Azərbaycan dünya
multikulturalizm siyasətinə yeni töhfələr verir...
Qədim zamanlardan bəri din cəmiyyətləri
birləşdirən, yaxud parçalayan
amil olub və olaraq da qalır. Dini dözümsüzlük
hətta müasir cəmiyyətlərdə
də qardaş
qırğınlarının və fəlakətlərin səbəbinə
çevrilir.
Başqa dinlərə mənsub
insanların dini hisslərinə və dəyərlərinə
dözümsüzlük qanlı
müharibələrə, dövlətlərin və
xalqların parçalanmasına səbəb ola
bilir.
Humanizm və ümumbəşəri dəyərlərə
əsaslanan milli siyasətin nəticəsi...
Daha bir mühüm nüans odur ki, qədim dövrlərdən bəri Yer kürəsində müxtəlif mədəniyyətlərə, dillərə, adət-ənənələrə, həyat tərzinə, fərqli dinlərə etiqad edən xalqlar məskunlaşıb. Ölkəmizin coğrafi baxımdan ən mühüm ticarət yolları üzərində yerləşməsi, bir çox dövlətlərlə mədəni əlaqələri dini-mədəni həyata böyük təsir göstərib, özünəməxsus həyat tərzini müəyyən edən amillərdən birinə çevrilib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasının, əməkdaşlığının, onların tolerantlığının, sülhsevərliyinin, həmrəyliyinin çoxlu nümunələri vardır. Ona görə də Azərbaycanərazisində heç vaxt dini münaqişələr yaranmayıb. İslam, xristian, yəhudivə digər dini icmalar arasındakı əlaqələrdə isti münasibətləri görmək olar.
Qeyd edilənlər fonunda dini tolerantlığın nə olmasını belə şərh etmək olar: bu, bir dini və konfessional icmanın tərəfdarlarının digər dini və konfessional icmaların tərəfdarlarına qarşı tolerant münasibətidir. Hər kəs öz dini əqidəsinə tabe olur və başqalarının da oxşar hüquqlarını tanıyır. Buna baxmayaraq, dini tolerantlıq çoxşaxəli və mənalı bir fenomendir. Ona görə də təsadüfi deyil ki, bu anlayış müxtəlif yozumlara və qavrayışlara malikdir. Dini tolerantlıq anlayışının müxtəlif təfsir və qavrayışlarını araşdırmadan yalnız qeyd etmək mümkündür ki, onları iki əsas növə - müsbət və mənfiyə bölmək olar. Müsbət qavrayışda dini tolerantlıq digər dinlərə mənsub insanların dini və konfessional dəyərlərinə və ideyalarına qəbul və hörməti nəzərdə tutur. Mənfi qavrayışda dini tolerantlıq digər dinlərə mənsub insanların dini və konfessional baxışlarına və dəyərlər sisteminə biganəliyi ehtiva edir, nəticədə dini zəmində düşmənçilik və toqquşmalar yaşanır. Dini tolerantlıq özünün təzahür etdiyi obyektdən, indiki halda insan cəmiyyətindən asılı olaraq bir neçə formada olur. 1. Birincisi, başqa inanclı insanlara qarşı dözümlülük. 2. İkincisi, digər dinlərin nümayəndələrinə qarşı dözümlülük. 3. Üçüncüsü, məzhəb hərəkatlarına münasibətdə tolerantlıq. 4. Və nəhayət, Allaha inananlar və inanmayanlar arasında tolerantlıq. Dinlər arasındakı fərq cəmiyyətin müxtəlif dini və konfessiya qruplarının ideoloji, sistemli və dəyər baxımından bir-birini tamamlaması və zənginləşməsi üçün ciddi ilkin şərtlər yaradır. Nəhayət, fərqlər mütləq uyğunsuzluq demək deyil. Fərqlər və uyğunsuzluq tamamilə fərqli fenomen və anlayışlardır. Müxtəlif dinlər və konfessiyalar effektiv şəkildə birgə mövcud ola bilər. Dini tolerantlıq ideyaları dinlərin və konfessiyaların təlimlərində, ideologiyalarında da öz əksini tapıb. Hər hansı hər bir din, eyni zamanda, digər dinlərin ideoloji və dəyər sisteminə tolerantlıq elementlərini də ehtiva edir. Bu baxımdan, hər hansı bir dini ənənə öz müstəsnalığını və üstünlüyünü iddia etsə də tolerantlıq potensialı bəşəriyyətin bütün məlum dini sistemlərində mövcuddur. Azərbaycan bu fonda ən yaxşı nümunələrdn biridir. Buna nail olmaq Azərbaycanın humanizm və ümumbəşəri dəyərlərə əsaslanan milli siyasətinin təbii nəticəsidir.
