65 yaşlı qazi jurnalist - Elçin Məmmədli...

 

“Mən heç vaxt paxıllıq nədir bilməmişəm, cavan qalmağımın da sirri paxıl olmamağımdır”

 

“Təzadlar” qəzetinin əməkdaşı, Birinci Qarabağ müharibəsi qazisi, jurnalist Elçin Məmmədlinin 65 yaşının tamam olduğunu eşidəndə qulağımıza inanmadıq, dedik redaksiyaya dəvət edib yaşını onun özündən soruşaq.

 

İnsana dünyada yaxşılıqdan başqa heçqalmayacaq

 

- Elçin bəy, sözümüzü qəribliyə salmayın, Sizin 65 yaşınızın tamam olduğuna niyəsə inanmaq olmur. Deyəsən, heç özünüz də yaşınızı hiss etmirsiz

 

- Həyatımız elə keşməkeşlidir, problemlərin içində o qədər çabalayırıq, “sabah hər şey daha yaxşı olacaq” deyə-deyə yaşayırıq ki, ömrün necə keçdiyini hiss etmirik, birgözümüzü açıb baxırıq ki, yaş 65-dir. Amma o enerji, o həvəs, gənclik ruhu hələ də canımdadır, 25-30 yaşımda nə edirdimsə, indi də onların hamısını edirəm. Cavan vaxtı da gündə turnikdən 5-6 dəfə dartınırdım, indi də dartınıram.

 

- Hansı möcüzə baş verib ki, ruhən cavan qalmısınız?

 

- Xalq şairi rəhmətlik Söhrab Tahirə sual verdilər ki, Söhrab müəllim, belə cavan qalmağınızın sirri nədir? O daheç vaxt paxıl olmamışam” cavabını verdi. Allah Söhrab müəllimə rəhmət eləsin, onun sözü olmasın, mən heç vaxt paxıllıq nədir bilməmişəm, cavan qalmağımın da sirri paxıl olmamağımdır.  İnsanın özü qocalsa da, ruhu qocalmasın, daxilində gənclik eşqin varsa sən heç zaman qocalmayacaqsan

 

- 65 yaş elə-belə yaş deyil, böyük yaşdır, bu illər ərzində Sizi ən çox sevindirən və təəssüfləndirən nə olub?

 

- Ali məktəbə girdiyim gün ən sevincli günlərimdən biridir. Bir ildə üç dəfə ali məktəbə imtahan vermişəm, sonda İncənət İnstitutunun mədəni maarif fakültəsinə qəbul olmuşam. 1992-ci ildə Ağdərə-Kəlbəcər yolu azad olunanda çox sevindim. Sonralar təəssüf ki, həmin ərazilər işğal olundu. Birinci Qarabağ müharibəsi iştirakçısı kimi bundan çox təəssüflənirdim, kədərlənirdim ki, əziyyətimiz hədər getdi. Amma 44 günlük Vətən müharibəsində Qarabağın azad olunması və o cümlədən orada oğlumun da payının olması çox sevindiriciqürurvericidir.

 

- Ata və babaların yarımçıq qoyduğu işləri oğullar və nəvələr başa çatdırdı, dünyaya bir daha sübut etdik ki, biz qəhrəman xalqıq…Bu mənada siz xoşbəxsiniz ki, oğlunuz Tural bəy sizin öcünüzü düşməndən aldı. Bu necə hissdir?

 

- Bizim qisasımızı oğlum kimi minlərlə oğullar aldı.  Biz o vaxt müharibəyə gedəndə elə bilirdik ki, bu problemi həll edəcəyik, o gələcəyə qalmayacaq. Nə biləydim ki, bu problem 30 il çəkəcək və o vaxt dünyada olmayan oğlum gəlib İkinci Qarabağ müharibəsinin iştirakçısı olacaq? Oğlum 1999-cu il təvəllüdlüdür, yüngül yaralandı, amma Allaha şükür salamat gəldi. 44 gün müddətində stress keçirirdik, ağlayırdıq. Övlad çox şirindir, çox əziyyət çəkdik. Bir neçə gündən bir zabitlərin telefonu ilə evlə əlaqə saxlayırdı. Zəng edirdi sevinirdik, elə ki zəng etmirdiindi hərbi komissarlıqdan xəbər gələcək ki, oğlunuz şəhid olubdeyirdim.

