Beynəlxalq tədbirlərə ev sahibliyi - siyasisosial fəallığın mənbəyi...

 

Vətəndaşların sosialsiyasi fəallıqları özlərini müxtəlif məsələlər, hadisələr fonunda daha aydın şəkildə ifadə edə bilir. Biz Azərbaycanda vətəndaşların sosialsiyasi fəallıqlarını ayrı-ayrı istiqamətlərdə görə bilirik. Vətəndaşların sosialsiyasi fəallığının artırılmasının mühüm əhəmiyyəti varbu istiqamətdə ardıcıl formada işlər görülür.

 

Bilirsiz ki, Azərbaycan ənənəvi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. İndiyə qədər ölkəmizdə onlarca belə tədbir keçirilib və hər birində də vətəndaşlarımızın, insanlarımızın aktivliyi müşahidə olunub.

 

Ölkəmizdə son belə möhtəşəm beynəlxalq tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransının 29-cu sessiyası (COP29) oldu ki, burada da biz vətəndaşlarımızın aktiv fəaliyyətini gördük.

 

Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanda siyasisosial fəallığa necə təsir edir?

 

Ekspertlər bu məsələyə iki tərəfdən baxmağın tərəfdarıdır. Məsələn, bu cür təbirlər keçiriləndə onlara həm o tədbirlərin siyasi dövlətçilik əhəmiyyəti ətrafında cəmiyyətin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mətbuatın toparlanması, həm də o tədbirlərə ictimai dəstək səviyyəsində müəyyən hərəkətlərin həyata keçirilməsi nöqteyi-nəzərdən yanaşmaq lazımdır.  O cümlədən də burada könüllülərin fəaliyyəti qeyd olunmalıdır. Məsələn, COP29-da könüllülərin fəaliyyəti olduqca nümunəvi oldu.

 

Hər iki istiqamət özünü bu tədbirlərdə göstərir. Biz həm bu tədbirlərin siyasi dövlətçilik əhəmiyyəti ətrafında cəmiyyətin toparlanmasını, həm də onun təşkilatçılıq işlərinin ətrafında cəmiyyətin, sosial qrupların fəallaşmasını görə bilirik.

 

“Vətəndaşlarımızın da sosial-siyasi aktivliyini müşahidə etdik

 

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi vətəndaşların da bütün mənalarda dəstəyini qazanıb. “Ölkəmizidin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halını alıb və vətəndaşlarımız da bu tədbirlərə çox müsbət yanaşır. Vaxtilə belə bir fikir irəli sürmüşdük ki, Azərbaycan beynəlxalq idman oyunlarına, mədəniyyət tədbirlərinə ev sahibliyi edir, dialoq mərkəzinə çevrilir, dünyanın mühüm təşkilatları, dünya liderləri Bakıda qlobal məsələləri müzakirə edirlər. Eyni zamanda Azərbaycan düşüncə, vəhdət mərkəzinə çevrilirbütün bu tədbirlər, formlar, konfranslar əlbəttə, sözün əsl mənasında Azərbaycanın fikir, düşüncə, dialoq mərkəzinə çevrilməsinə xidmət edir. Bu danılmaz faktdır. Azərbaycan özünü müstəqil ölkə kimi yeni keyfiyyətdə bütün dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə təşkilatçılıq qabiliyyətini bütün dünyaya göstərir. Həmçinin idarəetmə imkanlarını, keyfiyyətini, qabiliyyətini nümayiş etdirir. Tolerant, multikultural, çoxkonfensiyalı ölkə olduğunu sübut edir. Əlbəttə ki, eyni zamanda əraziləri 30 il erməni işğalına məruz qalmış bir ölkə olaraq müharibənin bütün gerçəkliklərini, işğalın bütün nüanslarını dünyaya göstərə bilir. Ərazilərimizə minaların basdırılmasından tutmuş terrora qədər işğalın ölkəmizə vurduğu zərbələri, ziyanları açıq şəkildə göstərir. Azərbaycan xalqının 30 il ərzində nələr yaşadığını dünya ictimaiyyətinə çatdıra bilir. Eyni zamanda Azərbaycan 33 il ərzində sivil, mütərəqqi, inkişaf etmiş bir dövlət olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırır. İnsanlar özləri gəlib görürlər ki, bura mədəniyyət, incəsənət və digər sahələrdə çox istedadlı bir xalqın ölkəsidir. Bunların da şahidi olurlar, sonra da gedib öz ölkələrində müsahibə verirlər və gördüklərini qeyd edirlər. Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin vasitəsilə keçirilən formlar və digər tədbirlər həm siyasi, həm də sosial-mədəni, humanitar cəhətdən bütün sahələrə sirayət edir. Biz bu tədbirlərə dövlət olaraq, xalq olaraq, vətəndaşlar, sosial qruplar olaraq çox müsbət yanaşırıq və iştirakçılığımızı əsirgəmirik. Ölkəmizdə keçirilən bu kimi tədbirlərdə vətəndaşlarımız da, konüllülərimiz də dövlətçilik naminə birləşirlər və töhfələrini verirlər. Belə tədbirlərdə həm vətəndaşlarımızın, həm də qurumlarımız yaxından iştirak edir”.

