Müasir kütləvi proqramlar və innovasiyalar...
Cəmiyyət inkişaf etdikcə tələbatları da, ehtiyacı olan məfhumlar da dəyişir, yenilənir. Bu gün cəmiyyətin, xüsusən də gənc nəslin maraqlarını təmin edən elmi-kütləvi,
mədəni-maarif, təhsil
proqramlarının mövcudluğu,
onların səviyyəsinin
yüksək olması
əsas şərtlərdən
biridir.
Eyni zamanda o
proqramların məzmunun
müasirliyi, zənginliyi,
həyatımızın bir
parçası olan innovasiyalarla uzlaşdırılması
çox vacibdir. Bizim üçün
çox vacib olan və cəmiyyəti
inkişaf etdirən bu sahələr üzrə proqramlar söz yox ki,
diqqət mərkəzindədir.
Aidiyyəti qurumlar elmi-kütləvi,
mədəni-maarif, təhsil
proqramlarının hazırlanması
sahəsində töhfələr
verirlər. Çünki bu vacib sahələrdə
qəbul olunan proqramlar ölkəmizin
elm, təhsil, mədəniyyət
və sair sahələrində inkişafa
səbəb olur və dövlətin özünün də mənəvi, ideloji cəhətdən güclənməsinə
səbəb olur.
Dövlətin güclü olmasında
əsas amillərdən
biri məhz, elm, təhsil, mədəniyyət,
maarifçilik məsələsidir
ki, bu ideoloji
xətt kimi özünü göstərir.
Bu sahədə islahatlara hər zaman ehtiyac var...
Azərbaycanda elmi-kütləvi, mədəni-maarif,
təhsil proqramlarının
səviyyəsi qənaətbəxşdirmi? Bu sahədə islahatlara, yeniliklərə ehtiyac varmı? Müasir innovasiyalardan bu
istiqamətdə necə
istifadə olunur?
Müasir kütləvi proqramlar
və innovasiyalar necə uzlaşdırılır?
Ekspertlər hesab edirlər ki, bu istiqamətdə
əsaslı işlər
görülür, amma
bu işlərin daim davam etdirilməsinə,
proqramların sürətlə
yenilənməsinə zərurət
böyükdür. Dünya hər
an inkişaf edir, ortaya yeni texnologiyalar,
yeni innovativ yanaşmalar çıxır
və bu baxımdan məlum sahələrdə olan proqramlar da innovasiyalarla
uyğunlaşdırılmalıdır.
Azərbaycanda bu sahələrin genişləndirilməsi
üçün kifayət
qədər potensialın
olduğunu deyən ekspertlərə görə,
daha ciddi addımlar atmağımız
üçün şərait
də var. Bəzi ekspertlər hesab edir ki, elmi-kütləvi,
mədəni-maarif və
təhsil proqramlarının
hazırlanması istiqamətində
ciddi islahatların keçirilməsi bu gün çox zəruridir. Bəzilərinin
fikrincə, yanaşmalar
dəyişməli və
o proqramların cəmiyyətdə
populyarlaşması üçün
yeni üsullardan istifadə olunmalıdır.
Bir sıra
ekspertlərə görə,
elmi-kütləvi, mədəni-maarif,
təhsil proqamları
insanların bilik səviyyəsinin, əhatəsinin
genişlənməsində, daha da savadlanmasında,
informasiya ilə təmin olunmasında, hətta insanların zövqünün formalaşmasında,
ümumilikdə, cəmiyyətin
həyatında müsbət
istiqamətə mühüm
rol oynayır. Bu baxımdan
bu yöndə daim inkişaf və yenilənmə olmalıdır ki, insanlar davamlı olaraq məzmun yenilikləri ilə tanış olsunlar.
“Biz yeni yanaşmaların tətbiqində maraqlı
olmalıyıq”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin
sədri İlqar Orucov “Bakı-Xəbər”ə
şərhində bildirdi
ki, Azərbaycanda elmi-kütləvi, mədəni-maarif,
təhsil proqramları
hazırlanır: “Bununla
bağlı Elm və
Təhsil Nazirliyinin bir çox layihələri mövcuddur.
Əslində, bu layihələr
ümumlikdə yeni nəslin, gənc nəslin elmə həvəsləndirilməsi, onların
bütövlükdə bilik
səviyyəsinin, peşəkarlığının
artırılmasına, yeni
biliklər əldə
etməsinə hədəflənib.
