Mübariz, qətiyyətli və möhkəm əqidəli insan
İyunun 30-da görkəmli alim, akademik, ictimai xadim Cəlal Əliyevin anadan olmasının 95-ci ildönümü
tamam oldu. Şərəfli ömür
yolu, elmi nailiyyətləri , ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin
rəğbətini qazanmış
dəyərli alimimiz Cəlal Əliyevin elmi və ictimai
fəaliyyətinin hər
bir səhifəsi xalqa xidmət nümunələri ilə
zəngindir. Cəlal müəllimin fəaliyyəti
çoxşaxəli idi.
Akademik, ictimai-siyasi
xadim, millət vəkili kimi sanballı vəzifələr
daşıyırdı. 40 ilə yaxın tanışlığım
dövründə mən
Cəlal müəllimi
dərindən kəşf
etməyə çalışdım.
Onun haqqında danışanda həmişə
bir həqiqəti təkrarlamağa məcbur
oluram. Cəlal müəllim xarakterinə
görə dürüst,
fədakar, ədalətli
və qorxmaz insan idi. O, həyatının
bütün sahələrində
və mərhələlərində
eyni prinsiplə yaşayıb. Üzləşdiyi
çətinliklərə, məhrumiyyətlərə, haqsızlığa
baxmayaraq ruhdan düşməyib, mübarizliyindən
və əqidəsindən
bir addım da geri çəkilməyib, inamla,
inadla yoluna davam edib. O, heç kimdən, heç nədən çəkinməyən, qorxmaz,
əyilməyən məğrur
bir şəxsiyyət
idi. Onun xarakterini iki sözlə belə ifadə etmək mümkündür: O, mətin
və qayğıkeş
bir şəxsiyyət
idi. Mübariz, prinsipial, bəzən sərt olduğu qədər də həssas, duyğusal və kövrək idi.
Cəlal Əliyevin
Ulu Öndər Heydər
Əliyevə qarşı
olan sonsuz sədaqətindən günlərlə,
aylarla danışmaq olar. Bu gün
hamı etiraf və qəbul edir ki, Heydər
Əliyevin 1990-cı ildə
Moskvadan Vətənə
qayıdışının əsasında Cəlal müəllimin xüsusi rolu oldu. Dahi
öndərimizdən söz
düşərkən onun
gözlərində ölçüyəgəlməz
dərəcədə bir
qürur hissi duyulurdu. O bildirirdi: “Qardaşım olduğu üçün demirəm.
Heydər kimi şəxsiyyətlər dünyaya
min ildə bir gəlir. Azərbaycan tarixində onunla rəqabət apara biləcək ikinci bir dövlət
adamı yoxdur”.
Cəlal müəllim
prinsipial, qətiyyətli
şəxs idi. O, yeganə elm xadimidir ki, Sovet
İttifaqı Kommunust
Partiyasının rəsmən
buraxılmasından xeyli
əvvəl Kommunist Partiyasından çıxmaq
haqqında qərar qəbul etdi. O , 1991-ci ildə Elmlər Akademiyasının
Partiya Komitəsinə
ərizə yazaraq, könüllü
olaraq partiya üzvlüyündən imtina
etdi. Onun yazdığı ərizənin
mətni bir daha sübut edirdi ki, Cəlal
müəllim əsl vətənpərvər Azərbaycan
ziyalısıdır.
Azərbaycan cəmiyyəti Cəlal Əliyevi Ümummilli Liderimiz Heydər Əliyevin yaxın silahdaşı, əqidə
yoldaşı və mübariz bir insan kimi tanıyır.
O, bütün qanı
və canı ilə dövlətə, dövlətçiliyə, Heydər
Əliyevə bağlı
olan insan idi. Cəlal müəllim fədakar qardaş, fədakar ictimai xadim idi.
Onun Heydər Əliyevə olan münasibəti ilə Azərbaycan uğrunda apardığı əzmkar
mübarizə arasında
paralelellər də aparmaq olar. O, həmişə
Heydər Əliyevin yanında olub, çətin sınaqlarda
və şərəfli
dövlət quruculuğunda
çiyin-çiyinə mübarizə
aparıb. Kiçik qardaş kimi Cəlal müəllim Heydər Əliyevə, onun ailəsinə siyasi mərkəzdən yönləndirilən təzyiqlərə
qarşı fərqli
bir mövqe nümayiş etdirdi, iftiralara, yalanlara, təhqirlərə dirəniş
göstərən böyük
mübarizə cəbhəsi
açmışdı. 1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya
onun yaxınlarından
yan keçməmişdi.
Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz
yazılar dərc edilirdi. “Pravda”,” Sovet kəndi” və başqa qəzetlərdə Heydər
Əliyevə və onun qardaşlarına saysız-hesabsız böhtanlar
yağdırılırdı. Amma bütün bunlar Cəlal müəllimi yolundan çəkindirə bilmədi.
Heç nədən qorxmayaraq, həmin dövrdə qəzetlərdə
yazılan böhtanların
qarşısını cəsarətlə
alır, bütün təzyiqlərə baxmayaraq,
mübarizəsindən geri
çəkilmirdi. Cəlal
müəllim həyatının
bütün mərhələlərini
ədalət uğrunda
mübarizəyə həsr
etmişdi. İstət alim, istərsə qardaş və hətta ictimai-siyasi xadim kimi
də Cəlal Əliyev yalnız bir missiyanı yerinə yetirirdi: haqsızlıqla barışmamaq,
sınmadan, boyun əymədən yaşamaq.
Həmişə dərin
inam hissi və yorulmaq bilməyən fəaliyyəti
ilə zəngin və qüdrətli Azərbaycan quruculuğunun
ön sıralarında
olub, ölkəmizin xoşbəxt gələcəyi
naminə çalışıb.
Ulu Öndərimizin tərəfdarları Cəlal
müəllimi döyüşən,
canlı “Heydər Əliyev mərkəzi”hesab
edirdilər.
1990-cı illərin əvvəlində baş
verən mürəkkəb
proseslər fonunda Cəlal Əliyev Azərbaycanın nicatını
Heydər Əliyevin Bakıya qayıtmasında
və ölkəyə
rəhbərlik etməsində
görürdü. Bu məqsədə çatmaq
üçün o Ulu
Öndərimizin Moskvadan
Bakıya qayıtmasına
çalışırdı. O, özü qədər Heydər Əliyevə sadiq olan insanlara
müzakirələr açır,
onun Bakıya qayıtması üçün
çıxış yolu
axtarırdı. Yaxşı
xatirimdədir, Cəlal
müəllim Əjdər
Xanbabayev, Aqil Əliyev və mənimlə görüşündə
bütün təhlükələrə
baxmayaraq, Heydər Əliyevin Vətənə
qayıtmasını israrla
söyləyirdi. Lakin
Əjdər Xanbabayev sui-qəsd nəticəsində
öldürüldükdən sonra
Heydər Əliyevin
Moskvadan Bakıya qayıdışı bir müddət təxirə
düşdü. O vaxtkı
hakimiyyət Heydər
Əliyevin Bakıya dönüşünü əngəlləmək
üçün Cəlal
Əliyevə də ciddi təzyiqlər göstərirdi. Amma bütün bunlar heç bir nəticə vermədi. 1990-cı ilin yayında Moskvadan Bakıya qayıdan Heydər Əliyev gəldiyi günün gecəsi Cəlal müəllimin evində qaldı. Səhəri gün isə Naxçıvana getdi.
Cəlal müəllim respublikamızın
müstəqilliyi və
dövlətçiliyi təhlükə
altında olanda Ümummilli Liderin yenidən hakimiyyətə
qayıdışı üçün
həyatını təhlükəyə
atdı, ölümdən
belə qorxmadı. Bu prosesdə Heydər Əliyevin tərəfdarları məhz
onun ətrafında toplaşırdılar. Buna
görə də Cəlal müəllimi əsl fədai hesab etmək olar. O, fədakarlığı
və cəsarəti ilə neçə-neçə
insana örnək olan, Yeni Azərbaycan
Partiyasının (YAP) yaranmasında
əvəssiz xidmətləri
olan və YAP-ın “Qızıl Fondu”nda adı
olan ziyalılardandır. Uzun və şərəfli mübarizə öz nəticəsini verdi.
1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə
qayıdaraq xalqımızı
bütün çətinliklərdən
xilas etdi. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti
bu gün ən güclü və qüdrətli dövrünü yaşayır.
Buna görə də, akademik Cəlal Əliyevin ruhu bu gün
şaddır.
Rizvan Vahabov,
Yeni Azərbaycan
Partiyasının üzvü
Bakı
Xəbər.- 2023.- 8-10 iyul.- S.7.