Söz azadlığına dövlət
dəstəyi - büdcə ayırmaları 10 faiz
artırıldı...
Hələ bir
neçə il öncədən ölkədə
mediaya dövlət dəstəyi istiqanətində
tədbirlər həyata keçirilir.
1998-ci ildə ölkədə senzura ləğv
edildi. 1999-cu ildə yeni
media qanunu qəbul edildi. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv
edildi, əvəzində mediaya
özünütənzimləmə statusu
verildi.
Qəzetlərin 2001-ci il dekabrın 31-dək olan “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına ödənilməsi, 2005-ci, 2010-cu, 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycanda qabaqcıl mətbuat işçilərinin təltif olunması, fəxri adların verilməsi, eləcə də kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və evlə təminatı jurnalistlərin gərgin əməyinə dövlətin yüksək qiymət verdiyinin göstəricisidir. Nəhayət, 2003-cü ildə ildə medianın özünütənzimləmə qurumu olan Mətbuat Şurası yaradıldı.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli
“Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinə birdəfəlik maliyyə yardımı
göstərilməsi haqqında”, eləcə də “Azərbaycan
Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları
dövlətin mətbuata göstərdiyi diqqət və
qayğının davamlı, sistemli xarakter daşıdığının sübutudur. Bu gün ölkədə
MEDİA-nın fəaliyyəti də medianın
inkişafının dəstəklənməsi istiqamətində
növbəti addımdır. ümumiyyətlə, mediaya dövlət dəstəyi siyasəti, eyni zamanda, bu
sahənin bazarın təsirlərindən zəruri müdafiəsinin
təşkili üzrə effektiv mexanizmdir. Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan
Respublikasının Qanunu”nu
təsdiqləməsi isə mexanizmin
işlək olduğunu bir
daha sübuta yetirir. Digər tərəfdən,
ötən il qəbul edilmiş
“Media haqqında” Qanunun
4-cü maddəsində medianın inkişafının təşviqi
və media subyektlərinin fəaliyyətinin
stimullaşdırılması tələbinin nəzərə
alınması, əsas götürülməsi rəhbər tutulur. Vergi Məcəlləsinə dəyişiklik həmin qanuna uyğun olaraq həyata keçirilməkdədir ki, bu isə eyni zamanda media
qanunvericiliyinin işləkliliyi
baxımından vacibdir. Ölkə
başısının qərarı ilə medianın vergilərdən
azad edilməsi son illərdəki
media islahatlarının məntiqi
davamıdır.
Dəstək 2023-cü ilin
təsdiq olunmuş proqnozu
ilə müqayisədə 11,2 % çoxdur
Prezident
İlham Əliyev mətbuat orqanlarının vergilərdən
azad edilməsi ilə bağlı Milli Məclisin qəbul
etdiyi Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Eləcə də Prezident Vergi Məcəlləsinin
qüvvəyə minməsi ilə bağlı öz fərmanında dəyişiklik edib. İmzalanan sənədlərə
əsasən, media subyektlərinin
(kütləvi informasiyanın dərc olunması və
yayımlanması olan fiziki
(jurnalistlər istisna olmaqla)
və ya hüquqi
şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə
etdikləri gəlirlər, o cümlədən
reklam gəlirləri, habelə onlara Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət
vergisindən və sadələşdirilmiş vergidən azad edilib.
Qeyd edək ki, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq. Ölkə başçısının media subyektləri ilə bağlı fərmanı media qurumlarının rəhbərləri tərəfindən çox müsbət qarşılanıb.
2024-cü ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə 64,9 milyon manat maliyyə yardımı (subsidiya) nəzərdə tutulur.
Bu barədə Maliyyə
Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,2 % çoxdur. Artım əsasən AzTV-nin vergi öhdəlikləri
üzrə xərclərlə bağlıdır.
Daha çox resurs medianın əlində qalacaq ki…
Bu, bütövlükdə ölkədə keçirilən media islahatları və eyni zamanda mediaya tətbiq edilən güzəşt paketlərinin tərkib hissəsidir. Üç llik zaman kəsiyində faktiki olaraq medianın tamamilə vergidən azad edilməsi, mediaya ayrılan yardımların artması, reklamlar və digər istiqamətlərdən əldə olunan gəlirlərin daha səmərəli xərclənməsinə zəmin yaradacaq. Zəmin yaradacaq dedikdə, daha çox resurs medianın əlində qalacaq ki, bu da faktiki olaraq bir sıra layihələrin həyata keçirilməsində vacib şərtlərdən biridir. Çünki müasir dövrdə maliyyə resursları olmadan, medianın qarşısında duran problemlərin həlli, media subyektlərinin ayaqda durması üçün maliyyə ehtiyatlarına ehtiyac var. Bəlli olduğu kimi indiyədək tətbiq olunan güzəştlərin arasında digər güzəştlər də var. Həmçinin çap mediasının, kağız məmulatlarının, çap materiallarının ƏDV-dən azad edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklilər edilib. Bu da çox vacib şərtlərdən biri hesab edilir. Bu aspektdən də tətbiq edilən güzəştlər, maliyyə yardımlarının artırılması Azərbaycan mediası üçün zamanla daha geniş imkanlar yaradacaq və bütövlükdə həyata keçirilən islahatlar prosesinin sürətlənməsinə imkan verəcək.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2023.- 4
noyabr, ¹ 201.- S.8.