Ölməz hünər sahibi –
şəhid Orxan Elxan
oğlu...
Xalqımızın tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan İkinci Qarabağ müharibəsində sinəsini yanar od edib erməni dığaların bağrını çatladan minlərlə qəhrəmanlardan biri də Lənkəranda dünyaya göz açan Orxan Elxan oğlu Quluzadədir.
Döyüş meydanında Vətən eşqi ilə döyünən ürəyi
dayananda ömrünün
26-cı ilini yaşayırdı.
Bu igidimiz
adına can dediyi Azərbaycanın bütövlüyü uğrunda
canını qurban verməklə əbədiyyət
ulduzuna dönüb ürəklərə köçdü.
Tarix yazan qəhrəman şəhid
Lənkəran elində
hər yerdə, hər zaman xalq tərəfindən sevgi dolu ürəklə
xatırlanır, burada
adı ilə bağlı olan bütün işlər layiqincə görülür.
Böyük də, kiçik də deyir ki, Vətən,
xoşbəxt gələcəyimiz
naminə canından keçən Orxanla fəxr edirik, qürur duyuruq.
Şəhid Orxan Elxan oğlunun 29 yaşı tamam oldu. Bu münasibətlə mərasim
keçirildi. Mərasimə
qatılanlar - Lənkəran
Şəhər İcra
Hakimiyyətinin əməkdaşları,
N saylı hərbi hissənin əsgər və zabit heyəti,
yerli ictimaiyyətin nümayəndələri şəhid
ailəsində oldular,
qəhrəman övladımızın
məzarını ziyarət
etdilər, önünə
gül dəstələri
düzüb, xatirəsi
önündə ehtiramla
baş əydilər.
Bu ehtiramı özlərinə
mənəvi borc bilən çıxışçılar Vətən sevdalısı Orxanın keçdiyi şərəfli
döyüş yoluna
nəzər saldılar,
onun ölməz həyatı bütün gənclərə örnək
olduğunu bildirdilər.
O da qeyd olundu ki, belə tədbirlər böyük önəm daşıyır, ən əsası gənc nəslin vətənpərvər
ruhda böyüməsinə
yol açır.
Vətənin müqəddəsliyinə tapınan Orxan Elxan oğlu orta təhsilini başa vurub 2011-ci ildə həqiqi hərbi xidmətə yollanır.
O, Bakı şəhərində
Pirəkəşkül qəsəbəsində
yerləşən “N” saylı
hərbi hissədə
kəşfiyyat bölüyünün
manqa-komandiri vəzifəsində
kiçik çavuş
rütbəsində doğma Azərbaycanın keşiyində
durur. Nümunəvi xidməti ona əsgər və zabitlər arasında böyük hörmət qazandırır.
Öz doğma Vətənini həyatından çox sevdiyi onun hərbidə
qalmağa səbəb
olur. Məqsədə
çatmaq üçün
könüllü 2017-ci ilin
oktyabr ayında Dövlət Sərhəd
Xidməti komandanına müraciət edir. 2018-ci ilin mart ayının 29-da Dövlət
Sərhəd Xidməti
Komandanının əmri
ilə Yevlax şəhərində “N” saylı
hərbi hissdə Çevik hərbi dəstənin kəşfiyyat
bölüyündə kəşfiyyatçı
kimi xidmətə götürülür və
ona kiçik gizir rütbəsi verilir. 44 günlük haqq savaşımızda Çevik hərəkət
taboru tərkibində
Xocavənd rayonunun yaşayış məntəqələrinin,
Zəngilan şəhərinin,
bu istiqamətdə bir sıra yüksəkliyin azad olunması əməliyyatlarında mərdliklə
döyüşür, bir-birindən
çətin müharibə
meydanlarında şəxsi
igidlik nümunəsi göstərir. Erməni dığaların kabusuna
çevrilən qəhrəman
Vətən oğlu Böyük zəfərə
1 gün qalmış
- Zəngilan rayonu ərazisində Ermənistanla
sərhəddə yerləşən
812.0 yüksəkliyini düşməndən
azad edilərkən şəhidlik zirvəsinə
ucalır. 8 noyabr
2020-ci ildə Lənkəran
şəhərində Şəhidlər
xiyabanında canından
çox sevdiyi torpağa tapşırılır.
Dövlət Sərhəd
Xidmətinin Xüsusi
Təyinatlı Giziri Orxan ailəli idi, özündən sonra vətənə əmanət qızı övladı qaldı.
Şəhid Orxan Elxan oğlu Vətən müharibəsində göstərdiyi
cəsarətinə və
şücaətinə görə
ölümündən sonra
Ali Baş Komandanın
sərəncamlarına uyğun
olaraq “Qarabağ” ordeni, “Vətən uğrunda” və digər medallara layiq görülüb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Bakı Xəbər.- 2023.- 4 iyul.- S.15.