Regional inteqrasiyada diplomatiyamızın
yeni uğurları...
Azərbaycan dövlətinin dünya və region dövlətləri,
eləcə də beynəlxalq təşkilatlarla
əməkdaşlıq əlaqələri
çox yüksək
səviyyədə inkişaf
edir. Məlumdur
ki, dövlətimiz
region dövlətləri ilə
müxtəlif əməkdaşlıq
platformalarında bir araya gəlir və öz faydalı, səmərəli
addımları ilə iqtisadi, siyasi töhfələrini
ortaya qoyur.
Xüsusən də region ölkələrini
özündə birləşdirən
təşkilatların işində
Azərbaycanın fəallığı
diqqəti çəkir.
Azərbaycan həm türk dünyasında sarsılmaz
birliyinin ifadəsi olan Türk Dövlətləri Təşkilatının
(TDT) işində fəal
iştirak edir, həm də region ölkələrini özündə
birləşdirən, çox
böyük resurs və potensiala malik qurumlardan biri olan İqtisadi
Əməkdaşlıq Təşkilatının
üzvü kimi öz aktivliyi ilə seçilir. Noyabrda Azərbaycan
hər iki təşkilatın keçirdiyi
böyük tədbirlərdə
təmsil olunub.
“Türk dövlətləri
ilə münasibətlərin
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”
Bildiyimiz kimi, noyabrın 3-də Qazaxıstanın paytaxtı
Astanada Türk Dövlətləri Təşkilatının
(TDT) “Türk Əsri”
çağırışı altında 10-cu yubiley Zirvə görüşü
keçirildi. Yubiley Zirvə görüşü
Türk dünyasında
əlaqələrin daha
da genişləndirilməsi
və möhkəmləndirilməsi
niyyətinin növbəti
nümunəsi olaraq diqqəti çəkdi.
Ekspertlərə görə, son illərdə
Türk dövlətləri
arasında əlaqələr
bütün sahələrdə
intensiv xarakter alıb və dövrün tələblərinə,
baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına
üzv ölkələrlə
əlaqələrin bütün
sahələrdə möhkəmləndirilməsi
Azərbaycanın xarici
siyasətinin əsas prioritetlərindən biridir.
Bu fikir də
ekspertlərə aiddir.
Qazaxıstanın paytaxtı Astanada
keçirilən TDT-nın
“Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü
olduqca məhsuldar və yadda qalan
oldu. Zirvə görüşündə ötənilki sammitdən
keçən dövr
ərzində görülmüş
işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirildi,
təşkilatın inkişafı
və fəaliyyətinin
daha da genişləndirilməsi
istiqamətində fikir
mübadiləsi aparıldı.
Zirvə
görüşündə TDT-də müşahidəçi
üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak
etdilər. TDT-nin 10-cu yubiley sammitində dövlət başçıları müxtəlif
sahələr üzrə
əsas məsələlərə
dair qərarlar qəbul etdilər, sazişləri yekunlaşdıracaq,
üzv və müşahidəçi dövlətlər
arasında çoxtərəfli
əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirdilər.
Türk Dövlətləri Təşkilatının
(TDT) növbəti, XI Zirvə
görüşü 2024-cü ildə Qırğızıstanda
keçiriləcək. Bu barədə qərar TDT ölkələri liderlərinin
noyabrın 3-də Qazaxıstanın
paytaxtı Astanada keçirilən 10-cu yubiley
Zirvə görüşündə
qəbul olunub.
“...Türk dövlətləri
ilə münasibətlərin
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini
təşkil edir.
2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən
müddət ərzində
müxtəlif sahələrdə
əməkdaşlığımız təsisatlanıb, Türk
Dövlətləri Təşkilatı
uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız
beynəlxalq səviyyədə
böyük siyasi çəkiyə və nüfuza malikdir”. Bu fikri Azərbaycan
Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının
“Türk Əsri” çağırışı altında noyabrın 3-də
Astanada keçirilən
10-cu yubiley Zirvə görüşündə çıxışında
deyib.
