Qərbi Azərbaycanda e.ə. minilliklərə dayanan

Soyuqbulaq təsvirləri - bura erməni məkanı ola bilərmi?!..

 

Qərbi Azərbaycanın daş yaddaşırubrikasında Loru mahalının daşlara həkk olunmuş bənzərsiz daş yazısından danışmaq istəyirik. Qədim dünyanın insanı yazıb-oxumaq bilmədiyi çağlarda duyğularını, yaşadıqlarını, bildiklərini şəkillərlə, təsvirlərlə günümüzə ünvanlayıblar. Azərbaycan ərazində tarixən daşüstü yazılara rast gəlinib.

Demək mədəniyyətimizdə daşüstü təsvirlər silinməz izlər qoyub. Son illər tədqiqatçılar Azərbaycan ərazisində mövcud olan qədim yazıları daha ətraflı şəkildə öyrəndikləri üçün bu sahədə yeni tapıntılar, informasiyalar meydana çıxır. Heç şübhəsiz, bunlar ibtidai Azərbaycan türkünün ruhunu özündə daşıyır. Tarixi Azərbaycan torpaqlarında bu cür yazılara sıx-sıx rast gəlinir. Biz bunu həm Azərbaycan Respublikasının, həm tarixən bizə məxsus olan, lakin məlum səbəblərdən bizdən qoparılan ərazilərimizdə müşahidə edirik. Qərbi Azərbaycanda, Cənubi Azərbaycanda, Borçalıda, Dərbənddə belə daşüstü yazılar çoxdur. Sadəcə olaraq, bu gün bizim alimlərimiz orada tədqiqatlar apara bilmir.

Biz vaxtaşırı olaraq Qərbi Azərbaycan mədəniyyəti barədə sizə məlumatlar veririk. Qərbi Azərbaycan mahalları, elləri xalqımızın daş yaddaşının formalaşdığı yurd yerlərindəndir. Bir çox insanlar Qərbi Azərbaycanın ayrı-ayrı yerlərində petroqliflər, qayaüstü yazılar, təsvirlər olduğunu qeyd edirdilər.

Arxeoloq Şamil Nəcəfov yazır ki, Kiçik Qafqaz petroqliflərinin bir hissəsini indiki Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında - Qərbi Azərbaycandakı qayaüstü təsvirlər təşkil edir. Zəngəzurda, Soyuqbulaqda, Göyçə gölü hövzəsində, Göyəm dağlarında Tunc dövrü maldarları tərəfindən minlərlə təsvir yaradılıb.

Tədqiqatçı təəssüflə bu təsvirlərin ermənilər tərəfindən saxtalaşdırılaraq təqdim edildiyini vurğulayır.

Soyuqbulaq petroqlifləri onlardan biridir ki, qədim türk dünyagörüşünü, yazı mədəniyyətini özündə əks etdirir. E. ə. V-II minilliklərə aid Soyuqbulaq qayaüstü yazılarının dərindən tədqiqata ehtiyacı olsa da, təəssüflər olsun ki, əlimiz ona çatmır.  Loru mahalının Vorontsovka (03.03.1935-ci ildən - Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən - Paqaxbyur) kəndi yaxınlığında, Armudlu Qaçaqqırılan dərələrində e. ə minilliklərə aid qayaüstü təsvirlər, yəni Soyuqbulaq petroqlifləri haqda bu gün danışılır. Tədqiqatçı Əziz Ələkbərlinin yazdığına görə, Dağlıq Altayın Xatın çayı sahillərində aşkar edilmiş qayaüstü təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını həmin vaxtlardan üzü bəri Türk-Oğuz qəbilələrinin anayurdu olduğunu təsdiq edir. Soyuqbulaq kəndində ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşlər.

Arxeoloq, dosent Ziyad Əmrahovun yazdıqlarına diqqət yetirək: “Qərbi Azərbaycanın böyük bir hissə­sində təşkil edilmiş bu yeni iri inzibati ərazi vahidi qərbdən Qars, cənubdan Türkiyə­nin Asiya hissəsi olan Ərzurum vilayətləri ilə həmsərhəd idi. İrəvan quberniyasının əsas hissəsi İran Türkiyə sərhədi bo­yunca uzanırdı Kutais, Tiflis, Şamaxı quberniyaları, İranın Qaradağ, Mərənd, Maku xanlıqları, Türkiyənin Bəyazid, Qars, Axalsıx paşalıqları ilə sərhəd idi.

Arxeoloji yazılı qaynaqların araşdı­rılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V-II minilliklərə aid Soyuqbu­laq Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, NüvədiQarqadaşı yazıları ilə OrhonYenisey kitabələrinin dil əlifba eyniliyi açıq şəkildə sübut edir.

Bölgənin qədim türk tarixi ilə bağ­lı məlumatlarına qədim Assur Urartu mixi yazılarında da tez-tez rast gəlmək olur. E. ə. 1200-cü ilə aid Assur yazıların­da adı çəkilən türksoylu Xarxar // Qarqar ölkəsinə həm indiki Qərbi Azərbaycan ərazisi daxil idi. Təsadüfi deyil ki, Xarxar-Qarqar-Gərgər-Herher variantlarında gü­nümüzə qədər gəlib çatmış bu etnonimin izləri bu gün Qərbi Azərbaycan ərazisində qeydə alınmış yüzlərlə toponimdə ya­şamaqdadır. Təkcə elə İrəvan xanlığı tər­kibinə daxil olan 15 mahaldan ikisi (Gər­nibasar Qarbibasar) bu etnosun adını daşımışdır”.

Qobustanda, Kəlbəcərdə, Qərbi Azərbaycanda başqa yerlərdə olan daş yazılarımız birnmənalı olaraq bir-biri ilə eynilik təşkil edir. Bu da  sübut edir ki, bunlar bizim maddi mədəniyyətimizin unikal ünvanlarıdır. Bu yazılar bizim xalqımızın tarixidir erməni alimləri qədər saxtalaşdırma aparsalar da, bu yazıları heç cür öz milli ünvanından qopara bilməyəcəklər.

Hesab edirəm ki, alimlərimiz Soyuqbulaq qayaüstü təsvirləri, yazıları ilə bağlı tədqiqatlarını daha da genişləndirməlidir ki, əsaslara söykənib erməni təbliğatına öldürücü zərbə vura bilsin. Soyuqbulaq petroqlifləri biz türklərin tarixinin ayrılmaz bir parçasıdır...

 

İradə SARIYEVA

 

Bakı Xəbər.- 2023.- 18 iyul.- S.13.