Sibirin Uzaq Şərqin böyük kəşfi - Baykal Amur

Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi...

 

Bütün dünyanın diqqət maraqla izlədiyi, hətta ən təcrübəli xarici mütəxəssislərin uğurla başa çatacağına tərəddüdlə yanaşdığı Baykal-Amur magistralı (BAM) keçmiş SSRİ-nin şöhrətinə çevrildi. Bu böyük uğurun başında Heydər Əliyev dayanırdı. Məhz onun qətiyyəti əzmkarlığı sayəsində bu layihə uğurla həyata keçirildi, daxildə xaricdə baş qaldıran tərəddüdlərə, şübhələrə son qoydu.

Bu sübut etdi ki, torpağın bağrını dəlib, axan suları dayandırıb, insan əməyini səfərbər edib böyük uğura nail olmaq olar, ucsuz-bucaqsız Tayqanın taleyinə gün doğurmaq tam mümkündür.

Məlumdur ki, BAM Rusiyanın Şərqi Sibirdə Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralıdır. Qeyd olunana görə, onun ümumi uzunluğu 4300 km-dir. Tikintisinə 1940-cı ildən başlanılıb 1989-cu ildə istifadəyə verilib. Məlumatlara görə, Baykal-Amur magistralının tikilməsinin şərəfinə 1976-cı ildə "Baykal-Amur magistralının tikintisinə görə" medalı təsis edilib.

BAM-ın tikintisi insanların zəhmətinin unudulmaz epopeyasıdır ki, hər gün yada salınır. BAM-dan danışanda ilk yada düşən şəxsiyyətlərdən biri məhz ümummilli lider Heydər Əliyev olur.

"... Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini salmışlar.

BAM tayqa, yolsuzluq daimi donuşluq şəraitində işləmiş insanların, dostluq qardaşlıq amallarına sadiq insanların mərdlik dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır".  Ulu öndər Heydər Əliyevin BAM-ın 25 illiyinin keçirilməsi üzrə təşkilat komitəsinə ünvanladığı təbrik məktubunda belə deyilirdi.

Dünyanın nəhəng siyasi xadimləri sırasında özünəməxsus yer tutan Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən saysız uğurlu layihələrə rəhbərlik edib nəhəng işlərin həyata keçirilməsinə rəhbərlik edib.

SSRİ-nin tarixində mühüm səhifə olan Baykal Amur Magistralının tikintisi bütün Sibirin, Uzaq Şərqin taleyini, həyatını dəyişdi. Bu dəyişikliyin, uğurun əsas müəllifi isə Heydər Əliyev idi.

1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilən Heydər Əliyev bütün keçmiş SSRİ məkanında yaddaqalan işlər gördü bu səbəbdən keçmiş ittifaq respublikalarının, demək olar ki, çoxunda Heydər Əliyevin silinməz izləri yaşayır.  Bütün Sovet İttifaqının şanına, şöhrətinə çevrilən BAM-da tikinti işlərinin sürətlənməsi prosesi H. Əliyevin adı ilə bağlıdır. Baykal-Amur magistralının (BAM) tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regionda oldu, fəhlə mütəxəssislərlə görüşür, tikinti obyektlərinə baxış keçirir. İyulun 5-də Sov.İKP MK Siyasi Bürosunun iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar məruzəsi dinlənilir.

H.Əliyev ona həvalə edilən işləri çox yüksək səviyyədə həyata keçirir. Bu gün BAM keçmiş SSRİ xalqlarının dostluq, qardaşlıq rəmzinə çevrilməklə yanaşı, on minlərlə insanın taleyində dönüş nöqtəsi olub. Saysız insanın həyatı bu nəhəng tikinti ilə bağlı olub. Heydər Əliyevin göstərişi ilə Azərbaycandan da xeyli sayda gənc mütəxəssis BAM-ın tikintisinə cəlb edilib.

Bu gün Rusiyanın əsas "qan damarı" rolunu oynayan bu nəhəng infrastruktur Sibirin soyuq iqliminə böyük hərarət qatıb.

Bildiyimiz kimi, hazırda Rusiyada  H.Əliyevin misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanır.

Rusiya Prezidentinin köməkçisi İqor Levitinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə onun Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin açılışında söylədiyi maraqlı fikirlərə diqqət yetirək : "Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub. Bu magistralın tikintisi ilə bağlı qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşıya bilirik”.

