Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

 

Məleykə Paşayeva: “Daşdəmir Xocalının günahsız insanlarının general Polad Həşimovun qisasını almaq üçün müharibəyə getmişdi

 

Dörd balası ağlar qaldı,

 

Getdi igid oğlum, getdi.

 

Eşitdim ki, şəhid olub

 

Elə bildim ağlım getdi.

 

Gözü ağlar qalan balaların igid ataları torpaqlarımızı düşmən tapdağından azad etdi. Belə igid oğullardan biri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, Vətən müharibəsi şəhidi Paşayev Daşdəmir Əlizaman oğlu‎dur.

 

Daşdəmir Paşayev 1982-cı ildə Bakı şəhərində anadan olub. Uşaqlıq illəri Bakıda keçib. 1988-ci ildə 250 saylı tam orta məktəbin 1-ci sinifində daxil olub, 1996-cı ildə həmin məktəbin 8-ci sinfini başa vurub. 8-ci sinfi bitirdikdən sonra C.Naxçanski adına hərbi liseyə qəbul olub. 1999-ci ildə liseyi bitirərək Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.

 2003-cü ildə məktəbi bitirib leytenant rütbəsi ilə xidmətə başlayıb. İsveçrədə 6 ay müddətində kurs keçib. Kursdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Ailə vəziyyəti ilə bağlı baş leytenant rütbəsində ehtiyata buraxılıb.

 

Mənə müharibədən məktub yazmışdı ki, ana…”

 

Daşdəmir Paşayevin anası Məleykə xanımla Xatirə Kitabı Redaksiyasının hazırladığı “44 günTarixi zəfəradlı kitabın III cildinin Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqdimat mərasimində həmsöhbət olduq.

 

Məleykə ana bildirdi ki, əslən bakılıdırlar oğlunun da bütün uşaqlığı paytaxtda keçib. Mənim dörd övladım - iki oğlum, iki qızım vardı. Daşdəmir ən böyük övladım, nəslin isə ən böyük nəvəsi idi. Oğlum öz adı ilə fəxr edirdi, babasının adını daşıyırdı. Daşdəmir uşaqlıqdan hərbiçi olmaq istəyirdi, ona görə , Naxçanski adına hərbi liseyə qəbul oldu, oranı bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil oldu leytenant rütbəsində oranı bitirdi. Sonra İsveçrədə 6 aylıq kurs keçdi. Demək olar ki, Daşdəmir 8 il hərbi təshil alıb. Yaşmadakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçısı kimi xidmətə başlayıb. 7 il orada xidmət etdikdən sonra baş leytenant rütbəsi aldı. Bundan sonra ailə vəziyyəti ilə əlaqədar hərbidən ehtiyata çıxdı, ailə qurdu, dörd övladı dünyaya gəldi. Üç qızı, bir oğlu var.  

 

Ehtiyatda olsa da, Daşdəmirin fikri-zikri torpaqlarımızın azad olunması idi.

 

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Daşdəmir yerində dayana bilmədi Abşeron rayon Hərbi Komissarlığına gedib ki, ehtiyatda olan zabit kimi onu da müharibəyə aparsınlar. Sentyabrın 27-dən oktyabrın 7-nə qədər hərbi komissarlığa ayaq döyür, amma onu müharibəyə aparmaq istəmirlər. Daşdəmir deyirdi ki, ana, qədər israr etdim, gördüm məni müharibəyə aparmaq istəmirlər, axırda qapının ağzında oturdum onlaraevə getməyəcəyəm, burda oturacağam. Mən ehtiyatda olan zabitəm, müharibəyə getməməyi öz kişiliyimə sığışdıra bilmərəm, oğullar müharibəyə gedir, şəhid olurlar, buna dözə bimirəm, məni aparındedim. Daşdəmir uzun isrardan sonra müharibəyə getməyə nail oldu. Oğlum məhəlləmizdən bayraq asıb, məni gözü yaşlı qoyub müharibəyə getdi.    

 

Oğlum ehtiyatda olan bir zabit kimi könüllülər üzərində komandir vəzifəsinə təyin olunur. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə fəal iştirak edir, düşmənin xeyli sayda canlı qüvvəsini texnikasını məhv edir”.

 

Ana bildirdi ki, oğlu oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Daşdəmir Kəlbəcərdə döyüşüb, döyüş yoldaşlarını mühasirədən çıxarıb. Zabit olduğu üçün komandir idi. Demişdilər ki, şəhid olmayıb sağ qalsan müharibədən sonra sənə mayor rütbəsi veriləcək. Elə sevinirdi ki, Ordumuz qalib gəldi

 

Oğlum mənə müharibədən məktub yazmışdı ki, ana, mən 25 yaşındakı Daşdəmir kimiyəm, özümü sağlam hiss edirəm, daha eynəyimi atmışam. Gözü zəif idi deyə eynək taxırdı.

