisakan vilayətinin tarixi”, Venetsiya şəhərindəki Katolik Mxitarlar məclisinin, Moskva Arxeologiya Cəmiyyətinin üzvü Q.Alişanın (1820-1901) “Sisakan” (Venetsiya şəh., 1893) əsərlərində də qeyd edilmişdir.

 

Hazırda Qapan şəhərindən 1 km Şərqdə, Oxçu çayının sol sahilində Syunik/Sünik  kəndi yerləşir.

 

Sisakan/Syunik yaylasında aşkar edilən eramızdan əvvəlki minilliklərə aid  daş-qaya (qəhvəyi və qara rəngli) lövhələrində nəqşlənən (ceyran, qurd, at, qoç, dağ keçisi...) rəsmləri Qobustan qayalarının oxşarı kimi qiymətləndirilir, tapılma tarixləri də eynidir, 1967-1968-ci illərdə, Dəvəbeli yaylaqlarında, Keşişkənd, Qarakilsə nahiyələrində, Arpa, Alagöz, Bazarşay çaylarının mənbələri yaxınlığında. El arasında “keçi hərflərlə” işarəli qayaüstü rəsmlərin-naxışların həkk olunduğu bu daş “abidə”lərlə (piktoqramlarla) yanaşı ərazidə əski yurd ocaqları, qəbirlər, ibtidai daş hörgülü bünovrələrə də rast gəlinir ki, bu qiymətli artefaktla bağlı hələ XX əsrin əvvəllərində ilkin tarixi-arxeoloji araşdırmalar aparılmışdır.

 

Maddi-tarixi zənginliyi ilə fərqlənən Zəngəzur mahalı tarixi dövrlərdə idarəetmə sisteminin etno-milliliyi ilə də seçilmişdir.

 

Orta əsrlərin son mərhələsində (XV-XVI əsrlərdə) Göyçə mahalı (Qaraqoyunlu vadisi, Şahdağ hövzəsi, Basarkeçər dağlıq silsiləsi...), Qarabağ, Şərur-Dərələyəz mahalı isə (Ağrıdağ-Arazboyu düzənliyi, Ağbaba-Şörəyel, Zəngi nahiyələri, Arpaçay hövzəsi...) Çuxur-Seyid/Səəd bəylərbəyliklərinin inzibati-ərazi vahidlikləri hüdudlarına daxil olmaqla Zəngəzur mahalının şərqi - Qarabağ yaylası, Bərgüşad çayı ətrafları...), eləcə də qərb və şimal-qərb hissələri (Qazangöl yüksəkliyi, Mehri dağlıq silsiləsi (ən uca zirvəsi Bəyboğan, 3249 m), Oxçuçay və Gığıçayın yuxarı axarları...) bu idarəetmə sistemləri arasında bölünmüşdür.

 

Əski tarixi mənbələrdə qeyd olunduğu kimi, Türkdilli tayfalardan olan Skit/Sak qəbilələrinin coğrafi məkanlarından biri olan tarixi Sisakan/Sakasen bölgəsi bu döyüşcül və tərəkəmə elatının nəinki Böyük Qafqazın cənub yamaclarında (Sakaşena/Şəki şəhəri, Ləngəbiz yaylasında Sakqalan dağı...), Qarabağ dağlıq silsiləsi və yaylasında (ƏrSak/ArSak mahalı), həm də Qərbi Azərbaycanın Oxçuçay, Bazarçay və Gığıçay hövzələrində məskunlaşdıqları Sakı/Şəki kəndi... timsalında Türk-Müsəlman dünyasının bir parçası kimi (eyni zamanda Syunik/Zəngəzur hövzəsi timsalında) tarixi-coğrafi dəyər kəsb etməkdədir. Məhz bu baxımdan (mühüm strateji əhəmiyyətliliyi nəzərə alınmaqla) Sisakan/Syunik/Zəngəzur mahalı ayrı-ayrı dövlətlərin siyasi-hərbi maraqlarına hədəf olmuş, ilk növbədə hay kilsəsinin kəşfiyyat səciyyəli məlumatları və xəyanətkar fəaliyyəti nəticəsində iri dövlətlərin siyasi-hərbi toqquşma meydanına çevrilmişdir.