Uğurlu
diplomatiyanın nəticələri...
Azərbaycanın xarici siyasətində mühüm yer tutan bu məsələ
çox böyük uğurla özünü ifadə edir. Dövlətimiz
əldə etdiyi yüksək
iqtisadi nailiyyətləri bu kimi regional platformalarda nümayiş etdirir. Ekspertlər hesab edir ki,
Azərbaycan tərəfdaşlığa
olan sadiqliyini və qarşılıqlı
hörmətə, etimada
əsaslanan əməkdaşlığı
davam etdirərək, bir daha dünya
siyasətinə davamlı
iqtisadi inkişafa nail
olmağın yollarını
göstərir.
Bildiyimiz
kimi, bu ilin 9 noyabrında Özbəkistanda
İqtisadi Əməkdaşlıq
Təşkilatının (ECO) keçirilən 16-cı Zirvə
toplantısı keçirildi
və Prezident İlham Əliyev də qardaş ölkədə keçirilən bu zirvə toplantısında
iştirak etdi. Özbəkistanda
keçirilən ECO-nun 16-cı Zirvə toplantısında
çıxış edən
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatı
ilə əməkdaşlıqdan
məmnunluq duyduyğunu
dilə gətirirdi:
“...Azərbaycanın nəqliyyat
və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün
açıqdır. Son illərdə Azərbaycan
özünün nəqliyyat
infrastrukturuna milyardlarla
ABŞ dolları həcmində
sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizləri üzərində
yerləşən nəqliyyat
və logistika mərkəzlərindən birinə
çevrilib. Hər iki
dəhlizin Azərbaycandan
keçən hissələri
tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmiryolu xətlərinin
yükaşırma qabiliyyətinin
genişləndirilməsi üzərində
işləyirik. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına
310 milyard ABŞ dolları
həcmində sərmayə
qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.
Məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycan ECO-nun Təmiz
Enerji Mərkəzinin
ev sahibi kimi rəsmi olaraq təsdiqlənib...”
- deyə Azərbaycan
Prezidenti vurğulayırdı.
“Çıxışımın sonunda vurğulamaq istərdim ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır”. Bu fikri də Azərbaycan Prezidenti sözügedən zirvə toplantısında qeyd etmişdi.
Milli Məclisin deputatı
Məzahir Əfəndiyev ECO-nun qardaş
ölkədə keçirilən zirvə toplantısı ilə
bağlı mətbuata maraqlı
şərh verib: “... Bu baxımdan 9 noyabr 2023-cü il tarixində
Prezident İlham
Əliyevin qardaş Özbəkistana rəsmi
səfəri, İqtisadi Əməkdaşlıq
Təşkilatının (ECO) keçirilən16-cı Zirvə
toplantısında iştirakı, daha sonra orada təşkilata üzv dövlətlərin
başçıları ilə ECO-nun gələcək
fəaliyyət istiqamətlərini müəyyən
edən bir sıra ikitərəfli
görüşlərinin baş
tutması ölkəmizin təşkilat üçün
əhəmiyyətini ortaya qoydu, habelə enerji təhlükəsizliyi,
regional inteqrasiya və
sosial-iqtisadi inkişaf
sahələrində üzərinə düşən gördüyü ardıcıl işlərin
məntiqi nəticəsidir”.
Azərbaycan Prezidentinin, bütövlükdə Azərbaycanın Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə və Özbəkisianda keçirilən İqtisadi Əməkdaşdaşlıq Təşkilatının 16-cı Zirvə görüşündə təmsil olunması və dövlətimizin əsas hədəflərini bəyan etməsi, əməkdaşlıq istiqamətdində addımlar atması bizim dövlətimizin xarici siyasətinin böyük uğurudur. Heç şübhəsiz ki, bu amillər Azərbaycanın region dövlətləri ilə inteqrasiyası baxımından çox mühüm göstəricidir, bu türk dövlətləri arasında əməkdaşlıq əlaqələrini daha da dərinləşdirir.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2023.- 14
noyabr, ¹ 205.- S.8.