COP29 iqlim dəyişmələrinə qarşı yeni mərhələ açacaq...

 

Azərbaycan dövləti ekologiyanın mühafizəsi, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyi ilə mübarizə müstəvisində məqsədyönlü işlər həyata keçirir. Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi ilə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı (COP29) keçiriləcək. Əvvəlcədən elan edildiyi kimi, COP29 çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri iqlim dəyişikliyi ilə mübarizə mövzusu olacaq.

 

Mart ayının ortalarında mətbuata müsahibəsində COP29 Azerbaijan-ın baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov deyib ki, COP29-un gündəliyində olan əsas mövzu iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə məsələsi olacaq.

 

O bildirib ki, Azərbaycan COP29- a səylə hazırlaşır:"Daxildə də müzakirlər gedirbiz gələcək həftələrdə öz təşəbbüslərimzi təqdim edəcəyik".

 

Nazir müavini karbon emissiyasının azaldılması, qlobal bərpaolunan enerjienerji səmərəliliyi məsələrinin Azərbaycan tərəfindən təşviq olunacağı deyib.

 

"Yaşıl dəhlizlə bağlı təkliflər də müzakirə olunacaq. Azərbaycan bu məsələdə çox ambisiyalıdır. Biz artıq bu istiqamətdə işləyirik"- nazir müavini Qara Dəniz sualtı enerji xətti təşəbbüsü barədə qeyd edib.

 

Bu günə qədər Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı gördüyü və görəcəyi işlər təbii ki, maraq doğurur. Əlbəttə, burada iqlim dəyişikliyinə qarşı mübarizə nümunələri, iqlim dəyişikliyi ilə bağlı Azərbaycan modelinin yaradılması da aktualdır.  

 

COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə yolları...

 

Ekspertlər hesab edir ki, Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. “Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ilielan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib”. Bu barədə mətbautad qeyd olunub.

 

Azərbaycan öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və COP29-u ən yüksək səviyyədə keçirəcəyi də bu baxımdan heç kimdə şübhə doğurmur. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Azərbaycanın Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb.

 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, COP29 çərçivəsində reallaşdırılan genişmiqyaslı, dünya səviyyəli tədbirin Azərbaycanda keçirlməsi dünyanın Azərbaycana etimad göstərməsi deməkdir. “Yəni bu tədbirin keçirilməsini hər ölkəyə etibar etmək olmaz. Azərbaycan dünya arenasında etimad qazanıb ki, belə bir tədbirə ev sahibliyi edə biləcək. İndiyə qədər də Azərbaycanda müxtəlif istiqamətdə beynəlxalq tədbirlər uğurla keçirilib, Azərbaycan o tədbirlərə uğurla ev sahibliyi edib. Bu da Azərbaycana olan etibarın bir qədər də artmasına gətirib çıxarıb.

 

İlk onu deyim ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi üçün qərar qəbul edilməsinin özü ölkəmizin böyük uğurudur. Beynəlxalq arenada böyük nüfuzunun göstəricisidir. Digər tərəfdən, COP29 tədbirinin Azərbaycana təsirləri nə olacaq? Bilirsiz ki, Azərbaycan sərvətlər ölkəsidir, neft-qaz dövlətidir. Sərvət ölkəsinin bu gün iqlim dəyişikliklərinə qarşı mübarizə aparması, ətraf mühitin qorunması, “Yaşıl enerji”dən istifadənin genişləndirilməsi üçün daha da geniş imkanları var. Bir qədər də konkret desək, Azərbaycan hökumətinin əlində bu işləri görmək üçün kifayət qədər kapital var. Ona görə də, həmin COP29 tədbiri çərçivəsində müəyyən müzakirələr aparılacaq, qərarlar qəbul ediləcək, dünyada iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq protokollar tərtib ediləcək. Bu protokollar məhz Azərbaycanda ərsəyə gələcək. Ona görə də birinci növbədə Azərbaycanın bu protokollara uyğun addımlar atması, iqlim dəyşikliyinə qarşı daha ciddi cəhdlə mübarizə aparması gözləniləndir” - deyə A.Nəsirli qeyd etdi.

 

İqlim dəyişikliklərinə qarşı Azərbaycan modelinin yaradılmasına gəlincə, A.Nəsirlinin sözlərinə görə, biz iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətlərində COP29-un qəbul etdiyi protokollardan səmərəli istifadə edərək öz vəzifələrimizi, üzərimizə düşən işləri görməliyik.

 

Bizim hədəfimiz ondan ibarət olmalıdır ki...”

 

Bu işlərin, prosesin getməsi zamanı ola bilər ki, iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycan modeli də formalaşsın. Amma bu vacib deyil. Bu gün dünyada iqlim dəyişikliklərinə qarşı oturuşmuş mübarizə metodları var. İlk növbədə biz o metodlardan istifadə etməliyik. Söhbət sınaqdan keçmiş metodlardan gedir. Bu metodlardan istifadə etdikcə bizim fəaliyyət göstərən komandamız püxtələşəcək, müəyyən araşdırmalar aparacaq, ortaya layihələr qoyacaq”-deyə A.Nəsirli qeyd etdi.

 

O hesab edir ki, ola bilsin, proseslər zamanı Azərbaycan alimləri, mütəxəssisləri öz töhfəsini versiniqlim dəyişiklikləri ilə mübarizə sahəsində Azərbaycan modelinin yaranmasına dair layihə ortaya qoysun, bu da mümkündür. “Amma biz hədəf kimi  iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycan modelinin yaradılmasını götürməməliyik. Bizim hədəfimiz ondan ibarət olmalıdır ki, Azərbaycanda iqlim dəyişikliklərinə qarşı səmərəli mübarizə aparaq, ölkədə biomüxtəlifliyin pozulmasının qarşısını alaq, pozulmuş biomüxtəlifliklərin bərpası istiqamətində müəyyən işlər görək, ekosistemin mürəkkəb elementlərinin bərpası və qorunması istiqamətində nailiyyətlər əldə edək. Yəni qilim dəyişikliklərinin təsirlərini aradan qaldıraq, onların qarşısını alaq. Tutaq ki, paytaxt Bakıda atmosferin çirklənmə səviyyəsi normadan 2, 3 dəfə çoxdur. Biz nə edək ki, bu çirklənməni aradan qaldıraq? Bu istiqamətdə Baltikyanı ölkələrinin təcrübəsindən yararlana bilərik”-deyə bildirən A.Nəsirlinin sözlərinə görə, onlar ictimai nəqliyyatda - avtobusda insanların pulsuz daşınması məsələsini ortaya ataıblar. O hesab edir ki, bu, iqlim dəyişikliklərinə qarşı mübarzədə Baltikyanı ölkələrin modeli kimi tanınır. “Bütün sərnişindaşıma avtobusları pulsuz olur, bazara, işə gedən vətəndaş düşünür ki, nəyə görə yanacaq sərf edib öz şəxsi avtomobilimlə çölə çıxıram, elə avtobusdan istifadə edim. Onlar bununla şəhərdə sıxlığı aradan qaldırırlar. Bu metod da maraqlıdır” - deyə A.Nəsirli vurğuladı.

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 25 aprel, ¹ 70.- S.8.