Eyni zamanda burada bir neçə aidiyyəti qurumların birgə təşəbbüsü
ilə bu cür müxtəlif proqramlar hazırlanır.
Rəqəmsal İnkişaf və
Rəqəmsal Texnologiyalar
Nazirliyi, Elm və Təhsil Nazirliyi, eyni zamanda bizim
milli televiziyalarda bu kimi proqramlar
nümayiş etdirilir,
müxtəlif intellektual
yarışlar keçirilir.
Hesab edirəm ki, eyni zamanda burda
çox vacib məqamlardan biri gənclərimizdə vətənpərvərlik
ruhunun gücləndirilməsi,
milli dəyərlərə
hörmət hissinin aşılanması, milli-mənəvi
dəyərlərin qorunması
və onun təbliği yer alır. Fikrimcə, bu istiqamətdə
yeniliklərin tətbiq
edilməsi hər zaman lazımdır. Biz yeni yanaşmaların
tətbiqində maraqlı
olmalıyıq”.
Bu proqramların hazırlanmasında
və təqdim edilməsində innovasiyalardan
istifadəyə gəlincə,
İ.Orucovun fikrincə,
innovasiyalar və yeniliklər qaçılmazdır:
“Bu kimi proqramlarda da mütləq şəkildə yeniliyə,
innovasiyalara açıq
olmaq və eyni zamanda müasir
elmi nailiyyətlərin
təbliği çox
vacibdir. Əlbəttə ki, bu yöndə yeniliklərin
tətbiqinə daim zərurət var”.
Ekspertin də vurğuladığı
kimi, bu gün ölkəmizdə
müxtəlif dövlət
qurumları bu sahəyə öz töhfəsini verir və elmi-kütləvi, təhsil, mədəni-maarif
proqramlarının hazırlanmasını
həyata keçirir. Təbii ki,
bu proqramların cəmiyyətə daha sürətlə və peşəkar səviyyədə
çatdırılması üçün maarifçilik
işinə də ciddi ehtiyac duyulur.
Əlbbətə, burda KİV-lərin,
xüsusən də televizyaların rolu mütləqdir.
Tutatlım, Elm və Təhsil
Nazirliyinin, yaxud Mədəniyyət Nazirliyinin,
AMEA-nın bu istiqamətdə hazırladığı
proqramların məzmunu,
hədəfi, məqsədi
TV-lərdəki maarifləndirici,
informasiya tutumlu verilişlərlə tamaşaçıya-cəmiyyətə
daha operativ şəkildə çatdırıla
bilər.
Vaxtilə yerli televiziyalarda maarifləndirici, elmi-kütləvi
proqramların hazırlandığını,
özü də yüksək peşəkarlıqla
ərsəyə gətirildiyini
müşahidə edirdik. O o dövrün texnoloji yeniliklərinə uyğun
şəkildə hazırlanıb
təqdim edilirdi. Bu gün isə
o proqarmların təqdimatı
üçün yeni üsullar mövcuddur.
Ekspertlərə görə, ölkəmizdə
internet şəbəkəsinin mövcudluğu, sürətliliyi
elmi-kütləvi, mədəni-maarif,
təhsil proqamları
və onların inkişaf etdirilməsi, təşviqi üçün
geniş spektrdə imkanlar açıb.
Təhsil ekspereti Kamran Əsədovun fikrincə,
ölkəmizin mövcud
imkanları bu proqramların daha geniş, daha əhatəli yayılması
üçün əsaslı
zəmin yaradır. “Şübhə yoxdur ki, həmin proqramların daha da geniş şəkldə
canlandırılmasında internet resurslarının rolu danılmazdır. Əlbəttə ki, elmin, mədəniyyətin
təbliğinə televiziyalarda
xüsusi yer ayırmalı və şou proqramların yerinə maarifçilik əhəmiyyətli kütləvi
xarakter daşıyan proqramlar hazırlanmalı
və əhaliyə təqdim olunmalıdır”-deyə ekspert bildirib.
Çağdaş dövrdə mövcud imkanlara nəzər saldıqda və görülən işləri
təhlil etdikdə belə qənaətə gəlmək olur ki, elmi-kütləvi, mədəni-maarif, təhsil
proqramlarının hazırlanması,
təqdim edilməsi prosesi innovasiyalardan kənarda baş vermir, bu işdə
innovativ yenliklərdən,
texnoloji imkanlardan xüsusi istifadə edilir.
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 4 dekabr ¹ 220.- S.8.