Azərbaycanın regional inteqrasiya siyasəti son 20 ildə...

 

Müasir dövrdə dövlətlərin tutduğu əsas xəttlərdən biri məhz inteqrasiya ilə bağlıdır. Maraqlıdır ki, dövlətlərin çoxu inteqrasiya strategiyasını bəyan etsə , amma tamamilə əks mövqe tuturlar. Bəziləri hətta bu yolla bölgəyə yad təsirlərin axına rəvac verən siyasət yürüdür. Bu cür amillər sözsüz ki, mənfi tendensiyalar yaradır, bölgədə saxlamq inteqrasiyanın getməsinə əngəl olur.

 

Təbii ki, Azərbaycan dövlətinin sağlam təməllərə söykənən inteqrasiya siyasəti strategiyası mövcuddur. 1991-ci ildə dövət müstəqilliyini bərpa edən Azərbaycan inteqrasiya yolunu tutub. Əlbəttə, Azərbaycanın inteqrasiya siyasəti, inteqrasiya strategiyası bir başa sülhün, əmin-amanlığın, dostluğun, bütün sahələrdə sağlam əməkdaşlğın rəhni olub.  

 

Azərbaycan regional inteqrasiyaya son 20 ildə verdi?

 

Ekspertlər qeyd edirlər ki, Azərbaycan bir neçə istiqamətdə inteqrasiya siyasəti aparır. Bildirilir ki, XXI əsr iqtisadiyyatında region ölkələri arasında iqtisadi inteqrasiya daha qlobal xarakter almış bu ayrı-ayrı dövlətlərin iqtisadi inkişafına müsbət təsir göstərən amillər kimi qiymətləndirilir. Ekspertlərə görə, Azərbaycanın XX əsrin axırıncı on illiyində müstəqilliyə nail olması müstəqil dövlət kimi iqtisadi inteqrasiyaya qoşulmasını onun region ölkələri içərisində iqtisadi imicinin artmasını dünyanın bir çox region ölkələri ilə inteqrasiyaya qoşulmasını daha da intensivləşdirmişdir. Bir sözlə, ölkəmizin iqtisadi, siyasi, mədəni, humanitar digər sahələrdə inteqrasiya yolunu tutması bölgənin həyatına da dərindən təsir göstərib. Bu əməkdaşlığın kökündə iqtisadiyyatın inteqrasiyası dayanırsa da, bunlar xalq cəmiyyət, region olaraq qazanırıq.

 

Azərbaycan regiona inteqrasiyaya böyük töhfələr verib   

 

Müstəqil ekspert Rauf ZeyniBakı-Xəbər”ə şərhində bildirdi ki, son 20 ildə Azərbaycanın apardığı milli, bəşəri, mütərəqqi siyasət həm ölkədə, həm regionda öz müsbət təsirini göstərib. R.Zeyni vurğuladı ki, ölkəmizin təşəbbüsü ölkəmizdən gedən impulsla regionda keçirilən bir çox tədbirlərə Azərbaycan stimul verib. “Son 20 ildə Azərbaycanın  regiona inteqrasiyaya böyük töhfələr verib. Digər söhbətlərimizdə qeyd etdiyimiz kimi, iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq mərkəzə çevrilməsinin şahidiyik. Ölkəmizin turizm, iqtisadiyyat, dialoq, vəhdət digər sahələrdə mərkəzə çevrilməsi inteqrasiyanın göstəricilərindəndir. O cümlədən Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlar, diplomatik  nəticələr vurğulanmalıdır. Məsələn, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi bir müddət rəhbərlik etməsi, 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına rəhbərlik etməsi başqa beynəlxalq tədbirlərdə ev sahibi kimi çıxış etməsi bütövlükdə Azərbaycançılıq məfkurəsindən eyni zamanda beynəlxalq əməkdaşlıq müstəvisindən irəli gələrək Azərbaycan regional inteqrasiyaya da töhfələr verib. Yəni Azərbaycanın region ölkələrinin inkişafında rolu çox böyükdür, dövlətimiz irəli sürdüyü təşəbbüslərlə verdiyi dəstəklə regionun beynəlxalq inteqrasiyasına da güclü təkan verir.     Bilirsiz ki, Azərbaycanın dünyaya ötürdüyü mesajlar, irəli sürdüyü fikirlər, atdığı siyasi iqtisadi məzmunlu addımlar həm dövlətimizin, həm regionun, həm onların beynəlxalq aləmlə inteqrasiyasını dərinləşdirib”.

