Azad rayonlarda bərpa işlərinin analoqu yoxdur...

 

Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük addımlar atır. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır.

 

Əslində bu prosesinBöyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu.

 

Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının çox geniş inkişaf potensialı var

 

2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. 2022-ci il noyabrın 16-da Prezident İlham ƏliyevAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Proqrama əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Qarabağ iqtisadi rayonunun Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var burada sürətli işlər həyata keçirilir.

 

Təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır

 

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. Bu günədək 2417 ailə 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb. Bundan başqa, işğaldan azad edilmiş ərazilərində uzunluğu 3 200 km təşkil edən 45 yol layihə icra edilir. 2021-ci ildən bugünədək ölkə üzrə 2 700 km-dən çox avtomobil yolları yenidən qurulub təmir olunub. Eyni zamanda uzunluğu 47,1 km olan Bərdə-Ağdam uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam etdirilir. İşğaldan azad olunan ərazilərdə indiyədək ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara verilib. Bununla yanaşı, Qarabağ Şərqi Zəngəzurda daha 28 su elektrik stansiyası tikiləcək. Bununla yanaşı işğaldan azad edilmiş rayonlarda hava limanları fəaliyyət göstərir. Qarabağın ilk "hava qapısı" Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 aya tikilərək istifadəyə verilib. 2021-ci ilin hava limanı istismara verilib. 2022-ci ilin oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Üçüncü hava limanı Laçın şəhərində tikilməkdədir. Aeroportun 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Ümumilikdə, Qarabağ Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb.

 

Azad edilmiş ərazilərdə kompleks bərpa-quruculuq işləri aparılır

 

Sözügedən məsələniBakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə kompleks bərpa-quruculuq işləri aparılır: “Həm infrastruktur qurulur, həm yaşayış məntəqələri bərpa edilir, həm istehsal xidmət sahələri tikilir. Məqsəd odur ki, azad edilən ərazilərə köçürülən insanlar paralel olaraq işlə təmin edilsin. Məsələn, bərpa quruculuq işləri çərçivəsində bölgədə 2 nəhəng sənaye parkı yaradılıb. Həm Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası", həm Ağdamdakı eyniadlı Sənaye Parkı bölgənin iqtisadi aktivliyini artırmağa, oraya köçürüləcək əhalinin dayanıqlı yerləri ilə təmin edilməsinə hesablanıb. Artıq bu sənaye parklarında bir neçə müəssisə fəaliyyətə başlayıb istehsal olunan məhsullardan Qarabağ Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə edilir. Ağdam Sənaye Parkında indiyədək ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parkında, ümumilikdə, 2 min 300-ə yaxın yerinin yaradılması nəzərdə tutulur. Ötən müddətdə sahibkarlar tərəfindən sənaye parkına 92 milyon manatdan çox investisiya yatırılıb. Bunun da hesabına parkın ərazisində fəaliyyətə başlamış 9 müəssisədə 370-dən artıq daimi yeri yaradılıb”.

 

Vidadi ORDAHALLI

Bakı Xəbər .- 2024.- 18 dekabr (¹ 230).- S.8.