 

Orta əsrlərin son mərhələsində (XVII-XVIII əsrlərdə) Çar Rusiyası bu sırada xüsusilə fərqlənmişdir. Tarixi faktlar bir daha sübut etmişdir ki, mürtəce və dinsiz hay kilsəsi məhz Qarabağ/Zəngəzur bölgəsinin hay icmalarının qüvvəsindən istifadə edərək XVII-XVIII əsrlərdə Rusiya hökmdarı I Pyotrla (1672-1725) sıx siyasi-hərbi əlaqələr yaratmaqla (eləcə də, həmin dövrdə Gürcüstan hakimi VI Vaxtanqla 22 may 1722-ci ildə görüşməklə) Bütöv Azərbaycan dövlətçiliyinin parçalanmasını qarşısına məqsəd qoymuşdur. Məhz bu niyyətlə 2 min nəfərlik nizami-silahlı dəstələr Tiflis şəhəri istiqamətindən Gəncə şəhərinə yürüş edərək Ağsuçay-Gəncəçay sahillərində hərbi düşərgələrdə yerləşdirildi, ətrafdakı hay quldur birləşmələri ilə birlikdə zərbə qüvvələri yaratdılar. I Pyotrun hərbi-taktiki məqsədlərinə (silah-sursatal təmin edilməklə) uyğun olaraq birləşmiş gürcü-hay silahlılarının QarabağaÇuxur Seyid/Səid bölgələrinə təşkil edilən hücumlarına qoşulan yerli hay məlikləri təlimlərini Gəncəsər-Alban məbədini özünə qərargah etmiş baş hay keşişi  Esayi Cəlalyandan alırdılar. Onlara kömək üçün Şirvan mahalından Avan yüzbaşı və keşiş Minas başda olmaqla hay sürüsünün silahlıları  da qoşulmuşdular.

 

HAŞİYƏ. 1871-1877-ci illərdə Moskva Dövlət Universitetinin rektoru olmuş tarixçi S.M.Solovyov (1820-1879) özünün “Qədim dövrlərin Rusiya tarixi” əsərində yazır ki, çar I Pyotr işğal etdiyi ərazilərdə siyasi-iqtisadi və hərbi baxımdan möhkəmlənmək üçün xristian əhalisinin yerləşdirilməsi ilə müsəlmanların sayının azaldılması siyasətini həyata keçirib. Biz görürük ki, bu işdə imperator erməniləri seçib, XVII-XVIII əsrlərdə bu istiqamətdə tərəflər arasında sıx münasibətlər yaranıb.

 

“Xəzər yürüşü   uğurla başlayan I Pyotr 22 avqust 1722-ci ildə Dərbənd şəhərini işğal edərək, Cənuba doğru irəliləyib, Ataçay-Altıağac keçidini aşaraq Şirvan ərazisinə keçməklə Gəncə şəhəri ətrafında toparlanan gürcü-hay qüvvələri ilə birləşmək niyyətini güdüb. Əsas məqsəd isə gürcü-rus-hay hərbi birliyinin Qarabağ-Çuxur Seyid/Səid bəylərbəylikləri üzərinə hücumu təşkil etmək olub. Çünki hay keşişi Pusiya hakimini Gəncə şəhəri ətrafında 40 min nəfərlik döyüşkən gürcü-hay qruplaşmasının olduğuna inandırmağa çalışıb.

 

Amma Rusiya ordusunun kəşfiyyat məlumatları əsasında hay kilsəsinin riyakar söyləmələri təsdiqini tapmadığı üçün I Pyotr Abşeron yarımadasında az sayda hərbi qüvvələr saxlamaqla geri qayıtmağa məcbur oldu...

 

Bir cəhət də qeyd olunur ki, I Pyotrun hərbi yürüşündə iştirak edən hay silahlılarının (Petros di Sərkis Gilanentsin (1665-1724) başçılığı ilə) təşkil və idarə edilməsi Həştərxan şəhərində yuva qurmuş hay kilsəsi (baş keşiş Minas Tiqranyan) tərəfindən həyata keçirilib, eləcə də Rusiya çarı hərbi attaşe kimi Ovannes Şirvanyanın “məsləhətləri”ndən, başçılıq etdiyi I “erməni” süvari dəstəsindən istifadə edib. Onun bilavasitə başçılığı ilə ŞirvanQarabağ haylarından ibarət 2 minlik silahlı Zəngəzura basqınlarda, Voratnaberd qalasına hücumlarda iştirak edib. 1723-cü il 3 iyunda I Pyotr tərəfindən xislətlərinə xas əməllərinə uyğun mükafatla -Fərmanla O.Şirvanyan təltif edilib.

 

Rusiya hay kilsələrinin baş keşişi M.Tiqranyan (1658-1740) Sünik/Zəngəzur mahalında Qarakilsə/Sisakan nahiyəsinin Bazarçay çayının sol sahilində, nahiyə mərkəzindən 14 km qərbdə yerləşən Önqalayurd kəndində keçirilən (aprel, 1699-cu il) gizli tədbirin iştirakçısı olub, bu yığıncaqda Səfəvilər imperiyasının süqutu naminə “erməni” qüvvələrinə siyasi və hərbi dəstək göstərilməsi üçün Qərbi Avropa ölkələrinə və Rusiyaya müraciət qəbul olunub. Təkliflər qəbul ediləcəyi təqdirdə hay kilsəsi və hay sürüsü tərəfindən onlara hərtərəfli kökəklik göstəriləcəyinə “sidqi-ürəklə” vəd verilib...

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

(Ardı var)

Bakı Xəbər .- 2023.- 16-18 dekabr, (¹ 229).- S.12.