 

- Belə çıxır ki, özünüzü oğlunuzun şəhid olması xəbərinə də hazırlayırdınız?

 

- Səmimi deyirəm, bəli, hazırlayırdım. Nəinki özümü, hətta anasını da evdə psixoloji cəhətdən hazırlamışdım ki, ola bilsin, o uşaq bizim qismətimizdə yoxdur, Vətən yolunda şəhid olacaq, qismətimizdə varsa sağ-salamat gələcək. 44 gün ərzində keçirdiyim həyəcanlar məndə şəkər yaratdı, ürəyimə üç stend qoyuldu. Hər dəfə danışanda çalışırdım ki, kövrəlməyim,  özümü tox tutum. Bir dəfə oğlum dedi ki, ata, 12 kəndi ermənilərdən geri almışıq (səsi titrəyir, kövrəlir). Elə sevindim ki, elə bildim özüm döyüşdəyəm. Hərçənd, 44 günlük müharibə dövründə özüm də Müdafiə Nazirliyinə müraciət etdim. Onda 61 yaşım vardı. Dedim ki, keçmiş döyüşçüyəm, topçuların komandiri olmuşam, oğlum da Kəlbəcər-Murov istiqamətində döyüşdədir, icazə verin gedim ya oğlumla birgə döyüşüm, ya da başqa yerdə. Taleyin işinə bax ki, oğlum da müharibədə topçu olub. Oğlum topçu kimi də mənim yolumu davam etdirib.

 

- Siz Birinci Qarabağ mühribəsində iştirak etmisiz, bəzən eşidirik ki, bəziləri Birinciİkinci Qarabağ müharibəsi şəhidləri, eləcə də iştirakçıları arasında fərq qoymağa cəhd göstərir. Buna necə yanaşmaq olar?

 

- Özüm heç vaxt bu problemlə üzləşməmişəm, amma belə hallar olduğu barədə mən də eşidirəm. Bu düzgün yanaşma deyil, bunu heç yaxına buraxmaq olmaz, şəhid şəhiddir, qazi qazidir. Birinciİkinci Qarbağ müharibəsi veteranlarını bir-birindən fərqləndirmək olmaz, çünki hər ikisi də vətən yolunda döyüşüb. Məsələn, bilmirdim ki, müharibədən sağ gələcəyəm, kiminin alnına şəhidlik, kiminin də alnına qazilik yazılır.

 

- Müharibə xatirələrini necə, hələ yazmaq istəmirsiz?

 

- Biz uşaq vaxtı İkinci Dünya müharibəsində iştirak edən, döyüşən yazıçıların  cəbhə xatirələrini oxuyrduq. İsmayıl Şıxlının qeydlərini vurğulamaq istəyirəm. Biz bunları oxumuşduq, vətənpərvərliyi o kitablardan öyrənmişdik, hamımız Mehdi Hüseynzadə, Həzi Aslanov, İsrafil Məmmədov olmaq istəyirdik. Tale elə gətirdi ki, bizə də müharibədə iştirak etmək qismət etdi. Mən də müharibədə qeydlər aparırdım, məsələn, düşmənin nə qədər texnikasını məhv etdik, hansı döyüş əməliyyatlarını keçirdiksair. İkinci Qarabağ müharibəsindən əvvəl yazmağa başlamışdım, amma sonra yarımçıq saxladım. Mənim o vaxt yazacağım kitab yarımçıq olacaqdı, qələbədən yazılmayacaqdı. Yaxşı ki, yarımçıq qaldı o kitab, indən sonra yazılacaq. Oğlum kimi minlərlə oğulun silahla yazdığı qələbə tarixini mən də kağıza köçürəcəyəm. İndi kitabı qələbə ilə tamamlamaq olar. Təki sağlıq olsun. Bilirsiz ki, “Təzadlar” qəzetinin sonuncu səhifəsində “Həftəbecər” rubrikam var, onu da kitablaşdırmaq istəyirəm.