Baykal-Amur Magistralının tikinti gerçəkdən bir hadisə idi bu hadisənin mərkəzində əsas aparıcı qüvvə H. Əliyev idi.

Rusiya Prezidentinin köməkçisi haqlı olaraq vurğulayırdı ki, Əliyevin inadkarlığı qətiyyəti sayəsində Baykal-Amur Magistralının tikintisinə başlanılıb:"Gələn il biz bu tikintinin 50 illiyini qeyd edəcəyik. Bu gün biz bu qərarı verən insanların qədər müdrik olduğunu görürük. Buna görə Rusiyanın Nəqliyyat Nazirliyinə, Azərbaycanın Nəqliyyat Nazirliyinə, dəmir yolu administrasiyalarının rəhbərlərinə əlbəttə ki, BAM veteranlarına təşəkkür etmək istəyirəm. Mən çox şadam ki, Azərbaycanda Rusiyada yaşayan BAM veteranları bu gün buradadırlar. Onlar Rusiya üçün mühüm əhəmiyyət kəsb edən bu magistral yolun tikilməsi üçün hər şeyi ediblər”.

Bildiyimiz kimi, Baykal-Amur magistralında dünyanın ən mürəkkəb tuneli sayılan Severomuyski ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə uğurla tikilib. Bir neçə il əvvəl "Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə videomaterial yayımlanmışdı həmin görüşdə ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur Magistralındakı (BAM) Severomuyski tunelinin Ulu Öndərin birbaşa rəhbərliyi ilə uğurla tikildiyi xüsusi olaraq vurğulanırdı.

Sevindirici haldır ki, bu gün Rusiyada digər keçmiş ittifaq ölkələrində bu magistralın tikintisində  ulu öndər Heydər Əliyevin  oynadığı misilsiz rol xatırlanır, alqışlanır.

Məlumatlara görə, 1974-cü ildə tikintisinə qərar verilən layihənin icrası məqsədilə o zaman bütün SSRİ səfərbər olunmuşdu. “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarov Putinlə görüşdə qeyd edirdi ki,  on tunelin hamısı, o cümlədən ən mürəkkəb sayılan Severomuyski tuneliBamtonnelstroySəhmdar Cəmiyyətinin işçiləri tərəfindən tikilib". Əvvəlcə səkkiz tunelin olması planlaşdırılmışdı, sonra Hökumətin qərarı ilə daha iki tunel əlavə edildi. Bu şəkillərdə bizim işçilər tərəfindən tikilmiş tunellər, o cümlədən Severomuyski tuneli təsvir edilir. Severomuyski tuneli dünyada ən mürəkkəb tuneldir".

O qeyd edirdi ki, xarici mütəxəssislər bu tuneli tikməkdən imtina edir onlara da bundan imtina etməyi təklif edirdilər. "1984-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün bu tikintiyə gəlmişdi. Bildiyiniz kimi, tunelin tikintisi başa çatdırıldı o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı obyektdir...

Biz orada cəmi 45 kilometr tunel tikmişik, bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Siyasi Büro əvvəlcə cəmi səkkiz tunel planlaşdırmışdı. Heydər Əliyev gələndə fəhlələr ona izah etdilər ki, əlavə iki dolanbac tunel tikilməsi zəruridir. Heydər ƏliyevBamtonnelstroyişçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi. Orada daha iki dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Bu, çox mürəkkəb, çox maraqlı obyektdir indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır" - deyə o bildirirdi.

BAM haqqında çox yazılsa da, bu nəhəng infrastruktur layihəsinin uğurunun səbəbi hər gün araşdırılır.

Uzaq Şərqdə, bu qədim türk torpağında Heydər Əliyevin adı böyük sayğı hörmətlə çəkilir. Bir neçə il əvvəl Baykal-Amur magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib, Ulu Öndərin xatirə lövhəsi açılıb.

