Azərbaycanın dövlətçilik tarixinə
qarşı
düşmən ideoloji təxribatlar - Qarabağ iddiaları…
Ermənistanla Azərbaycan arasında
Dağlıq Qarabağ
münaqişəsi Rusiya
imperiyasının süqutu,
Azərbaycan və Ermənistanın müstəqillik
əldə etməsi nəticəsində Cənubi
Qafqazda baş vermiş irimiqyaslı geosiyasi dəyişikliklər
nəticəsində yaranıb.
Həmin dövrdən
başlayaraq və XX əsr boyunca Dağlıq Qarabağ ətrafında münaqişə
gah səngiyib, gah daha
da alovlanaraq "isti"
və "soyuq" mərhələlərə keçib.
Ermənistanla Azərbaycan arasında
münaqişənin "qaynar"
fazasının birinci
mərhələsi 1918-ci ilin
mayından 1920-ci ilin noyabr ayına qədər davam edib. Buna səbəb yeni müstəqil dövlətlərin
sərhədlərinin Rusiya
imperiyasının keçmiş
quberniyalarının sərhədləri
ilə uyğun gəlməməsi idi və bunun nəticəsində
də Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış
etdi. Münaqişə
obyektləri əsasən
erməni və azərbaycanlı əhalinin
birlikdə yaşadığı
həmsərhəd ərazilər
idi. 1918-ci ilin oktyabrında Türk qoşunlarının Dağlıq
Qarabağa daxil olması erməni əhalinin Azərbaycan hökumətinin bu region üzərində yurisdiksiyasını
qeyd-şərtsiz tanımasını
təmin etməsə
də, Azərbaycana bu ərazi üzərində
nəzarətini bərqərar
etməyə imkan verdi. Birinci Dünya müharibəsində
Dördlər ittifaqı
ölkələrinin təslim
olması (kapitulyasiya)
1918-ci ilin oktyabr-noyabr
aylarında türk qoşunlarının Cənubi
Qafqazdan çıxarılmasına
və bölgənin
milli-dövlət strukturu
üzərində nəzarətin
Antanta ölkələrinin
əlinə keçməsinə
səbəb oldu.
Ermənistan silahlı qüvvələri
Dağlıq Qarabağın
ələ keçirilməsi
uğrunda hərbi əməliyyatlara başladılar
Ermənilərin Azərbaycan torpaqlarına,
o cümlədən Dağlıq
Qarabağa qarşı
iddiaları onların
"Böyük Ermənistan"
yaratmağa yönəlmiş
strateji planlarının
tərkib hissəsidir.
Ona görə də ermənilər, ənənələrinə
sadiq qalaraq, həmişə əlverişli
şərait yaranan kimi bu planın
reallaşdırılması uğrunda mübarizəyə
başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə
gəlməsi ilə erməni separatçıları
növbəti dəfə
yenidən fəallaşdılar.
Bu dəfə sovet rəhbərliyinin silahlı
erməni separatçılarını
terrorçularını himayə
və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq
Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün
M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan
sonra, 1987-ci ilin noyabrında Qorbaçovun
komandasına daxil olan erməni akademik A.Aqanbekyan
Parisdə Dağlıq
Qarabağ barədə
sovet rəhbərliyinə
təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində
bu problemin həllinin tapacağına
ümid etdiyini bildirdi. Əvvəllər
gizli fəaliyyət göstərən erməni
Qarabağ Komitəsi,
onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu
təşkilatı “Krunk”
açıq işə
keçdi. Miatsum (Birləşmə) hərəkatı
formalaşdırıldı. Bu hərəkat Ermənistan,
Dağlıq Qarabağ
Muxtar Vilayəti,
Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərin potensialına
arxalanırdı. Nəhayət,
1988-ci il fevral hadisələrindən
sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu
qruplaşmaları və
Ermənistan silahlı
qüvvələri Dağlıq
Qarabağın ələ
keçirilməsi uğrunda
hərbi əməliyyatlara
başladılar. SSRİ Silahlı
Qüvvələrinin Ermənistan
və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən
hissələri də
onlara qoşuldular.
...Ermənistanı diz çökdürdü və
kapitulyasiyaya məcbur
etdi
Ermənistan isə özgə
torpağında dövlət
yaratmağın mümkünlüyündən
şirnikərək ötən
illərdə Dağlıq
Qarabağı özünə
birləşdirmək üçün
beynəlxalq hüquqa
meydan oxuyan açıq işğalçılıq
siyasətinə bel bağladı.
44 günlük müharibə
Azərbaycanın tam qələbəsi
və Ermənistanın
kapitulyasiyası ilə
nəticələndi. Bu dövr
ərzində 300-ə yaxın
kənd, 5 şəhər,
4 qəsəbə, çoxsaylı
strateji yüksəkliklər
azad olundu. Düşmənin əksər
texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində
artıq vahid komandanlığı olmayan,
müqavimət qabiliyyətini
itirmiş, başıpozuq
dəstələri xatırlatdı.
Azərbaycan Dağlıq
Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq
kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı
diz çökdürdü
və kapitulyasiyaya məcbur etdi.
Regionda Azərbaycanın maraqlarına
cavab verən yeni siyasi reallıq yarandı
Son günlərdə Ermənistanın
hərbi təxribatlarına
cavab olaraq Azərbaycanın apardığı
əks-hücum əməliyyatı
ilə bağlı dünya birliyinin mövqeyi isə bir daha göstərir
ki, tarixin indiki dönəmində işğal
yolu ilə ərazilər qazanmaq mümükün deyil. Eyni zamanda sübut
olundu ki, Azərbaycanın
dövlətçilik tarixinə
qarşı düşmən
ideoloji təxribatları
da tam fiaskoya uğramış
oldu. Ermənistanın
və onun havadarlarının işğala
və tədricən Azərbaycan ərazilərinin
ilhaqına əsaslanan
planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına
cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan
vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə
son qoyuldu. Prezident
İlham Əliyev nəyi
necə və nə zaman etməyi özünün yaxşı
bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə
azərbaycanlılar haqqında
məğlub xalq sindromunu sındırdı,
xalqın inamını
özünə qaytardı.
Bütün dünya gördü ki, Azərbaycan
xalqı heç vaxt məğlubiyyətlə
barışmayacaq və
gec-tez öz amalına qovuşacaqdır.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyilə çap
olunur.
Bakı
Xəbər.- 2023.- 4 iyul.- S.8.