Böyük Qayıdış prosesində sahibkarlığa dəstək...

Azad ərazilərə əhalinin qaytarılması və orada məskunlaşdırılması işinə ötən ildən başlanılıb. Artıq bir neçə ərazimizdə məskunlaşdırma həyata keçirilibbu proses davam etdirilir.

Hazırda Laçına qayıdış prosesi intensiv hal alıb və keçmiş məcburi köçkünlər bu rayon ərazisində məskunlaşırlar.   Bir sözlə, Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Laçında sahibkarlıq necə inkişaf etdirilir?

Məlum olduğu kimi, Laçının Şərqi Zəngəzurun  böyük sənaye və aqrar mərkəzlərindən birinə çevrilməsi, burada sahibkarlığın inkişafı, iqtisadiyyatın qurulması istiqamətində ciddi işlər həyata keçirilir.

Laçın rayonu üzrə sahibkarlığın inkişafına dövlət səviyyəsində ciddi önəm verilir. Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna, o cümlədən də sahibkarların fəaliyyətinə dəstək tədbirləri keçirilir, sahibkarlıq fəaliyyəti üçün şərait yaradılır. Məlum olduğu kimi xüsusən də gənc sahibkarların rayona cəlb edilməsi istiqamətində ciddi işlər görülür. Görülən işlərin məqsədi daha çox yerlixarici investisiyanın cəlb ediləsinə nail olmaqdır. Bir tərəfdən güzəştlər, digər tərəfdən subsidiya mexanizmi, eyni zamanda növbəti mərhələdə bu istiqamətə yönəldilən güzəştli kreditlər sahibklarları bu işə cəlb edib. Bu gün qayıdış prosesi ilə pararlel olaraq Laçın iqtisadiyyatının inkişafını da müşahidə edirik. Laçında fermer təsərrüfatı yaradılıb, bir sıra müəssisə və sahibkarlıq subyektləri fəaliyyət göstərir. Biliyimiz kimi, Laçında balıqçılıq fermer təəsrrüfatı da yaradılıb. Bir çox sahələr üzrə dövlət dəstəyi ilə sahibkarlığın inkişaf təməlləri qoyulub.

“Laçında yaşayan insanlara şərait yaradılır ki, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar

 Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Laçında məskunlaşma qısa müddətdə başlasa da, çox sürətlə davam edir. “Noyabr ayında  Laçına üç köç gedib. Hələ ki, nəzərdə tutulan                 əhali sayı tam olaraq Laçına köçürülməyib. 4 mindən artıq insanın Laçına köçürülməsi və orada məskunlaşdırılması nəzərdə tutulur. Onlar üçün evlər tikilir, hazır evlər təmir edilir. Düzdür, bu insanların məskunlaşması, torpağa yenidən bağlanması üçün ərazidə yerlərinin açılması vacib məsələlərdəndir. Bu gün Laçında yaşayan insanlara şərait yaradılır ki, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar, hökumət onlara dəstək verir. Bəzi hallarda  hətta tikinti-quraşdırma işləri zamanı obyektlərin tikilməsi də nəzərdə tutulub. Onların dövlət tərəfindən ilkin mərhələdə sahibkarlara icarəyə verilməsi və sonradan o obyektlərin özəlləşdiriməsi də nəzərdə tutulub”-deyə A.nəsirli vurğuladı.   

A.Nəsirlinin sözlərinə görə, bununla yanaşı çox ehtimal ki, gələcəkdə hökumət  bu insanların məşğulluğunu təmin etmək üçün onları müəyyən vəsaitlərlə də təmin edəcək. Bilirsiz ki, Laçın rayonu həm turizm mərkəzi kimi çox səmərəli, əlverişli bir yerdir, həm də burada heyvandarlıqla məşğul olunması, heyvandarlığın inkişaf etdirilməsi üçün  çox münasib bir məkandır. Əvvəllər də əhali orada əsasən heyvandarlıqla məşğul olub. Bunu nəzərə alaq ki, Azərbaycanda da heyvandarlıqla məşğul olanların sayı azalır, nəticədə də iri və xırdabuynuzlu heyvanların sayı aşağı düşür. Hesab edirəm ki, Azərbaycan hökuməti bütün vergi güzətləri, yardımlar və sairlə yanaşı Laçın əhalisinə həm də heyvandarlığın inkişaf etdirilməsi istiqamətində dəstək verməlidir. Bu müxtəlif formalı dəstək ola bilər. Yəni  ilkin mərhələdə əhali burada məşğuliyyətə başlamalıdır ki, ilk göyərçinlər (pilot) işə başlayandan, fəaliyyət genişlənəndən sonra artıq işğaldan azad olunmuş ərazidə iqtisadiyyatın inkişafı daha sürətlə irəliləyəcək.  Həmin ərazilədə inkişafa dəstək var, digər tərəfdən dövlət dəstək var, o biri tərəfdən vergi güzəştlərindən istifadə ediləcək. Burada azad sahibkarlığın inkişafına daha çox imkanlar var ki, nəinki digər ərazilərdə. Ona görə də yaxın zamanlarda əhalinin orada məskunlaşması genişləndikcə o ərazidə iqtisadiyyatın inkişafını, sahibkarlıq fəaliyyətinin genişlənməsini müşahidə edəcəyik. İndi bəzi laçınlılar var ki, onlar Laçında qeydiyyatda deyil, məcburi köçkünçülükdən əvvəl Bakıya  köçüb, burada yaşayır, burada qeydiyyatdadır. Onlar da orada fəaliyyət göstərmək istəyirlər. Onun tərəfdarıyam ki, əvvəlcə Laçına köçən insanlar işlə, məşğulluqla təmin edilməlidir. Onların orada məskunlaşması tam yekunlaşandan sonra bəli, digər vətəndaşlar üçün də şərait yaradılacaq. Amma bu gün hökumət ilkin mərhələdə çox düzgün olaraq keçmiş məcburi köçkün olan əhalinin məskunlaşması və işlə təmin edilməsinə, o ərazidə öz biznesini qurmasına dəstək olur, o davam etdirilir. Bu alqışlanası bir işdir. Hesab edirəm ki, bu istiqamətdə müəyyən səmərələşdirici təkliflərə də qucaq açmaq lazımdır. Məsələn, bizim Liberal iqtisadçılar Mərkəzi olaraq müəyyən təkliflərimiz var. Təklifimiz həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində təklifmiz var”-deyə qeyd edən A.Nəsirlinin sözlərinə görə, bu istiqamətdə digər vətəndaş cəmiyyəti instututlarının da təklifləri mövcuddur. A.Nəsirli hesab edir ki, bütün təkliflər nəzərə alınmalıdır, o təkliflərə qucaq açılmalıdır, yerində təhlil ediləndən sonra münasib olan təkliflərdən istifadə olunmalıdır.

İradə SARIYEVA

Bakı Xəbər .- 2023.- 22 noyabr, ¹ 211.- S.8.