 

- “Həftəbecər”in oxucusu çoxdur. İnsanları cəlb edir ki, o rubrikanı belə həvəslə oxuyurlar?

 

- Orada yazdıqlarım insanların ürəyindən xəbər verən məsələlərdir. Çox yaxşı oxucularım var. Akademiyadan professor Şahbaz Muradov zəng vurub deyir ki, biz alimlər yorulanda sizin rubrikanı oxuyuruq. Baş Prokurorluğun mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sultanov, professor İzzət Rüstəmov, yoldaşı Rəfiqə xanım  başqaları bu rubrikanı həvəslə oxuyurlar. Sadə vətəndaşlar da bu rubrikaya maraq göstərir.

 

- Neçə ildirTəzadlar”da işləyirsiniz?

 

- 40 ildir mətbuatdayam. Yəni bu il mətbuata gəlişimin 40 ili tamam oldu. 1983-cü ildəAzərbaycan gəncləriqəzetinə ştatdankənar müxbir kimi yazı verirdim poçt vasitəsilə qonarar alırdım. Müstəqillik dövrünün ilk illərindəMüxalifət”, “Hürriyyət”.Boz qurd”, “Millətqəzetlərində, o cümədənAzərbaycan müəllimi”, “Ədəbiyyat İncəsənət”, “Bakı-Baku” axşam qəzetlərində yazılarım çap olunub. 28 ildirTəzadlar”dayam. Bu ilTəzadlar”ın da 30 yaşı tamam oldu. Mən bu qəzetdə özümü tapdım. İşləmək üçün   məni bura dəvət etdilər, indiyəcən buradayam. Bəxtiyar Vahabzadə, Məmməd Araz redaksiya heyətinin üzvü olublar. Təzadlar adını da Bəxtiyar Vahabzadə verib.

 

- Bəs nədən zövq alırsız?

 

- Yaxşlıqdan. Arzum budur ki, insanlar bir-birinə təmənnasız yaxşılıq etsinlər, bir-birinə dayaq dursunlar. İnsana dünyada yaxşılıqdan başqa heç qalmayacaq. Yaxşılıq ən böyük kapitaldır.

 

- Siz çoxlu şeirlər bilirsiniz. Bəs özünüz necə, şeir yazmırsız?

 

- Ədəbiyyat, şeir mənim həyatımdır, varlığımdır, mən onunla nəfəs alıram. Amma şeir yaza bimirəm. Şeirin qaydalarını o qədər dərindən bilirəm ki, mənim yazdığım o qaydaya, o çərçivəyə oturmaz. Böyük şairimiz Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Musa Yaqub, Söhrab Tahir, Məmməd İsmayıl, Mirvarid Dilbazi kimi şairlərlə dost olmuşuq, yeri gələndə çoxlarının şeirinə yerində olan düzəliş etmişəm. Bəxtiyar Vahabzadənin “525-ci qəzetdəşeirləri çıxmışdı, zəng edib dedim ki, Bəxtiyar müəllim, o şeirlərdən birində bir misra məni açmadı, olar onu  belə deyək? Telefonda deyib ki, bircə dəqiqə gözlə qeyd edim, kitaba belə salacağam. Baxmışam ki, həqiqətən kitaba elə salıb. O, o qədər sadə böyük adam idi. Bir nümunə çəkim: rus tənqidçisi Belinski həmişə şeir məclislərinə gedir, şairlərin şeirlərinə hər dəfə birmızqoyub gedir. Bu bir dəfə belə olur, beş dəfə belə olur, axırda şairlər bezib deyirlər ki, sən axı publisistsən, tənqidçisən, bilirsən şeir nədir, hər dəfə birmızqoyub gedirsən. Belinski belə cavab verir: “Mən toyuq kimi yumurta verə bilməsəm qayğanağın dadını yaxşı bilirəm”. Mən şeir yaza bilməsəm şeirin dadını yaxşı bilirəm, məni şeirdə aldatmaq olmaz.

 

İradə SARIYEVA

Bakı Xəbər  2023.- 27 dekabr.- S.12.