Türk xanımlarının
ləyaqət simvolu
– “ŞÜKRİYYƏ” tamaşası
Bir neçə
gün öncə Akademik Milli Teatrda hadisəyə
çevrilən ‘’Şükriyyə
‘’ tamaşasını izlədik. Gənc yazar Cavid Zeynallının
eyni adlı pyesi əsasına quruluşçu
rejissor Bəhram Osmanovun təqdimatıyla səhnə
həyatı verilən
tamaşa Azərbaycanın tarixinə
milli dövlət qurucusu, milli istiqlal şairimiz, adı çəkiləndə ruhumuzun
qidası himnimizi xatırladığımız Əhməd
Cavadın həyat yoldaşı Şükriyyə
xanımın Qazaxstan
məmləkətindəki sürgünlük
həyatını əks
etdirən tamaşa.
Əsər Şükriyyə
xanımın timsalında
repressiya qurbanı olmuş ailələrin taleyi və bu ağır yükü zərif çiynlərində
qeyrətlə
sona qədər
daşıyaraq sədaqət,ləyaqət
simvolu olan qadınların
şərəfinə ucaldılan
abidə adlandırardım.
37 -ci ilin məsum Şükriyyələri,
Dilbərləri, Müşkünazları
və daha neçə-neçə məşəqqət
dolu işgəncələr görmüş
ANALARIMIZ.....
Tamaşanı iki dəfə izlədim və gənc yazıçının
bu mövzuya belə
yanğıyla müraciət
etməsi içimi tərpətdi,həm
də necə..... Qərara aldım ki mütləq görüşüb düşüncələrimi
paylaşmalıyam....Tamaşanın sonunda səhnəyə qalxaraq alqışlara sayğıyla
baş əyən Cavid bəyi yaxından görə bilməsəm də müsbət aurasını
elə uzaqdanca hiss etdim. Yanılmamışdım.
Elə ilk anda diqqətimi çəkən ağıllı,
səmimi baxışları
məni ürəkləndirdi.
- Cavid bəy,
sizinlə tanışlığa şərait yaratdığınız üçün
təşəkkür edirəm..
Tamaşaboyu eləcə
də sonda sürəkli alqışlar göstərdi
ki bu əsər
hələ uzun müddət yaddaşlardan
silinməyəcək. Elə
ordan başlayım ki tamaşanı bu dörd gün
ərzində iki dəfə izlədim və etiraf edim ki hələ
o təsir qüvvəsi
içimdə səngimir.Repressiya mövzusuna
çox yazarlarımız
müraciət etmir və bunun bir
çox səbəbləri
var. Tarixi hadisələri doğru-düzgün
qələmə almaq
üçün ən
vacib şərtlərdən
biri arxiv sənədləridir və
bu da hamının
asanlıqla əldə
edə biləcəyi
iş deyil. Ancaq mənim düşüncəmə görə
ən önəmlisi
o ki belə mövzular insanı o qədər tərpətməlidir
ki qələmə alasan. Bunları deyirəm ona görə ki bizim ailəmiz daha doğrusu babam beş övladıyla minlərlə
günahsız ziyalılar
kimi Qazaxstan diyarına sürgün olunmuşdu. Atam illər sonra bəraət alıb ömrünün sonuna qədər ləkəsiz
yaşasa da mən bir övladı
kimi o qanlı illərin izini həm üz cizgilərində, həm də müəyyən vərdişlərində silinməyən
izlər gördüm.
Sizin belə gənc yaşınızda
sürgün mövzusuna
müraciətinizin səbəbini
bilmək istərdim.
