Rəqəmsal transformasiyada "Yaşıl texnologiya" tədqiqatları...

 

Yaşıl texnologiya”ların tətbiqi bütün dünyada, eləcə onun bir parçası olan Azərbaycanda ən aktual məsələlərdən biri kimi diqqət mərkəzindədir.

 

Rəqmsal transformasiyadayaşıltexnologiyaların tətbiqi məsələləri ölkəmizdə ətraflı şəkildə tədqiq edilir, onun tətbiqi yolları çox asan üsullarla irəli sürülür. Son dövrlər bu sahədə Elm Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu xüsusi aktivlik göstərir bu istiqamətdə bəzi layihələr ortaya qoyub, tədqiqatlar aparıb.

 

Məsələn, bu İnstitutun şöbə müdiri, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev şöbənin əməkdaşı Leyla Əkbərovanın həmmüəllifliyi ilə hazırlanmışRəqəmsal innovasiya texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın yaşıllaşdırılması məsələləriadlı məruzədə çox maraqlı məlumatlar əks olunub.

 

Burada bir sıra istiqamətlərlə yanaşı həmçinin rəqəmsal innovasiya texnologiyalarının tətbiqi iləyaşıliqtisadiyyatdanyaşılinnovativ iqtisadiyyata keçid haqqında da söhbət açılıb: “Yaşıllaşdırma istiqamətində bir çox qabaqlayıcı tədbirlərin həyata keçirilməsi labüddür. Hazırda dünya informasiya kommunikasiya texnologiyaları (İKT) sənayesi özünün yaşıl texnologiyalar əsasında yenilənməsinə istehsalına ciddi önəm verir. Bu sahədə müvafiq elmi tədqiqatlar aparılır, layihələr icra olunur, yaşıl texnologiyalar işlənilir”.

 

L.Əkbərova mətbuata açıqlamasındayaşıliqtisadiyyata keçid üzrə modellərin işlənilməsi meyarları, rəqəmsal innovativ texnologiyaların tətbiqi iləyaşıliqtisadiyyatın formalaşması inkişaf səviyyəsinin qiymətləndirilməsi məsələlərinə toxunub. Onun sözlərinə görə, bu prosesdə ətraf mühitin qorunması səviyyəsi, ekoloji bərpa xərcləri, sənaye-məişət e-tullantıların emalı səviyyəsi, İKT-nin yaşıllaşmaya təsir indeksi, elm-təhsil-texnologiya indeksi s. əsas götürülür.

 

O, fikirlərinə Yer kürəsində həyatın qorunmasının, uzunmüddətli inkişafın təmin edilməsinin insanın iqtisadi fəaliyyətində həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb etdiyini bildirib, bunlara ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edənyaşıliqtisadiyyat, “yaşılhəyat tərzi yaşıltəfəkkür, “yaşıldüşüncə, “yaşılintellekt s. aid olduğunu əlavə edib.

 

Yaşıl texnologiyalarlabağlı tədqiqatlar

 

AMEA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bu məsələnin institut üçün əsas mövzulardan biri olduğunu qeyd edib. Bildirib ki, COP29 ölkəmizdəyaşıl ideyalarınreallaşması istiqamətində tədbirlərin həyata keçirilməsinə təkan verəcək.

 

Araşdırmalara görə, İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdir ki, rəqəmsal transformasiyalar şəraitindəyaşıl texnologiyalarlabağlı tədqiqatlar aparılır, “yaşıl iqtisadiyyat ekologiya kimi problemlərə böyük diqqət ayrılır.

 

AMEA-nın vitse-prezidenti ən müasir texnologiyaların ölkəmizdə geniş tətbiq olunması ilə yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətdə mühüm addımların atıldığını xatırladıb.

 

“COP29 ölkəmizdəyaşıl ideyalarınreallaşması istiqamətində institusional kompleks tədbirlərin həyata keçirilməsinə təkan verəcək”, - deyən institut direktoru tədbir zamanı dünyanındüşünən beyinləri”nin ölkəmizdə cəmləşəcəyini qeyd edib.

 

Ənənəvi iqtisadiyyatın yaşıl iqtisadiyyata transformasiya olunması üçün cəmiyyətimizdəyaşıl mədəniyyətinformalaşdırılmasının önəminə toxunan AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutu alimlərinəyaşıl ideya”, “yaşıl texnologiyalaristiqamətində yeni təşəbbüslər irəli sürməklə bağlı tapşırıqların verildiyini qeyd edib. Akademik R.Əliquliyev institutdayaşıl cəmiyyətinformalaşması məsələləri ilə bağlı tədqiqatlara başlanıldığını bu araşdırmaların nəticələrinin ölkəmizdəyaşıl texnologiyalarıntətbiqi istiqamətində aparılan işlərə, həyata keçirilən tədbirlərə elmi baxımdan ciddi dəstək verəcəyinə əminliyini ifadə edib.

 

Alim, həmçinin institutun təşkilatçılığı ilə bu istiqamətdə keçiriləcək konfranslar haqqında da məlumat verib. Bildirib ki, cari ilin aprel ayında İnformasiya Texnologiyaları İnstitutu, Odlar Yurdu Universiteti digər qurumların birgə təşkilatçılığı iləAğıllı ətraf mühit yaşıl texnologiyalaradlı beynəlxalq konfransın, eləcə , oktyabr ayında institutun təşkilatçılığı iləYaşıl rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv neqativ aspektləriadlı respublika elmi-praktiki konfransının keçirilməsi nəzərdə tutulur.

 

Yaşıl texnologiya" sisteminin qurulmasına Azərbaycanın verdiyi töhfə...

 

Ekspertlər qeyd edir ki, “Yaşıl texnologiyadaha çox tükənməyən müxtəlif mənbələrdən əldə olunan enerji növüdür.

 

Ekspertlər deyirlər ki, Azərbaycan dünyadakı "yaşıl texnologiya" sisteminin qurulmasına töhfə verən ölkələrdən birinə çevrilib.

 

Ekspöertlər hesab edir ki, ölkəmizdəYaşıl texnologiyalarıntətbiqi günü-gündən genişlənir bu elmi əsaslarla ünvanına çatdırılır.

 

İKT, müsasir innovasiya imkanlarından geniş istifadə etməklə bütün sahələrdə böyük uğurlar əldə etməkdəyik. Təbii ki, elmi əsas, elmi araşdırma, tədqiqat olmadan heç etmək, uğur qazanmaq mümkün deyil. Odur ki, bu sahədə elmin rolu payı xüsusi görsənir.

 

Ekspertlərin təhlillərinə görə, rəqəmsallaşma dövründə məlumatların həcminin daim artdığı şəraitdə, IT sənayesi enerjinin resursların əhəmiyyətli istehlakçısına çevrilir. Bu çağırışlara cavab olaraq, texnologiyaların ətraf mühitə mənfi təsirini azaltmağa yönəlmiş "yaşıl IT" davamlı hesablamalar konsepsiyası inkişaf edir. Bu yanaşmanın əsas aspektlərini onun müasir dünya üçün əhəmiyyəti mislilsizdir.

 

Biz bu kimi maraqlı informasiyalardan da öyrənmiş oluruq ki, İKT-nin bu istiqamətdə rolu, yeri günü-gündən genişlənir o bütün istiqamətlərdə özünü göstərir.

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 13 avqust, (¹ 142).- S.8.