Yazıçı, general 85 yaşına
çatdı
İllər uzunu içində doğulduğu Kavdar kəndinin yarasını gəzdirib, yurd ağrısını içi
sızlaya-sızlaya yazıya
çevirib, amma söz də məlhəm olmayıb yarasına.
44 günlük Vətən
savaşında şanlı
ordumuzun Cəbrayılın
Kavdar kəndini də düşmən tapdağından azad etməsi yarasına məlhəm olub, yarası sağalıb. Gün gəlib ki, ayağı yenidən dədə-baba yurdu Kavdara dəyib, əyilib doğma kəndinin torpağını
öpüb, uca və ulu çinarın
köksündən süzülən
kəhrzin suyundan doyunca içib, əl-üzünü yuyub,
bütün acılarını
da unudub, illər boyu həsrətini çəkdiyi
el-obasına qovuşmağın
xoşbəxtliyini yaşayıb.
85 yaşı tamam olan nasir, tənqidçi,
publisist, tərcüməçi,
1980-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, Juralistlər
Birliyinin üzvü
(1964), fılologiya elmləri
doktoru (1991), Azəbaycan
Milli Yaradıcılıq
Akademiyasının akademiki
(1996), Azərbaycan Respublikası
Ali Sovetinin deputatı
(1990), Beynəlxalq mükafat
laureatı (1994), "Qızıl
qələm" mükafatı
laureatı Yasif Nəsirlidən danışırıq.
Yasir müəllim ədəbiyyatımızın, bədii tərcümə
sənətinin, publistikamızın
elə bir tanınmış simalarındandır
ki, onun yazdıqları ürəyinin
gözündən süzülüb,
səmimiyyətlə doludur,
hər cümləsində
insanı cəzb edən işıq var. Ədəbiyyata könül
verən, qələmə,
sözə bağlanan
Yasif müəllim 85 yaşında da yazıb-yaradır, özü
də gənclik şövqi ilə. Mehriban, səmimi insan kimi də insanların
qəlbinə yol tapan Yasif Nəsirlinin
ömrü doğma xalqına xidmətdə keçib.
Yasif Nəsirli 1938-ci il
dekabrın 23-də Azərbaycanın
Cəbrayıl rayonunun
Kavdar kəndində anadan olub. Y.Nəsirli
həmin rayonun Soltanlı kənd orta məktəbini bitirib, ondan sonra
Bakı Mədəni-Maarif
texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə
diplomu ilə bitirib. Moskvada M.Qorki adına
Ədəbiyyat İnstitutunda,
Ali Ədəbiyyat kurslarında
(1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində
(1964), SSRİ DTK-nin F.Dzerjinski
adına Ali məktəbində
(1973-1975) təhsilini artırıb.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri
və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi
Komitəsində təlimatçı
kimi başlayıb, sonra burada şöbə
müdiri vəzifələrində
(1962-1969) işləyib.
Y.Nəsirlinin çağdaş ədəbiyyat
tarixində özünəmıxsus
yer tutduğu məlumdur. Hər zaman müşahidə
edirik ki, orta nəsil yazarlar Yasif müəllimə xüsusi
rəğbətlə yanaşır.
Çoxlarından eşitmişik ki,
onların əsərlərinin
çağında Y.Nəsirlinin
rolu olub. Onu da qeyd
edək ki, Y.Nəsirli "Ulduz"
ədəbi-bədii və
ictimai-siyasi jurnalının
məsul katibi və ilk baş redaktoru (1967-1968) olub. Əlbəttə, bu müddət
ərzində o, dövrünün
gənclərinin əsərlərini
çap etməklə
onlara dəstək olub.
Qeyd edək
ki, Y.Nəsirli
1969-1973-cü illərdə Azərbaycan KP Mərkəzi
Komitəsində təlimatçı,
Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsində
şöbə müdiri,
1975-1987-ci illərdə İdarə
rəisi və Kollegiya üzvü olub. 1987-1991-ci illərdə
Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri
vəzifəsində çalışıb.
Azərbaycan KP MK-ya üzv
seçilib. Zaqafqaziya Hərbi
dairəsi Hərbi Şurasının üzvü
(1989-1991) olub. Burada general-mayor rütbəsinə layiq
(1990) görülüb. Azərbaycan Prezidenti yanında Ali Nəzarət İnspeksiyasında
İnzibati orqanlar şöbəsinin müdiri,
sədr müavini
(1991-1992) işləyib.
Yasif Nəsirli
bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının
üzvü olub.
Qarabağ Təşkilat Komitəsi sədrinin birinci müavini olub. Qarabağ müharibəsi
veteranıdır. Respublika "Veteran" Xeyriyyə fondunun prezidenti, Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzinin
vitse-prezidentidir. Bir çox
xarici ölkə universitetlərinin fəxri
doktorudur. Azərbaycan yazıçılarının
hərbi vətənpərvərlik
komissiyası sədrinin
müavinidir.
2007-ci ildən Azərbaycan
Dünyası Beynəlxalq
Əlaqələr Mərkəzinin
(Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə Cəmiyyəti) prezidentidir.
Prezident
İlham Əliyevin
2008-ci il 19 dekabr tarixli sərəncamı ilə
"Əməkdar İncəsənət
xadimi" Fəxri adına layiq görülən Yasif Nəsirlinin fəaliyyətinə
dövlət tərəfindən
yüksək qiymət
verilib.
Onu da bildirək ki, Y.Nəsirli SSRİ-nin Fəxri çekistidir.
