“Xatirə Kitabı” redaksiyası şəhidlərə həsr olunmuş 4 filmi təqdim edib

 

Dekabrın 20-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi RespublikaXatirə KitabıredaksiyasınınVətən daşı... ya 44 günün dastanılayihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olunub. Bu filmlər Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov Mətləb Quliyevin şərəfli həyat döyüş yolunu özündə əks etdirir.

 

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin şəhid ailələrinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu memarı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış onun xeyir-duası ilə fəaliyyətə başlamış RespublikaXatirə Kitabıredaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir insanın tarixləşən həyatını özündə ehtiva edir.

 

Qeyd edilib ki, bu kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı görülür.

 

Z. Eldarqızı bildirib ki, RespublikaXatirə KitabıredaksiyasıBakı-Xəbərqəzeti ilə birgə layihə əsasındaŞəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab çap edib bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür.

 

Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı-Xəbərqəzetinin baş redaktoru Aydın Quliyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar hərbi qulluqçuların ailələri ilə üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, filmlərin ssenari müəllifi rejissoru Vüsal Nuru, “Xatirə Kitabıredaksiyasının baş redaktoru Nəzakət Məmmədova başqaları çıxış edilər.

 

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində RespublikaXatirə Kitabı”nın iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, RespublikaXatirə Kitabı” yaddaşımızın abidəsi adlandırırlar. Xatirə kitablarının nəşri həm ona dəlalət edir ki, heç kim unudulmur, heç yaddan çıxmır!.

 

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika “Xatirə Kitabı” redaksiyasının ümdə işidirredaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss edir, bu istiqamətdə araşdırma işləri aparırbu ənənəni hazırda da davam etdirməkdədir.

 

Natiqlər Respublika “Xatirə Kitabı” redaksiyasının “Vətən daşı... və ya 44 günün dastanı” layihəsini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, belə layihələr əsasında çəkilən bu filmlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

 

Sonra Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirən filmlər nümayiş olunub.

 

Qeyd edək ki, təqdim olunun bu filmlərin layihə müəllifi və direktoru “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.

 

 

           İradə Sarıyeva

 

Bakı Xəbər  2023.- 21 dekabr.- S.11.