Azərbaycanda hər bir vətəndaşın vicdan azadlığının təmin olunması da uğur nümunəsidir
Azərbaycanın yeni müstəqilliyin ilk günlərindən sosial, iqtisadi və siyasi problemlərin həlli ilə yanaşı, etnik-mədəni dəyərlərin və adət-ənənələrin bərpasına da böyük önəm verilib. Belə siyasətin hüquqi əsası Azərbaycan Konstitusiyasında və onun əsasında yaradılmış qanunvericilik bazasında təsbit edilib. Aərbaycanın bu sahədə milli siyasəti, xüsusilə, aşağıdakı prinsiplərə əsaslanır: Birincisi, cinsi, irqi, milli, dil, din, sosial mənşəyindən asılı olmayaraq bərabər hüquq və azadlıqların, vətəndaşların qanun qarşısında bərabərliyinin təmin edilməsi, inanclar, şəxsi və ictimai müddəalar. İkincisi, ictimai həyatın siyasi institutların, ideologiyaların və fikirlərin müxtəlifliyi əsasında inkişafının təmin edilməsi. Üçüncüsü, müxtəlif xalqların və millətlərin nümayəndələrinin dillərinə, adət-ənənələrinə hörmətin təmin edilməsi, onların inkişafı üçün lazımi şəraitin yaradılması.
Bu gün Azərbaycanda əldə edilmiş ictimai-siyasi sabitlik ölkədə millətlərarası sülhün və vətəndaş harmoniyasının təmin edilməsinə yönəlmiş dərin düşünülmüş siyasətin nəticəsidir. Dövlət dini qurumlarla münasibətlərində dünyəvi olmaqla vacib prinsiplərə riayət edir. Dindarların dini hisslərinə hörmət, dini inancların vətəndaşların və ya onların hüquqi birliklərinin şəxsi işi kimi tanınması uğurla reallaşır. Eləcə də həm dinə etiqad edən, həm də etiqad etməyən vətəndaşların bərabər hüquqlarının və təqiblərin yolverilməzliyinin təmin edilməsi Azərbaycanda hüquqi normadır. Həmçinin, ümumbəşəri mənəvi dəyərlərin təsdiqi məsələsində onların imkanlarından istifadə etmək üçün müxtəlif dini birliklərlə dialoq qurulub. O da vacibdir ki, Azərbaycan ancaq ölkədə tolerant və multikultural şərait yaratmaqla kifayətlənmir, həm də dünyada bu siyasətin inkişafına töhfə verir. Belə ki, ölkəmiz mütəmadi keçirilən Mədəniyyətlərarası Dialoq Forumları ilə dünyanın hər yerindən müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin bir araya gəldiyi məkana çevrilib. Bu baxımdan, uğurla davam etdirilən multikulturalizm və tolerantlıq siyasəti dünyada böyük rəğbətlə qarşılanır. Azərbaycan tolerant ölkə olaraq nüfuzunu gündən-günə artırır, əməkdaşlıq münasibətlərini bu istiqamət üzrə də dərinləşdirir. Azərbaycanda hər bir vətəndaşın vicdan azadlığının təmin olunması da uğur nümunəsidir. bütün bunlar qeyd olunduğu kimi Azərbaycanın multikulturalizm və dini tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb. Təsadüfi deyil ki, Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan bütün dini icmalar, etnik azlıqlar dövlətin, ölkə prezidentinin ətrafında sıx birləşdilər. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Azərbaycanın çoxsaylı digər uğurlarında da bu faktor müstəsna önəmə malikdir.
Ramil QULİYEV
Bakı Xəbər .- 2024.- 23
aprel, ¹ 68.- S.8.