140 minlik
Böyük Qayıdış - vətəndaş
hüquqlarının böyük təminatı...
Azərbaycan
dövlətinin qəbul etdiyi qanunlara əsasən ölkəmizdə
insan hüquqları, vətəndaşların
hüquqları yüksək səviyyədə
qorunur. Bildiyimiz kimi,
Azərbaycan vətəndaşlarının, azərbaycanlıların
bütün hüquqları Ermənistan tərəfindən
pozulub. Belə ki, 30 il əvvəl Ermənistanın
ölkəmizə təcavüzü nəticəsində 1 milyona yaxın vətəndaşımız öz evlərindən didərgin
salınmış, qaçqına, məcburi
köçkünə çevrilmişdi.
1988-ci ildə Qərbi azərbaycanlıları Ermənistan
dövləti öz doğma
yurdlarından deportasiya edərək
onların bütün hüquq
və azadlıqlarını əllərindən aldı.
Vaxtilə Qarabağdan və ətraf rayonlardan
zorla qovulan vətəndaşlarımızın
pozulan hüquqları Azərbaycan dövləti tərəfindən
bərpa edilir. Artıq ölkəmizdə
erməni təcavüzünə son qoyulub və dövlətimizin ərazi bütövlüyü təmin edilib. Amma təəssüf
ki, hələ də Qərbi Azərbaycandan olan soydaşlarımızın vətəndaş
hüquqlarının bərpası istiqamətində Ermənistan
adlanan ölkə heç
bir addım atmır. Hesab edirik ki, onların vətəndaşlıq
hüquqlarının tam olaraq
bərqərar olması üçün
Ermənistan addımlar atmalıdır. Məsələ
burasındadır ki, Azərbaycanda hüququ pozulmuş vətəndaş
axtaran beynəlxalq təşkilatlar illərlə
Ermənistan tərəfindən yaşamaq,
mülkiyyət, təhsil və sair
hüquqları tapdanan azərbaycanlılara
tərəf baxmayıblar. Halbuki, ən böyük örnək onlar
olub.
Öz yurdlarına
qayıtmaq hüquqları bərpa edilən vətəndaşlarımız...
Məlumdur ki, artıq Azərbaycan
dövləti “Böyük
Qayıdış” prosesinə start verib. Son hesablamalara
görə, indiyədək azad olunan ərazilərə 3188 nəfər köçürülüb. Rəsmi məlumata
görə, 2022-2026-cı illərdə 40 mindən çox əhali azad edilmiş ərazilərdə yerləşdiriləcək.
Azərbaycan dövləti bununla da keçmiş məcburi
köçkünlərin vətəndaş
hüquqlarını dövlət
tərəfindən təmin edilir. Bununla da keçmiş
köçkünlərin hüquqları bərpa olunur. Ümumiyyətlə, Azərbaycanda bu məsələyə xüsusi
diqqət yetirilir.
“Azərbaycan dövlətinin həyata keçirdiyi “Böyük Qayıdış” keçmiş məcburi köçkünlərin hüquqlarının bərpasına dəlalət edir”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan dövləti müstəqil hüqiqi dövlətdir və burada vətəndaşlarımızın hüquqlarını qorunması məsələsi hər zaman əsas vəzifələrdən olub. Qanunvericiliyimizdə vətəndaş hüquq və azadlıqlarının təsbit edildiyini və həmçinin də bunun real həyata öz ifadəsini tapdığını qeyd edən S.Adıgözəlli hesab edir ki, keçmiş məcburi köçkünlərin yenidən öz evlərinə qayıtması bir vətəndaş kimi haqlarının yüksək səviyyədə təmin edilməsi deməkdir. “Azərbaycan dövlətinin həyata keçirdiyi “Böyük Qayıdış” keçmiş məcburi köçkünlərin hüquqlarının bərpasına dəlalət edir. Bununla onların öz torpaqlarında yaşamaqları, layiqli həyat tərzlərini davam etdirmələri təmin olunur.
