Cənubi Azərbaycanda Babək yürüşünün

məşhur təşkilatçısı - Həsən Dəmirçi kimdir...

 

Məsləkdaşları onu bütöv Azərbaycan uğrunda böyük mücadilələr verən, o taylı-bu taylı Azərbaycanın birləşməsi, vahid Azərbaycan yaranması üçün canını ortaya qoyan mübariz bir insan olaraq qiymətləndirirlər.

"Təbriz Bakıya arxa" rubrikasında Güney Azərbaycanın çox nəhəng şəxsiyyətlərindən biri olan tanınmış milli-mədəni fəal, şair, yazıçı, incəsənət xadimi musiqi müəllimi, eyni zamanda milli fəalların Babək qalasına yürüşünü təşkil edənlərdən biri (professor Zehtabi ilə birgə) Həsən Dəmirçini yada salmaq istəyirik.

Həsən Azərbaycan adı ilə tanınan mərhum Həsən Dəmirçi 1941-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub, 2018-ci ilin 24 iyununda Təbriz şəhərində yerləşən xəstəxanada ürək xəstəliyindən dünyasını dəyişib.

Yazılanlara görə, Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb müxtəlif təzyiqlərə məruz qalıb. Məqalələrdən birində vurğulanır ki, Azərbaycanlı fəal, mərhum professor Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə "Azərbaycan Mədəniyyət Ocağı" Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.

Milləti, bütöv Azərbaycan uğrunda canını ortaya qoyan, bütün şüurlu həyatını bu müqəddəs mücadiləyə həsr edən H. Dəmirçi dəfələrlə həbs edilib, müxtəlif növ cəzalara məruz qoyulub. Məlumatlara görə, 2013-cü ilin noyabrın 4-də Təbrizdəki evində həbs edilib. Molla rejiminin hər an təqib təzyiq altında saxladığı H. Dəmirçi heç zaman öz ideyalarından, müqəddəs amalından əl çəkməyib. Şər rejimi H. Dəmirçini qondarma ittihamlarla cəzalandırıb. İnqilab Məhkəməsinin hakimi Bağırpurun 2013-cü ilin iyul ayında çıxardığı hökmə görə, Həsən Hərgülü Həsən Azərbaycan adları ilə tanınan musiqiçi "İrana müxalif olan etnik qrupların xeyrinə müqəddəs İran İslam Respublikası nizamına qarşı təbliğat aparmaqda" ittiham olunub. O dövrün məhkəmə sənədində yazılıb:"Cənab Dəmirçi icazə almadan musiqi sinifləri təşkil etmək gizli musiqi tədris etmək, Türkiyədə ölkə daxilində BMT-dən İran Azərbaycanında referendum keçirilməsi tələbi ilə təşkil edilən toplantılara qatılmaq, səlahiyyətli orqanlardan icazə almadan əhalidən ianə toplamaq həbsdən azad olmuş separatçı fəallarla toplu şəkildə görüşmək kimi fəaliyyətlərlə bağlı olaraq altı ay həbsə məhkum edilib". Tədqiqatçılar yazır ki, məhkəmə sənədində qeyd edilən əhalidən ianə toplanılması Dəmirçinin 2012-ci ildə Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən zəlzələ zamanı zərərçəkənlərə yardım etmək üçün apardığı fəaliyyətlərlə bağlıdır.

O hər zaman molla rejiminin təqibinə məruz qalıb. Onu da vurğulayaq ki, şər rejimi ən kiçik məsələləri bəhanə gətirərək onu təzyiq altında saxlamaqda israrlı olub. Tədqiqatçıların yazdığına görə, 2015-ci ilin yanvar ayında Bakıya səfər etdikdən sonra Tehran rejimi tərəfindən xaricə çıxışına qadağa qoyulub. Məlumatlara görə, onunla bağlı çoxsaylı müraciətlər edilsə ,  heç bir rəsmi cavab verilməyib. Qeyd edilənə görə, həmin dövrdə Ettelaat Nazirliyinin Təbriz şöbəsi əməkdaşının verdiyi qeyri-rəsmi məlumata görə, İran Ettelaat Nazirliyinin Mərkəzi Ofisi tərəfindən Həsən Ağa Dəmirçinin ölkədən çıxışına qadağa qoyulub artıq Həsən bəyin durumu ilə birbaşa Tehran maraqlanır.

Güney Azərbaycan milli-mədəni hərəkatında göstərdiyi fədakarlığa görə Güney Azərbaycanda Həsən Ağa Azərbaycan Həsən Hərgülü ləqəbi ilə anılır.

Onu da vurğulayaq ki, "icazəsiz musiqi dərsləri keçdiyi bəhanə edilərək, özünün təsis etdiyi dərs dediyi musiqi mərkəzi qapadılıb. Məlumat verək ki, Həsən Dəmirçi Güney Azərbaycanın klassik muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. Qeyd etdiyimiz kimi, azərbaycanlı fəal, mərhum Professor Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə Azərbaycan Mədəniyyət Ocağı Dərnəyinin qurucularından biri olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib. Azərbaycan Mədəniyyət Ocağı Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar. Dərnəyin kurslarında tar, kamança, qarmon, qara zurna, qaval s. kimi Azərbaycan musiqi alətləri öyrədilmişdir. Dərnəkdə həmçinin türk dilində muğam oxumaq Azərbaycan rəqsi kusrları təşkil olunub.

H. Dəmirçi Türkiyə Radio Televiziya Qurumunun (TRT) yayımladığı musiqi proqramlarında iştirak edib. Məlumatlara görə, Həsən Dəmirçi muğam musiqisi haqdaMuğam: öyrəncilər üçün başqa bir neçə cild kitabın müəllifidir.

Yazılanlara görə, Həsən Dəmirçi  xəstəxanada müalicə olunarkən yanına ziyarətə gəlmiş bir qrup Güney azərbaycanlı milli-mədəni fəala ziyarət üçün molla rejimi rəsmiləri tərəfindən icazə verilməyib. Böyük şəxsiyyət vəfat etdikdən sonra isə Güney Azərbaycanın bir çox iri şəhərlərində izdihamlı anım tədbirləri keçirilib.

Bir xüsusi məqamı da bildirək ki, H. Dəmirçi Babək qalasına yürüşlərin təşkilatçılarından olub. Təbii ki, Zehtabi ilə birgə bu istiqamətdə işlər görüb. Tədqiqatçılar yazır ki, Məhəmməd Tağı Zehtabinin Həsən Dəmirçi kimi ağsaqqalların öncüllüyü ilə milli fəallar Babək qalasına toplanırlar.

Azərbaycanın bütövləşməsi uğurunda mücadilələr verən Həsən Azərbaycan (Dəmirçi ) böyük mübarizə yolu keçib, özündən sonra örnək bir yol qoyub. Bu gün əksər milli fəallar Dəmirçinin mübarizəsindən ruh aldığını deyirlər. O bir Azərbaycan türkü kimi milli kimliyimizin qorunması, vahid Azərbaycan uğrunda yaşadı əbədiyyətə qovuşdu... Amma onun kimi aydınları ruhu hər zaman xalqımızın yolunu işıqlandıracaq güneyli soydaşlarımızın azadlıq arzusunu gerçəkləşdirəcək. Biz  Azərbaycanı bütöv görəcəyik...

 

İradə SARIYEVA

 

Bakı Xəbər.- 2023.- 5 iyul.- S.12.