H. Əliyev bu nəhəng layihədə iştirak edən hər kəsin yadında sadə, səmimi şəxsiyyət kimi qalıb. Şərqi Sibir xalqı da, bu layihədə iştirak edən hər bir kəs onu belə xatırlayır. Əlbəttə, H. Əliyevin qətiyyəti olmasaydı bu nəhəng layihə yüksək səviyyədə həyata keçirilə bilməzdi. 1940-cı ildə tikintisinə başlanılsa da, tikinti prosesi elə çevik getmirdi, bunun nəticəsində onun inşasına uzun illər sərf olundu. Bu prosesə ulu öndərin rəhbərlik etməsi sayəsində isə BAM-ın inşasında ciddi canlanma müşahidə edilməyə başladı. Ümumiliyyətlə H. Əliyev SSRİ rəhbərliyində yüksək vəzifələrdə çalışarkən bütün sahələrə diqqət yetirirdi. Xüsusən nəqliyyat infrastrukturu onun diqqətində idi.

Yazılanlardan oxuyuruq ki, o zaman yüksək posta təyin edilən H. Əliyev yeni vəzifəsinin icrasına başlayandan sonra  Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirir, bu sahəni ölkəninarteriya damarıadlandırırdı.

Yazılanlara görə, BAM-ın tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regionda olur, fəhlə mütəxəssislərlə görüşür, tikinti obyektlərinə baxış keçirir. İyulun 5-də Siyasi Büronun iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar məruzəsi dinlənilib...

Mətbuatda Heydər Əliyevin fəaliyyəti ilə bağlı BAM ilk partiya təşkilatına rəhbərlik edən Y.Naumçikinin fikirləri yer alıb: “Son vaxtlar BAM-da elə bir vəziyyət yaranmışdı ki, işlər dayanmaq üzrə idi. Tikintidə təxribat baş verdiyi açıq-aydın hiss olunurdu. Sovet İttifaqı KP-dən tikintinin gedişinə nəzarət etməli olan M.Qorbaçova dəfələrlə müraciət etsəm , vəziyyət dəyişmirdi. Sonda məni günahkar elan edəcəklərini bildiyimdən bir yol tapıb Y.V.Andropova vəziyyət haqda məlumat verdim o, Heydər Əlirza oğlunu BAM-a göndərdi. Yolların keçilməz olduğuna, şəraitsizliyə baxmayaraq, Heydər Əlirza oğlu vilayət rəhbərliyinin getmək istəmədikləri ucqarlara gedərək, yerlərdəki işçilərlə mövcud problemlər haqda danışıb vəziyyətlə tanış olur, məsələnin həll edilməsi üçün yerindəcə müvafiq göstərişlər verirdi. Məni bu dahi insanın işçilərlə davranışı, sadəliyi heyran etmişdi. O, qəfildən hər hansı bir sahəyə gedərəkuşaqlar, mən acmışam, nahara nəyiniz vardeyib onlarla nahar edirdi. Əlbəttə, mən başa düşürdüm ki, o, bununla işçilərin ərzaqla necə təmin olunduqlarını yoxlayırdı. Bununla yanaşı, Heydər Əlirza oğlu elə oradaca da təkəbbürlü, özlərindən razı, tənbəl, işinə can yandırmayan rəhbər işçiləri ciddi şəkildə cəzalandırmağı da unutmurdu. Heydər Əlirza oğlu özünün cəsarətli addımları ilə az bir zaman ərzində BAM-da yenidən canlanma yaratdı”.

Baykal-Amur Magistralının həyatında ulu öndərin oynadığı misilsiz xidmətlər tarixdə hər zaman yaşayacaq. Bütün həyatını xalqının bütün insanlığın tərəqqisinə həsr edən Heydər Əliyev yaddaşlarda öz nəhəng xidmətləri ilə yaşayır. Keçmiş sovet məkanında elə bir respublika tapılmaz ki, H. Əliyev onun həyatında rol oynamasın.

Uzaq Şərqin, Sibirin həyatında da H.Əliyevin aparıcı rol oynaması təsadüfi deyildi. Çünki o həyatın mənasını ən çətin işlərin həyata keçirilməsində görürdü insanlara çoxsaylı nümunələr təqdim edirdi... Məhz onun səsinə səs verən yüzlərlə insan uzaq, soyuq Sibir çöllərinə axın edib burada yeni qəsəbələr saldılar, talelərini bura bağladılar. Bu gün onlara yol göstərən dahi şəxsiyyət Heydər Əliyevin əməyi, zəhməti minnətdarlıqla xatırlanır ə etiraf edilir...

 

İradə SARIYEVA

 

YazıAzərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur”.

 

Bakı Xəbər.- 2023.- 4 iyul.- S.6