 

Azərbaycanın qələbə əldə etməsi belə, regional inteqrasiyaya çox güclü təkan oldu

 

R.Zeyni qeyd etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə həm regionda, həm dünyada bir nümunə sərgilədi. Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın zəbt edildiyini vurğulayan R.Zeyni bildirdi ki, məhz bu, regionda əməkdaşlığın genişləndirilməsinə əsas mane olan amil idi. R.Zeyni qeyd etdi ki, bu gün isə torpaqlarımız işğaldan azad olunması xalq, dövlət, cəmiyyət Ordu birliyi nəticəsindədir. Yəni biz 30 il səbrlə dözdük, amma sonda torpaqlarımızı azad etdik. 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başlanan Zəfər yürüşü ilə biz işğala  son qoyuldu, çox uğurlu əməliyyatlar həyata keçirildi tarixi zəfər əldə olundu. Bu tarixi zəfərin öz belə, son 20 ildə böyük hadisə kimi yadda qaldı. 2023-cü ilin sentyyabrında baş verən 23 saatlıq antiterror tədbirləri ilə digər torpaqlarımızın  da işğaldan azad olunması regional inteqrasiya məsələsinə çox böyük təsir göstərdi. Detallara varmaq istəmirəm, Azərbaycanın qələbə əldə etməsi belə, regional inteqrasiyaya çox güclü təkan oldu. 

 

O cümlədən,Türk Dövlətləri Təşkilatının yaranması inkişaf etməsi məsələsinin regional inteqrasiyada oynadığı rolu unutmamalıyıq. Bu qurum Avrasiya məkanında gedən proseslərə dövlətlərarası inteqrasiyaya çox müsbət təsir etdi. Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Gürcüstan digər ölkələr bu inteqrasiyanın təsirini hiss ediblər bəhrəsini görməkdədirlər. Onu da xüsusi qeyd etmək lazımdır ki, məhz bu implusların, stimulların, təkliflərin, təşəbbüslərin, təsirlərin hamısı  demək olar ki, son 20 ildə Azərbaycandan verilib, irəli sürülüb. Biz Cənubi Qafqaz ölkəsi olaraq Ermənistandan yalnız işğal, terror, genosid, ekosid digər məsələlər görmüşük, bu cür mənəvi, maddi təxribatların şahidi olmuşuq. Ermənistanın Azərbaycan ərazisində milyonlarla minanı basdırması bu gün geniş müzakirə olunur narahatlıq doğurur. Bu regional inteqrasiyaya xidmət edə bilər? Bax, bu mənada məhz işğala, təzyiqə, təhdidə, terrora, soyqırıma məruz qalan ölkə olmağımıza baxmayaraq, yenə bütün pozitiv impulsları, bütün pozitiv təşəbbüsləri Azərbaycan irəli sürüb. Bu pozitiv təşəbbüslər birinci növbədə region ölkələri tərəfindən müsbət qarşılanıb”.  

 

R.Zeyni qeyd etdi ki, Azərbaycanın addımları, təklif təşəbbüsləri regiondan kənarda olan ölkələr tərəfindən təqdir edilir. R.Zeyninin sözlərinə görə, Azərbaycanın bütün sahələrdə həyata keçirdiyi layihələr regional inteqrasiyasının dərinləşməsinə səbəb olur ölkəmiz regionda inteqrasiyanın dərinləşməsi üşün böyük töhfələr verir.

 

İradə SARIYEVA                             

Bakı Xəbər  2024.- 17 dekabr (¹ 229).- S.8.