 

Oğlum o vaxt hərbidən ehtiyata çıxandan sonra müxtəlif işlərdə çalışdı, Metropolitendə işlədi, maşın təmiri ilə məşğul oldu, ANS kanalında mühafizədə işlədi. Çox qeyrətli, namuslu oğlan idi. Şəhid övladlarımızın hamısı elə bil seçiliblər.

 

Sonuncu dəfə Daşdəmirlə oktyabrın 10-da danışdıq. Mən özüm Metropolitendə işləyirəm, axşam növbəsində idim, bir gördüm mənə mesaj gəldi. Sonra da danışdıq. Dedi ana, oktyabrın 13-də ağır döyüşümüz olacaq, mənə xeyir-dua ver. Mən dedim ki, Allah səni qorusun, gözün arxada qalmasın, dörd övladına necə baxmışamsa yenə elə baxacağam, təki qalib olub evə salamat qayıt.

 

Daşdəmir Xocalının günahsız insanlarının general Polad Həşimovun qisasını almaq üçün müharibəyə getmişdi. O, Xocalı ilə bağlı kadrlara baxanda çox pis olurdu, bunu özünə sığışdırmırdı. Mübarizin, Fəridin şəhidliyinə dözə bilmirdi.

 

Ataları şəhid olanda uşaqlar körpə idi. O, müharibəyə gedəndə demişdilər ki, ata, getmə. O da balalarına demişdi ki, mən sizi xalqımızın bütün uşaqlarını qorumalıyam, sizin çox gözəl gələcəyiniz olmalıdır”.

 

Daşdəmir Paşayevin xatirəsinin əbədiləşdirilməsinə gəlincə, Məleykə ana bildirdi ki, Xırdalanda adına küçə verilib. “Çox istərdim ki, yaşadığım binaya  oğlumun xatirə lövhəsi vurulsun. Oğullarımızın xatirəsi əbədiləşdirilir. Xatirə Kitabı Redaksiyasının bu sahədə gördüyü işlər bizə təsəlli verir. Balalarımızın adı kitablara salınır, onlar yaşadılır.

 

Həmişə oğlumun yolunu gözləyirəm, bəzən şəhid olduğuna heç inanmıram da. Metropolitendə işlədiyim üçün sərnişinlərin arasında oğlumu axtarıram, gözlərim hey onu gəzir. Bir cüssəli, qamətli oğlan görəndə elə bilirəm Daşdəmirdir. Axı o xüsusi təyinatlı kəşfiyyatçıdır. Deyirəm ki, o cür oğul erməni gülləsinə tuş gələ bilməz, oğlum yaşayır, kənardan mənə baxır. Hiss edirəm ki, oğlum sağdır. Daşdəmirin məzarı İkinci Fəxri Xiyanbandadır, gedib ziyarət edirəm. Elə bilirəm, o məzarda yatan o deyil, ölümünə inana bilmirəm. Mənim oğlum şəhid olanda Aynur xanımın oğlu Məhəmməd-Nadir gedib ki, Daşdəmirin nəşini ordan çıxarsın, onu da orda vurmuşdular. Mahmud adlı balamız da başqa bir şəhidi xilas etmək üçün getmişdi, onu da vurmuşdular, onun ardınca da Hüseyni vurmuşdular. Dörd oğul bir-birinin dalınca şəhid olub nəşləri neytral zonada qalmışdı. Oktyabrın 30-da mənim oğlumun nəşini götürdülər. Noyabrın 1-də DNT analizi verdim, noyabrın 8-də DNT analizinin cavabı gəldi. Sonra 9-da dəfn etdik. Daşdəmirin kürəyində snayper simgəsi vardı. 38 yaşında gedib, amma yenə onauşağımdeyirəm. Ana üçün onlar uşaqdır”.

 

Ana deyir ki, ürəyindəki oğul yarası sağalmaz, amma bu zülmə dözməkdən başqa çarəsi yoxdur,  Daşdəmirin yadigarlarını böyütmək, ərsəyə gətirmək üçün canını dişinə tutub yaşayır.

 

Qəhrəman komandirin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətlər dövlətimiz tərəfindən unudulmur. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhərində anadan olan könüllü zabit, baş leytenant Daşdəmir Əlizaman oğlu Paşayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

İgid ölər, adı qalar deyib atalarımız. Torpaqlarımızı düşməndən azad edən, bu uğurda canını fəda edən, balalarını, anasını, yarını ağlar qoyan oğullar əbədi olaraq yaşayacaq.

 

İradə SARIYEVA

Bakı Xəbər  2024.- 12 dekabr (¹ 226).- S.14.