Torpaqlarımız işğaldan
azad olunduqdan sonra keçmiş məcburi
köçkünlərin azad ərazilərə
qayıdış proses baş
verdi. Uzun illər işğala qalan ərazilərimizin
azad olunması, keçmiş
qaçqın v məcburi
köçkünlərə öz
yurdlarına evlər tikilməsi, onların geri
qaytarılması ilahi ədalətin bərpa
edilməsidir. Bilirsiz ki,
son antiterror tədbirindən
sonra da proses davam edir,
vətəndaşlarımız öz
torpaqlarında məskunlaşdılırlar. Prezidentin
bir sözü var: “Prezident
seçiləndə mənim 41 yaşım var
idi və təcrübəm də o qədər böyük
deyildi və mən o vaxt beynəlxalq hüquqa
inanırdım. İnanırdım ki, ədalət
haradansa göydən düşüb
bizim məsələmizi həll edəcək.
Sonra başa düşdüm ki, ədaləti
biz özümüz bərpa
etməliyik...”
Biz xalq və dövlət, ordu olaraq Prezidentin rəhbərliyi ilə ədaləti özümüz bərpa etdik. Yəni biz ədaləti, vətəndaşlarımızın pozulan hüquqlarını yalnız ordumuzun dəmir yumruğu ilə bərpa edə bildik” - deyə S.Adıgözəlli vurğuladı.
“Dövlətimiz bu prosesi həyata keçirməklə göstərir
ki...”
“30 ildən artıq bir müddətdə hüquqları Ermənistan
tərəfindən pozulmuş, nəticədə
yurd-yuvasından didərgin düşmüş,
respublikamızın müxtəlif yerlərində əvvəllər
çadır şəhərciklərində, sonra
da yataqxanalarda çox çətin vəziyyətdə
yaşamış vətəndaşlarımız daim Azərbaycan dövlətinin Böyük Qayıdış proqramı ilə
yenidən evlərinə qayıdırlar.
Geriqayıdış prosesi hissə-hissə
həyata eçirilir. Bu
gün azad rayonlarda çox geniş miqyaslı işlər
aparılır.
Məsələ burasındadır ki, Azərbaycan dövləti bu addımları vətəndaş hüquqlarının təmin edilməsi yollarını beynəlxalq aləmə də göstərir. İnsanlarımızın hüquqları 30 il pozuldu, amma beynəlxalq aləmin səsi də çıxmadı. İndi dövlətimiz bu prosesi həyata keçirməklə göstərir ki, keçmiş məcburi köçkünlərin hüquqlarını bərpa etmək mümkündür. Təki ortada siyasi iradə, aydın məqsəd olsun. Azərbaycan beynəlxalq təşkilatlara, beynəlxalq aləmə, dünya dövlətlərinə göstərdi ki, öz vətəndaşlarının hüquqlarının necə bərpa etmək olar. Bu gün vətəndaşlarımız yalnız evlərinə qayıtmırlar, həm də indiyə qədər pozulan bütün hüquqlarını bərpa edirlər. Həm də onların təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Düzdür, vətəndaşlarımızın dincliyini pozan Ermənistanın ərazilərimizə basdlrdığı minalardır, onların da təmizlənməsi həyata keçirilir. Amma təəssüf ki, bu problem hələ tam olaraq öz həllini tapmayıb. Dünya Ermənistan tərəfindən vətəndaşlarımızın bütün hüquqlarının pozulmasına necə seyirçi qalırdısa, indi də mina məsələsinə elə yanaşır...Hesab edirəm ki, Azərbaycan bunun da öhdəsindən gələcək. Biz hər şeyi təkbaşına edirik. Bu da dövlət və xalq olaraq bizim həmrəyliyimizdən qaynaqlanan məsələlərdəndir” - deyə S.Adıgözəlli qeyd etdi.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2023.- 5-6
noyabr, ¹ 202.- S.8.