Bundan başqa
o, Ritsumeikan Universitetinin
fəxri doktoru (Yaponiya, 2008) seçilib.
Yazıçılıq bioqrafiyasına nəzər
saldıqda görürük
ki, o, ədəbi yaradıcılığa tələbəlik
illərində başlayıb. Dövri mətbuatda
vaxtaşırı çıxış
edib. Azərbaycan
nümayəndə heyətinin
başçısı kimi
İngiltərə (1970), Belçika
(1976), İtaliya (1978), Malta (1978), Türkiyə (1980), Fransa
(1983), İraq (1993), Kuba
Respublikası (2003), Yaponiya (2008), Çin Xalq Respublikası (2010) və
b. ölkələrdə rəsmi
səfərlərdə olub.
Xidmətlərinə görə medallar
və Azərbaycan Ali
Soveti Rəyasət Heyətinin Fəxri fərmanlari ilə təltif edilib.
Yazıçının "Liftdə hadisə", "Təyyarə
geri dönür",
"Qan qardaşları"
və başqa pyesləri əsasında hazırlanmış tamaşalar
dəfələrlə Azərbaycan
Dövlət Televiziyası
ilə nümayiş etdirilib.
Filologiya elmləri doktoru, professor İmaməddin Zəkiyev illər əvvəl yazdığı məqalədə
Yasif Nəsirli barədə maraqlı fikirlər söyləyib. “1958-ci ilin isti avqust
ayı idi. Yasif Nəsirli də, mən də Bakı Dövlət Universitetini ilk dəfə
görürdük.
O, Cəbrayılın Kavdar kəndindən, mən Qubanın Qonaqkənd qəsəbəsindən gəlmişdim.
O, Böyük Vətən
müharibəsində qəhrəmanlıqla
həlak olmuş Mirzə kişinin beş övladından
biri idi. Məni oxumağa məcbur edən anam kimi, balaca Yasifi
də təhsilli görmək sinəsi yanıqlı bayatılarla
dolu anasının ən böyük arzularından olmuşdur.
Kavdar kəndində məktub oxuya bilən bir nəfərin də olmadığı Böyük
Vətən müharibəsi
illərində Dilbər
ana oğlunun başını sığallayıb
demişdi: "Oxu, mənim kimi savadsız olma. Gələcəyin adamı olmaq
istəyirsənsə, kitablardan
bərk yapış!"
O, anasının müdrik tövsiyəsinə əməl
edərək birinci sinifdə oxuduğu vaxtdan orta təhsilini
başa vurana qədər aldığı
"beş"lərin köməyi
ilə qarşısına
çıxan maddi və mənəvi çətinliklər hasarını
aşıb işıqlı
bir yola çıxmışdı. Bu, ali təhsil
yolu idi. Bu arzu anasının tövsiyəsindən çıxan
doğru nəticənin
mahiyyətində əksini
tapmışdı:
Faydalı bir insan olmaq istəsən,
Aldığın təhsildən kömək
istə sən!”
Dost haqqında yazılan
səmimi cümlələr
bizə imkan verir ki, Y.Nəsirlinin
yaradıcılığının haradan qaynaqlandığını,
hansı bulağın
gözündən su içdiyini yaxından
hiss edək. Ağrılı-acılı illərin-davanın gətirdiyi sızıltılı
duyğuları yaşayan
bir insanın sözdən başqa güvənc yeri olmur ki. Onda yazıya, sözə könül verir adam.
85 yaşını qeyd
etdiyimiz Yasif Nəsirli ədəbiyyatımızın,
ictimai fikrimizin, şağdaş ziyalılığımızın
örnək olacaq simalarından biri kimi bu gün
də fəaliyyətini
yorulmadan davam etdirir, böyük və mehriban bir kollektivə rəhbərlik edir.
Ədəbiyyatımıza “Sənədli hekayələr”, “Araz daşan yerdə” (sənədli hekayələr), “Bolluq yaradanlar”, “Qırmızı qərənfil”, “ İnsanlar, görüşlər”, “Adsız təpə (hekayələr)”, “Çinar vüqarı” (hekayələr, ədəbi portretlər), “Qayıdacağam”, “Görə bilmədin” (hekayə və esselər), “Azərbaycan şeiri”, “Əgər ki, yıxılsam çinar göstərin” (tənqid), “Ömür” (povest, hekayə və esselər), “Dünya”, “Zaman” (povest, hekayə və esselər), “Mənalı ömür” (sənədli roman), "Əkizlər", “Günəşlə görüş”, “Gündoğandan günbatana” (publisistika) kitablarını, ruscadan tərcümə etdiyi Georgi Markovun "Sibir" (roman), Adolf Dıçanskinin "Filosof və paltaryuyan qız" (povest), “Polşa hekayələri”, Mariya Mayerovanın "Dünyaların ən yaxşısı" (roman), Ş.Ələddinin "Mərmər pillələr" əsərlərini bəxş edən Yasif Nəsirli oxuculara çox doğma qələm adamıdır.
Tanınmış yazıçı, tərcüməçi, tənqidçi, general-mayor, Əməkdar İncəsənət xadimi Yasif Nəsirlini 85 illik yubileyi münasibətilə “Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev və kollektivi adından təbrik edir, ona can sağlığı, uzun ömür, yaradıcılıq uğurları diləyirik.
İradə
SARIYEVA
Bakı Xəbər 2023.- 29 dekabr.- S.11.