Dövlətçilik
tariximizdə tam suverenlik
- 19 sentyabr və 15 oktyabr.....
Azərbaycan
dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin
işğal altına düşməsi faktı ilə
heç vaxt barışmadı. Otuz il ərzində ölkəmizin
ərazi bütövlüyünün təmin olunması məsələsi
Azərbaycanın siyasi gündəliyinin mərkəzində
dayandı.
Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında
çıxışlarında ölkəmizin keçmiş
Qarabağ münaqişəsi ilə
bağlı tarixi ədalətə və
beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə
və yüksək diplomatik məharətlə
dünya ictimaiyyətinin diqqətinə
çatdırırdı. Prezident İlham Əliyev, eyni
zamanda, ölkəmizin milli
gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət,
ilk növbədə, müharibə vəziyyətində
olan respublikamızın iqtisadi
gücünün və maliyyə
imkanlarının artırılmasına
hesablanmışdı.
Son
200 ilin ən böyük qələbəsini qazandıq
Qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Bu dövlətin Azərbaycan torpaqlarını 30 illik işğalına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində son qoyuldu. Son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.
2020-ci il 8 noyabrda
üçtərəfli bəyanatdan sonra
bəzilərində belə təsəvvür
yaranmışdı ki, qələbəmiz
tam deyil. ABŞ, Avropa İttifaqı, Fransa və s. 30 illik işğal
dövründə olduğu kimi, bu mərhələdə
də vəziyyətin qeyri-müəyyən qalmasında
maraqlı idi, bu məqsədlə
ATƏT-in Minsk qrupunun
reanimasiyasına cəhdlər göstərildi, yenidən
uzun-uzadı danışıqlar prosesinə başlamağa
cəhd edildi.
...Bununla
da Xankəndidə Azərbaycanın Dövlət
Bayrağının qaldırılacağı günü
yaxınlaşdırırdı
Bütün bunlar Azərbaycan Prezidentinin
polad iradəsinə və qətiyyətinə
təsir edə bilmədi. Nəyi, nə zaman və necə etməyin ən
yaxşı nümunələrini göstərən dövlət
başçısı suverenlik və ərazi
bütövlüyümüzün tam bərpası üçün
zəruri addımları atdı. Vətən müharibəsindən
sonrakı 3 il ərzində baş verən proseslər də bunu təsdiqləyir. Bütün
təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənlik, prinsipiallıq
və qəti iradə nümayiş etdirərək,
19 sentyabrda ant-terror əməliyyatının
başlanmasına əmr verdi. Bununla da Xankəndidə
Azərbaycanın Dövlət Bayrağının
qaldırılacağı günü
yaxınlaşdırırdı. Beləliklə, 3 il ərzində həyata keçirilən
siyasət bu il sentyabrın
20-də öz məntiqi sonluğu
ilə yekunlaşdı. Müstəqillikdən sonra ilk dəfədir biz bütöv, vahid Azərbaycanda
yaşayırıq. Bu, Azərbaycanın
çoxəsrlik dövlətçilik tarixinin
ən şərəfli səhifələrindən biridir.
Bizim müstəqillik tariximiz 1991-dən başlasa da, tam suverenlik Prezidentin qətiyyətli siyasəti sayəsində 2023-dən başladı...
Sübut etdi
ki, Azərbaycan xalqı və onun qurduğu dövlət
güclüdür
Oktyabrın 15-də qalib sərkərdə cənab İlham Əliyev böyük
və müdrik xalqımıza növbəti
qələbənin sevincini yaşatdı.
Mübarək bayrağımızı əzəli və əbədi
torpaqlarımızda – Xankəndində, Xocalıda, Xocavənddə,
Ağdərədə, Əsgəranda ucaltmaqla
xalqımızın arzularını çin etdi,
şanını-şöhrətini bütün
dünyaya yaydı. Sübut
etdi ki, Azərbaycan
xalqı və onun qurduğu
dövlət güclüdür, yenilməzdir,
torpaqlarının sahibidir və öz ərazisindən bir
qarış da kimsəyə verən deyil. Göstərdi ki,
nə qədər çətinliklərlə, ağır vəziyyətlə
üzləşsə də, xalqımız heç
vaxt yıxılmır, heç
nədən qorxmur, öz
hədəfinə doğru inamla irəliləyir və məqsədinə
hasil olur. Prezidentimiz Xankəndi şəhərində
çıxışı zamanı bəyan etdi
ki, bu gün
burada olmağımızın əsas səbəbkarı
Azərbaycan xalqıdır. Həqiqətən
də, 2003-cü ilin 15 oktyabr
tarixində müdrik qərarı ilə
cənab İlham Əliyevi dövlət
başçısı seçən uzaqgörən
xalqımız Zəfər yoluna qədəm
qoydu. Əmin idi ki, Ulu Öndər Heydər
Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa
çatdıracaq. Xankəndində əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər
kamil bir xalq olduğuna şahid olduq.
Ümumiyyətlə, Xankəndidə bayrağımızın ucaldılmasını Vətən müharibəsindən sonra dövlətimizin, xalqımızın, Prezidentimizin əldə etdiyi ən böyük nailiyyət hesab edirəm. Eyniylə 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də hər zaman xalqımız tərəfindən böyük qürur və məmnunluq hissi ilə xatırlanacaq, Prezidentimizin xalqımız qarşısındakı bu tarixi xidməti əsla unudulmayacaq. Çünki bu, xalqımızın on illərlə həsrətində olduğu bir qələbədir və biz bu qələbəni qəhrəman oğullarımızın qanı və canı bahasına, eləcə də Ali Baş Komandanımızın qətiyyəti sayəsində qazanmışıq.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2023.- 18
noyabr, ¹ 207.- S.8.