- Mən əvvəla
tamaşa haqqında eləcə də ünvanıma söylədiyiniz
xoş fikirlər haqqında söylədiklərinizə
görə təşəkkür
edirəm. Çox xoşdur ki bizim belə tamaşaçılarımız, teatrsevərlərimiz var və bu bir
təsadüf deyil. Siz artıq özünüz haqda,ailəniz
haqda həm də teatra bu qədər
bağlılığınız haqda danışdıqlarınızı
dinlədikcə aydın
oldu ki bütün
bunlar gendən gəlir,ailə
ənənəsidir və teatra bu qədər
bağlılığınız başlanğıcını,mənbəyini elə ordan götürür. Bir
işin ərsəyə
gəlməsində zəhməti
olan insanlar var borc bilirəm ki ilk növbədə
o insanlara,o təşkilatlara
təşəkkürümü bildirim. Mədəniyyət
nazirliyinə,Akademil milli teatrına, bizim teatrın möhtəşəm kollektivinə əziyyəti keçən hər birinə təşəkkürümü
bildirirəm . Mənə
deyirlər ki bu tamaşa alındı və bu tamaşa çox təsirli tamaşadır. İnsanların
alqışı göstərir
ki bu tamaşa
repertuarda olacaq, baxılacaq,seviləcək. Əlbəttə
hər bi müəllif bunu özü üçün
arzulayır. O ki qaldı sizin sualınıza necə oldu ki mən
bu mövzuya müraciət etdim və bu tamaşa
ərsəyə gəldi. Əvvəla düşünürəm ki
yazıçı üçün
mövzu sərhəddi
yoxdur. Yazıçı
İstənilən mövzuya
müraciət edə
bilər,istənilən
mövzunu işləyə
bilər, yalnız o şərtlə ki o mövzuya daha dərindən bələd
olsun, onu daha yaxşı
araşıdra bilsin, öz içindən keçirdə biısin və istedadla ortalığa ədəbi
material qoya bilsin üstəlik heç kimi təkrarlamasın... Bunlar çox vacib prinsiplərdir. Ancaq nə qədər
nail olmuşam deyə bilmərəm. Ancaq tamaşaya qədər bu pyesi oxuyanlar, səhnəni gözəl
bilən adamlar, səhnə aadamları da müsbət fikirlərini demişdilr və məni də inandırmaşdılar
ki nə vaxtsa tamaşa olacaqsa baxılan, sevilən tamaşa olacaq.
- Demək, fikrimdə yanılmışam,
belə ki, sizin ailənin taleyində sürgün həyatı olmayıb...
- Xeyr. Bizim
nəslimizdə belə
aqibəti yaşayan olmayıb. Şükriyyə
xanım mövzusuna necə başladığımı
yaxşı xatırlayıram.
Bir dəfə təsadüfən İnternetdə
qarşıma bir yazı çıxdı Şəmkirdə bir kitabxanaçı xanım Şkriyyə
xanımın çox
az təsadüf olunan şəklini paylaşaraq altda sözlər yazmışdı
O şəkil Şükriyyə
xanımın yaşlı
dövrünün şəkli
idi və üzündə əzabın, çətinliyin
ifadələri var idi və o şəkil,
onun Qazaxstandakı həyatı və başına gətirilənlər mənə çox təsr etdi ,məni möhkəm silkələdi.
Düşdüm o yazının
izinə daha başqa yazılar tapdım. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin
“Xural”qəzetində (səhv etmirəmsə
2010 cu ildə) yazdığı böyük gözəl bir yazısını tapdım,
mənim təsəvvürüm
daha genişləndi. Daha sonra Əli
Saləddinin Əhməd
Cavad haqqında böyük bir kitabı var Kitabın
sonunda böyük bir hissə “Əhməd Cavad və Şükriyyə
dastanı” adlanır.
Əli Saləddin Seyfəlli kəndində Şükriyyə xanımla
görüşmüşdü Kitabda Şükriyyə xanımın öz dilindən verilən fikirlər məni çox təsirləndirmişdi
və bütün bunlar yazmaq üçün
böyük material verdi. Bundan başqa
Şükriyyə xanımın
sonbeşiyi
oğlu Yılmazın
1993 cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində
“Atam gedındən sonra” adlı bir yazısını Milli kitabxananın arxivindən
tapdım. Bu ailənin başına gələn müsübətlər qardaşının
və ailəsin necə
yaşayıblar necə
ayaqüstə dura biliblər,Yılmaz ata-anası
getdikdən sonra Şəmkirdə Seyfəlli kəndində qohumlqrı
Anaxanım adlı bir qadının 8-9 yaşına qədər himayəsində yaşayıb . Anası sürgündən qayıtdıqdan
sonra kənd adamları atası haqqında söylədiklərini
qələmə alır. Mən o xatirələri göz yaşları içərisində
oxudum .
