Millətlər və
dinlərarası həmrəylik azərbaycançılıq
ideyasının əsasında dayanır...
Azərbaycançılıq ölkəmizdə
yaşayan bütün
xalqları, o cümlədən də dünya azərbayanlılarını bir ideya, bir
məfkurə və bir ali
məqsəd ətrafında sıx birləşidirir. Azərbaycanda
yaşayan xalqların hamısı
yaxşı bilir ki, bu diyar onların
hamısının vətənidir və vətənçilik
naminə hər kəs bərabər olmalıdır.
Milliyyətindən, dinindən asılı olmayaraq azərbaycançılıq hər kəs
üçün əzizdir. Bir sözlə,
ölkəmizdə yaşayan bütün xalqlar azərbaycançılıq
ideologiyasının ətrafında sıx birləşiblər.
Ölkəmizdə milli, dini
baxımdan heç bir
ayrı-seçkilik mövcud deyil, tarixən də olmayıb.
Azərbaycançılığın təntənəsi...
Bu gün dünyanın müxtəlif ölkələrində, xüsusən də antiazərbaycan əhvalının yüksək dərəcədə olduğu Qərb dövlətlərində, Avropada, ABŞ-ın özündə ermənipərəstlər azərbaycançılığa qarşı dayanıblar. Onları narahat edən ölkəmizdə yaşayan bütün xalqları vahid mərkəzdə birləşdirən azərbayançılığın birləşdirici gücüdür. Azərbaycançılığın təməlində birlik, bərabərlik, humanizm, qardaşlıq, tolerantlıq, multikulturalizm, vətənçilik, torpağa sevgi dayanır. Əgər Azərbayançılığın gücü, təntənəsi olmasaydı ayrı-ayrı etnik mənsubiyyət daşıyan, fərqli dini kimliyə, mədəniyyətə malik olan insanları bir araya gətirə bilmək çətin olardı. Bu birliyi isə 30 ildən artıqdır ki, xaricdə oturan qüvvələr pozmağa cəhdlər edir. Özlərini “din təəssübkeşi”, “insan haqqlarının müdafiəçisi” kimi taxma adlarla təqdim edən onlarla xarici təşkilat var ki, onlar illərdir ki, Azərbaycanda "milli, dini ayrı seçkilik" olduğunu iddia edirlər. Zorla boynumuza qoymaq istəyirlər ki, sizdə belə bir problem var. Halbuki, Azərbaycanda belə bir problem yoxdur. Qeyd etdiyimiz kimi, Azərbaycan çoxmillətli, çox dinli, çox konfesiyalı bir ölkədir, burada yaşayan xalqlar azərbaycançılıq ideologiyasını ətrafında birləşib və antiazərbaycan qüvvələrə lazımı mesajları verirlər. Onlar sübut edirlər ki, Azərbaycanda yaşayan xalqlardan yalnız ermənilər separatizmə meyl göstəriblər və onların da separatçılığı öz başlarında çatlayıb. Digər xalqların isə Azərbayanda qardaşcasına yaşadıqlarını öz əməlləri ilə sübut edirlər...
Onu da yada salaq ki, Vətən müharibəsinin ilk dövrlərində ermənipərəst qüvvələr xaricdə hay-küy salırdılar və Azərbaycanda yaşayan başqa xalqları müharibdə iştirakdan, torpaqlarımızın müdafiəsindən çəkindirmək istəyirdilər. O qüvvələr ölkəmizdə yaçayan ayrı-ayrı xalqlara müraciətlər edir və onları separatzimə çağırırdılar. Amma onların arzuları gözlərində qaldı və bütün xalqlar bir yumruq kimi bir olub düşmən üzərində qələbə çalıb torpağımızı işğaldan azad etdilər. Sübut etdilər ki, Azərbaycan onların vətənidir və vətən sevgisini heç nəyə dəyişmək olmaz.
Azərbaycan tolerantlıqda bütün Qafqazda bir nümunə olduğu
məlum olduğu və burada
heç bir insan dininə, etnik mənsubiyyətinə
görə təqib olunmadığı, ayrı-seçkiliyə
məruz qalmadığı halda bəzi xarici dini təşkilatlar
qondarma hesabatlarında bunun
tam əksini qeyd edirlər.
Nədənsə, onların gözü monoetnik Ermənistanı görmür...
“Onların hər biri bu ideologiyanın daşıyıcısıdır”
“Müasir İnkişaf” Birliyinin sədri
Mübariz Göyüşlü
“Bakı-Xəbər”ə şərhində bildirdi
ki, azərbaycançılıq
ideologiyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik
hissini gücləndirən məfkurədir.
M.Göyüşlünün sözlərinə
görə, Azərbaycançılıq milli
mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların
ümumbəşəri dəyərlərlə sintezindən,
inteqrasiyasından bəhrələnmək deməkdir. “Hesab edirəm ki, bunlar xarici təşkilatların
növbəti qərəzli addımlarıdır,
hesabatlarıdır. Onların bu qərəzli
yanaşmalarının arxasında siyasi məqam
dayanır. Ona görə də, onlar multikultural və zəngin
mədəniyyətə malik Azərbaycanın vəziyyətini belə qərəzli
şəkildə təqdim edirlər. Bunu
Azərbaycanın daxilini
qarışdırmaq üçün
göstərilən cəhdlərdən biri
sayıram. Antiazərbaycan mövqeyindən
çıxış edən beynəlxalq təşkilatlar böyük dövlətlərin bölgəni
qarışdırmaq üçün əllərində
alətə çeviriliblər. Onlar o dövlətlərin siyasi
maraqlarının qoruyucusu kimi
çıxış edirlər.
Azərbaycanda ümumiyyətlə milli-dini ayrı-seçkilik yoxdur, Azərbaycan çoxmillətli, çoxdinli, çox mədəniyyətli bir dövlətdir. Burada bütün etnik qruplardan və dinlərdən olan ayrı-ayrı xalqlar çox mehriban yaşatırlar. Dövlətimizin qədimlərdən gələn zəngin mədəniyyəti var. Burada yaşayan xalqların birliyi, azərbayançılğa, dövlətə, dövlətçiliyə sadiqliyi nəticəsində o qüvvələr bizim cəmiyyəti qarışdıra bilməyəcəklər. Bu cəhdləri alınmayacaq. Ulu öndər Heydər Əliyev “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” deyirdi. Bəli, Azərbaycan azərbaycançılıq ideologiyası bayrağı altında birləşən çoxmillətli vətəndaşların vətənidir. Ölkəmizdə yaşayan xalqların Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi o qüvvələrə imkan verməyəcək ki, onlar çirkin niyyətlərini həyata keçirsinlər. Onların hər biri bu ideologiyanın daşıyıcısıdır” - deyə qeyd edən M.Göyüşlü əlavə etdi ki, Azərbaycandakı güclü mərkəzi hakimiyyət və xalqla dövlətin, hökumətin birliyi qara qüvvələrin niyyətlərini puç edir. O, hesab edir ki, Azərbaycanın sərgilədiyi nümuməni örnək kimi götürmək istəyən ölkələr az deyil və bu da o beynəlxalq qurumlara ölkəmizin düzgün yolda olduğu mesajını ötürür.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2023.- 17
noyabr, ¹ 208.- S.8.