Tarixə yazılan ad - İqbal Bayramov

 

İkinci Qarabağ müharibəsində Vətən naminə canından keçərək 43 yaşında  müqəddəslik zirvəsinə ucalan  şəhidi mayor  İqbal Əhmədağa  oğlu Bayramovun  doğum günü qeyd edilib.

Belə ki, Lənkəran rayonunun rəhbər işçiləri, yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, eləcə  qəhrəman övladımızın uyuduğu məzarına təzə güllərdən çələng hörüblər.

Qəhrəman Vətən sevdalısı İqbal Bayramov Lənkəran rayonu, Hirkan  qəsəbəsində anadan olub. Ali təhsilini 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında alıb. Məktəbi bitirən kimi leytenant  rütbəsində  1998-ci ildə hərbi xidmətə yollanıb. Əsas məqsədi erməni dığalardan qisas almaq olub.   Az müddətdən sonra bir il Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində baş leytenant  hərbi rütbəsində Tağım komandiri olaraq xidmət edib. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə təlimlərə qatılıb. 2008-ci ildən Daxili İşlər Nazirliyin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində  Vətənin keşiyində durub. 2011-ci ildə mayor hərbi rütbəsi almaqla qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində çalışıb.  7 il  Daxili Qoşunların Qəbələ rayonunda, Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissələrində xidmət edib. 2018-ci ilin  14 yanvarında  mayor hərbi rütbəsi ilə ehtiyata buraxılıb.

Vətən müharibəsində  Füzulinin Cəbrayılın azadlığı uğrunda gedən  ağır döyüşlərdə xüsusi şücaət göstərib.  5 oktyabrda sonucu dəfə qələbəyə böyük inamla odun-alovun içinə atılıb. Cəbrayılda gedən bu haqq savaşımız zamanı şəhid olub.

Onu da bildirək  ki, mayor İqbal Bayramov hələ sağlığında dövlət başçısı tərəfindənQüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyiAzərbaycan Ordusunun  100 illiyiyubiley medallarına layiq görülüb. Vətən müharibəsindəki isə göstərdiyi  qəhrəmanlığına görə şəhidimiz dövlət tərəfindənVətən uğrunda”, “İgidliyə görəmedallarla təltif edilib.

Eləcə doğma Hirkan qəsəbəsində İqbal Bayramovun xatirəsinə ucaldılan bulaq kompleksi indi insanların ən çox getdiyi  ehtiramla baş əydiyi yerdir.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bakı Xəbər.- 2023.- 14 iyul.- S.14.