 

R.Zeyni qeyd etdi ki, vətəndaşlarımız ölkəmizin bu tədbirlərə böyük ehtiyacı olduğunu çox yaxşı başa düşürlər və  bu səbəbdən də tədbirlərin işində aktiv iştirak edirlər. “Bu tədbirlərin özümüzü dünya ictimaiyyətinə təqdim etməyimiz üçün çox vacib olduğunu cəmiyyətin bütün vətəndaşları bilir. İlk Avropa Oyunlarını götürək. Bu oyunların açılış mərasimi bir Azərbaycan təqdimatı idi.

 

Bəlkə də biz illərlə belə bir təqdimata ehtiyac duyurduq ki, bütün dünya bizim səsimizi eşitsin. Eyni zamanda muğamdan tutmuş poeziyaya, dahilədimizin təqdimatında  texnoloji, İKT imkanlarına qədər hər vasitəni səfərbər edərək böyük tarixə, mədəniyyətə, dəyərlərə malik bir  ölkə olduğumuzu, milli, bəşəri və mütərəqqi bir dövlət olduğumuzu dünya ictimaiyyətinə təqdim edə bildik. Ona görə də bu sualmövzu ətrafında çox danışmaq, çox fikirlər söyləmək olar.

 

Azərbaycanın en sahibliyi etdiyi beynəlxalq tədbirlər sözün əsl mənasında həm xalqımızın, həm ictimaiyyətimizun, həm də dövlətimizin maraqlarını tam şəkildə ifadə edir. Bu tədbirlərə bizim ehtiyacımız böyükdür. Həyatımızın bütün çalarları həm siyasi, həm sosial, həm mədəni, həm turizm, həm də digər baxımdan burada ifadə olunur. Azərbaycan bir turizm mərkəzinə çevrilməlidir. Çünki bunun üçün bütün potensial imkanlar var. Amma etiraf etməliyik ki, işğal, eləcə də mənfur qonşularımız və onların havadarlarının bizə qarşı etdilləri bizi illərlə geri atdı. Buna baxmayaraq yenə də biz mümkün vasitələrdən istifadə edib bu beynəlxalq tədbirlərə ev sahibliyi etdik. Azərbaycan bu tədbirlərdə özünün tarixi imzasını qoydu.

 

Əlbəttə, biz bu məsələdə vətəndaşlarımızın da sosial-siyasi aktivliyini müşahidə etdik”.

 

Azərbaycan vətəndaşlarının, ayrı-ayrı ictimai qurumların, könüllülərin bu tədbirlərdə fəal iştirakının olduğunu vurğulayan R.Zeyni həmçinin qeyd etdi ki, ölkəmiz təkcə ev sahibliyi etdiyi tədbirlərdə deyil, eyni zamanda sədrlik etdiyi tədbirlərdə də öz sözünü dedi. O, söylədi ki, Qoşulmama Hərəkatında Azərbaycan həm də bir siyasi mədəniyyət, siyasi idarəetmə nümayiş etdirdi. Ona görə də, BMT-dən sonra ikinci böyük təşkilat olan   Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycana etimad göstərib ölkəmizin bu quruma sədrliyini uzatdlar. “Həmin təşkilat məhz Azərbaycanın rəhbərliyi dövründə təşkilat kimi özünü təqdim etdi və beynəlxalq təşkilat statusuna sahib oldu. Onu da o dövlətlər gördü ki, Azərbaycan bu təşkilatı beynəlxalq təşkilata çevirdi. Onu inkişaf etdirdi, onun idarəetməsini təkminləşdirdi. Bunlar hamısı həqiqətdir və o proseslərin iştirakçısı olan dünya ictimaiyyəti də bunu çox yaxşı bilir. Bu özü də müstəqillik tariximizdə çox əhəmiyyətli səhifələrdir. Bunu ictimaiyyət də bilirbu səbəbdən də dövlətçilik əhəmiyyətli tədbirlərdə fəallıq edirlər”. 

 

R.Zeyni qeyd etdi ki, bütün bunlar göstərir ki, mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin ölkəmizdə vətəndaşların da, ictimai qurumların da, vətəndaş cəmiyyəti instutunun da, könüllülərimizin də sosial-siyasi baxımdan daha da aktivlik nümayiş etdirməsi üçün geniş üfüqlər açıb.

 

İradə SARIYEVA

Bakı Xəbər  2024.- 12 dekabr (¹ 226).- S.8.