8 Noyabr
Zəfərinin açarı - "Nəyi nə zaman etməyi gərək bacarasan"...
Artıq
üç ildir xalqımız tarixi Zəfərimizin sevincini
yaşayır. 44 gündə 30 ilin
işğalına son qoymaq
gücün, qüdrətin,
möhkəm təmələ
əsaslanan siyasətin
nəticəsidir. Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə yenilik kimi daxil olan
strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az
itki verərək qısa müddətdə
düşmənin bütün
hərbi texnikasını
məhv etdi, canlı qüvvəsinə
ciddi zərbə vurdu.
Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı
işğaldan azadetmə
əməliyyatı dünya
üzrə müharibələrin
aparılması doktrinasında
ciddi dəyişikliklərə
səbəb olacaq. Bu müharibə göstərdi
ki, dövlətimizin başçısı İlham
Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü
ordu strategiyası torpaqlarımızın işğaldan
azad olunmasının ən başlıca səbəbidir. Dövlətimizin başçısının müsahibələrində
də qeyd etdiyi kimi, ordumuz
faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun
potensialı bütün
dünyanın gözü
önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi
mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər.
Nəyi,
nə zaman və necə etməyin ən yaxşı nümunələrini
göstərən dövlət
başçısı…
Fəaliyyəti boyunca “nəyi, nə zaman və
necə etməyin” ən yaxşı nümunələrini göstərən
Prezident İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırdı.
2020-ci il 8 noyabrda
üçtərəfli bəyanatdan
sonra bəzilərində
belə təsəvvür
yaranmışdı ki,
qələbəmiz tam deyil.
ABŞ, Avropa İttifaqı,
Fransa və s. 30 illik işğal dövründə olduğu
kimi, bu mərhələdə də
vəziyyətin qeyri-müəyyən
qalmasında maraqlı
idi, bu məqsədlə
ATƏT-in Minsk qrupunun reanimasiyasına
cəhdlər göstərildi,
yenidən uzun-uzadı
danışıqlar prosesinə
başlamağa cəhd
edildi.
Bütün bunlar Azərbaycan Prezidentinin polad iradəsinə və qətiyyətinə təsir
edə bilmədi. Nəyi, nə
zaman və necə etməyin ən yaxşı nümunələrini göstərən
dövlət başçısı
suverenlik və ərazi bütövlüyümüzün
tam bərpası üçün
zəruri addımları
atdı. Vətən
müharibəsindən sonrakı
3 il ərzində
baş verən proseslər də bunu təsdiqləyir. Bütün təzyiqlərə və
hədələrə baxmayaraq,
Prezident İlham Əliyev uzaqgörənlik,
prinsipiallıq və qəti iradə nümayiş etdirərək
Xankəndidə Azərbaycanın
Dövlət Bayrağının
qaldırılacağı günü
yaxınlaşdırırdı. Beləliklə, 3 il ərzində həyata keçirilən
siyasət bu il sentyabrın 20-də öz məntiqi sonluğu ilə yekunlaşdı.
Tam suverenlik Prezidentin qətiyyətli siyasəti
sayəsində 2023-dən başladı
Müstəqillikdən sonra ilk dəfədir biz bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu,
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən
biridir.
Bizim müstəqillik tariximiz 1991-dən başlasa da, tam suverenlik Prezidentin qətiyyətli siyasəti sayəsində 2023-dən başladı. Çünki heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmamışdır. Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı. Bütün bunlar isə bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran liderdir. Bir sözlə, milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı.
Prezident bir
daha sübut etdi ki, o
verdiyi bütün vədləri
yerinə yetirməyi bacaran Müzəffər
sərkərdədir!
Zəfərdən
sonra Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü
ildə lokal xarakterli antiterror tədbirlərinə
başladı. Bu da Azərbaycanın növbəti qələbəsi
ilə nəticələndi. Qarabağın erməni sakinlərinin
nümayəndələrinin Rusiya sülhməramlı
kontingenti vasitəsilə müraciətini nəzərə
alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq
şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin
dayandırılması barədə razılıq əldə
olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən
Ermənistan silahlı qüvvələrinin birləşmələri,
qeyri-qanuni erməni silahlı dəstələrinin silahı
yerə qoyması, döyüş mövqelərindən və
hərbi postlardan çıxması və tam şəkildə
tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin
birləşmələri Azərbaycan ərazilərini tərk
etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin
buraxılması, eyni zamanda, paralel şəkildə
bütün silah-sursat və ağır texnikanın təhvil
verilməsi Azərbaycanın
növbəti böyük qələbəsidir.
Antiterror
tədbirlərinin nəticəsində Azərbaycan öz
suverenliyini bərpa etdi. 15 oktyabr tarixində Xankəndi şəhərinin
mərkəzi meydanında Azərbaycan Bayrağı
qaldırıldı. 20 il bundan əvvəl Prezident
seçilmiş İlham Əliyev doğma xalqına müraciət
edərək söz vermişdi ki, Azərbaycan xalqının
və Azərbaycan dövlətinin milli maraqlarını
müdafiə edəcək və Azərbaycanın ərazi
bütövlüyünü qoruyacaq. Ərazi
bütövlüyümüzü təmin etməklə,
Prezident bir daha sübut etdi ki, o verdiyi bütün vədləri
yerinə yetirməyi bacaran Müzəffər sərkərdədir!
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2023.- 8 noyabr, ¹ 204.- S.8.