Bütün bunlar eləcə də o dövrdə sürgün
həyatı yaşamış milliyyətcə
müxtəlif bir çox xanımıarın
sürgün həyatıyla
bağlı xatirələri
oxudum. Burda Ukraynadan,Moldaviyadan,Gücüstandan
olan hansı ki Akmonski vilayətində
əmək koloniyasında
yerləşən o beynəlmiləl
kolaniya idi Keçmiş sovetlər ittifaqının
müxtəlif yerlərindən
sürgün olunan xanımlar idi. Hər kəsin də öz taleyi, öz acı həyat hekayəsi var idi Mən də zərrə-zərrə,qram-qram
o hadisələrdən nələrsə
götürdüm özümküləşdirməyə
çalışdım bacardığım
qədər
səhnələrdə istifadə etməyə çalışdım. Məsələn
tamaşadan xatırlayırsınızsa
orda bir dovşan əhvalatı var . Belə ki müəyyən
ərazidə əkilmiş
alma ağaclarının
dibini qazıyaraq qurumasına səbəb olan dovşanları qovmaq üçn qadınlar
növbə ilə keşik çəkməli
idilər . Məlum olub ki quruyan
ağaclara görə
sürgündəki qadınlar
güllənərmiş Bu
olmuş əhvalat idi. Bir yazıçı
kimi çoxlu fantaziyalarım var. Pyesdə mənim İvan
Aleksandroviç kimi verdiyim personajı Fyodr Aleksandroviç kimi dəyişdirdim
,ümumiyyətlə elə
adamın olub -olmadığını bilmirəm
.Ancaq mənə lazım olan onun öz diliylə dediyi fikirlər ,və etirafları idi ki tamaşçıya
çatdırmaq istədiyim
də bu idi.
- Fyodr Aleksandrobiç obrazıyla
türklərə,türk dilinə olan şiddətin bariz nümunəsini gördük.
- Ümumiyyətlə Şükriyyə xanım
heç vaxt heç kəslə bölüşməyib. Mən
Şükriyyə xxanımın
nəvəsi Cavad bəylə dostam. Cavadın adını da Şükriyyə xanım qoyub və 11 yaşına qədər anası ilə birgə o baxıb. Cavad deyir ki mən
bir dəfə soruşdum ki’’ Stalin kim olub , onun
haqqında bilmək istəyirdim”. Nənəm
Şükriyyə tez
ağzımdan tutub “Onun haqqında danışma” dedi. Bax belə, əslinə bu mövzuya müraciətim,məni
belə silkələməsi
belə olub. Uzun müddət
idi bu tamaşanı
gözləyydim. Tamaşa
2118-ci ildə yazılıb.
Və çox şadam ki Akademik
milli teatrının rəhbərliyi mənim
bu sənət ocağında çalışdığıma
görə deyil məhz əsəri qiymətləndirərib
əsər üzərindən
çıxış edərək bu tamaşanı hazırlayıblar.
- Cavid bəy, bu tamaşada
gözəl aktyor ansanblı, səslənən
musiqi,həmçinin gürcü dilində səslənən
cümlələr, musiqi,
səhnə tərtibatı
çox möhtəşəm
idi. Sizdən məni düşündürən
bir məsələyə
də münasibətinizi
bilmək istərdim. Tamaşaya hazırlıq mərhələsində,tamaşadan
sonra yəni indi “Kaş bu məqamda belə olsaydı, yaxud bu hissəsində
bunu da göstərə
bilsəydik”düşüncələriylə
özünüzə sual
verirsinizmi? Mənim də içimdən keçən bəzi məqamlar oldu. Öncə sizi dinləmək istərdim və sonra mən
də paylaşacam.
- Bilirsiz, müəlliflə
rejissor arasında olan yaradıcı münasibət həmişə
hər ikisinin ortaq məxrəcə gəlməsi ilə alınır. Rejissorun borcu deyil ki
müəllifin yazdığı
bütün sözləri,
bütün səhnələri
orda saxlasın. Çünki mən artıq öz işimi bitirmişdim, başqa sözlə desək mən əsəri yazdım,nöqtəni
qoydum təqdim etdim. Artıq tamaşa rejissoru hansı şəkildə
istəyirsə tamaşanı
o şəkildə qura
bilər. Əgər siz pyesi oxumuzsunuzsa
görəcəksiniz ki
orda Əhməd Cavad var,tamaşada
Əhməd Cavad yoxdur. Tamaşada Şükriyyə xanımın
qayıdarkən Anaxanım
var, Yılmaza qovuşmağ var. Ancaq tamaşada bunlar yoxdur. Tamaşanın rejissoru Bəhram müəllim uşağın göstərilməsini
vermədi. Pyesdə gördüyünüz oğlan
tamaşada Lali adlı qızcığazla
əvəz olunub. Əslində bu elə bir ciddi,
funksional dəyişiklik
də deyil. Lalini canlandıran Aylin çox istedadlı qızdır və artıq teatr səhnəsində bu onun ikinci
roludu. Bundan öncə “Zəfər yolu” tamaşasında məharətini göstərmişdivə
çox sevinmişdi.
Biz də qərara gəldik ki elə qızcığaz
olsun. Bəhram müəllim eyni zamanda pyesdə olmayan ancaq özünün
bir rejissor kimi vacib hesab
etdiyi Şükriyyə
xanımla atası Sülüyman bəyin xəyalı görüşünün
verilməsini təklif
etdi və mən də böyük məmuniyyətlə
əlavə etdim. Deyim ki belə
yanaşma çox normaldır və demək olar ki bütün tamaşalarda baş verir.Bəhram müəllim mənə çox təsirli məqamalara toxunaraq peşəkar rejissor kimi müəyyən əlavələr etməyi
vacib bildi. Şükriyyə xanımın
ata xeyr-duası almadan ailə qurması, atanın illər sonra peşmançılığı, özünü mühakimə
etməsi, qızının
acı taleyinə yanıb-yaxılması, peşmançılıq
səhnələrinin olmasını
təklif etdi. Pyesdə olmayan daha bir təsirli,dramatik səhnə
Stalinə xanımların
ünvanladığı məktub
və bu məktubların xorla səsləndirilməsi səhnəsi
də Bəhram müəllimin təklifi idi və bütün
bu əlavələr mənim də ürəyimcə oldu.
QEYD: Cavid bəy
danışdıqca artıq
hiss edirdim ki özümü ələ ala bilmirəm. Atamın anası Keysu nənəmin sürgün
illərindəki qoşduğu
bayatıları, Stalinə
məktub yazan xanımların xorla səsini eşidirdim..
Kəndimizə ün düşdü,
Taleyim düyün
düşdü.
Mən kimə
neyləmişdim,
Ömrümə sürgün düşdü.
----
Ər kişilər
satıldı,
Zindanlara
atıldı.
Bircə
onu bilmədim,
Bu daş hardan atıldı.
----
Dağda
lalama dəymə,
Gözü alama dəymə.
Nə edirsən et, fələk,
Təkcə balalarıma dəymə.
- Mənə də çox maraqlı gəldi və həqiqətən qeyd etdiyiniz səhnələrdə
tamaşa zalından eşidilən hıçqırtıları
duymamaq mümkün deyildi. O ki qaldı içimdən keçən
istəyimə tamaşanın
sonunda Əhməd Cavadın bu gün də türk dünyasında məhşur,türkçülüyün
simvollarından sayılan
“Çırpınırdı Qara dəniz” mahsından bir parça səslənsin.
Şükriyyə xanım
dönə-dönə atasına
“Mən min dəfə
də dünyaya gəlsəm ancaq Cavadı sevərdim” kimi çözlərinin bir cümlə də əlavə olaraq “Mənim Cavadınm həm də əqidəsinə sayğım sonsuzdur” deməini istərdim. Ancaq əslində bir neçə dəfə soyadının
dəyişdirməsinə, boşanmasına qətiyyətlə
rədd cavabı verməsi elə mənim istəklərimin
əks tapması deməkdir. Bu gün göz yaşlarıyla baxdığımız “Şükriyyə”
tamaşası əminəm
ki qan
yaddaşımız olan
o illəri gələcək
nəsillərə tanıtmaq
üçün çox
möhtəşəmdir. Bu tamaşa qardaş türk dövlətlərində
eləcə də dünyanın bir çox ölkələrində
səhnəyə qoyulmağa
layiq əsərdir və əminəm ki biz o
günü də görəcəyik.
Jalə Cəfərova
Filologiya üzrə fəlsəfə
doktoru, jurnalist.
PS. Cavid bəy də hiss edirdi ki bir az söhbət
etsək artıq göz yaşlarıma
hakim ola bilməyəcəm. Sürgün mövzusu mənim üçün nə qədər ağır olsa da, gözəl tamaşa haqqında danışmaq içimə bir huzur verdi. Bu mənəvi rahatlıqı
yüksəltmək üçün
dayanacağa qədər
böyük istiqlal şairimiz Əhməd Cavadın “Çırpınırdı
Qara dəniz” şerini zümzümə
edərək yoluma davam edirəm:
Çırpınırdı Qara dəniz,
Baxıb Türkün bayrağına.
“Ah...” deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına...
Bakı
Xəbər.- 2023.- 6 iyul.- S.15.