Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...
Azərbaycanın tolerant və multikultural bir dövlət olduğunu göstərən
saysız amillər, nümunələr var ki, bu, dünya
tərəfindən də
birmənalı olaraq qəbul edilir.
Bilirik ki, ölkəmizdə bütün ənənəvi
dinlərə böyük
sayğı göstərilir,
o dinin daşıyıcılarına
öz dini inanclarını qorumaları
üçün hər
bir şərait yaradılıb, ibadət etmələrindən ötrü
kilsələri, sinaqoqları,
dini ayinlərini icra edəcəkləri məkanları var.
Azərbaycanda xristian dinin katolik icması da mövcuddur. Azərbaycanın katolik icması da daima dövlətdən
hörmət və qayğını görür,
hiss edir.
Azərbaycanda mövcud olan dini mühit katoliklər tərəfindən
də yüksək dəyərləndirilir.
Ötən dövrlərdə Müqəddəs
Taxt-Tacın Dövlət
Katibi, kardinal Pietro Parol Azərbaycanda
dinlərarası münasibətləri
qiymətləndirərkən “Azərbaycan multikultural dövlət kimi çox yüksək zirvədə parlayır. Burada gözəl
harmoniya şəraitində
yaşayan Katolik Kilsəsi bu dəyərlərin gözəl
təcəssümüdür”-demişdir.
Azərbaycanda katolik kilsəsinin
tarixi…
Yeri gəlmişkən,
Azərbaycan Çar Rusiyası tərəfindən
işğal edildikdən
sonra müxtəlif xristian məzhəblərinə
mənsub olanlar ölkəmizə gəlməyə
başlayıb. XIX əsrdə
neft yataqlarının
kəşfi ilə əlaqədar olaraq Bakıya, Polşa və Litvadan olan katoliklər də daxil olmaqla,
Rusiya İmperiyasının
müxtəlif bölgələrindən
işçilər və
mühəndislər axışıblar.
XIX əsrin 60-cı illərindən etibarən
Bakıda katolik icması mövcud idi və 1894-cü ildə onlar Məryəmin Məsum Hamiləliyi Kilsəsini inşa ediblər.
1909-cu ildə Bakıda
Müqəddəs Bakirə
Məryəmin kostelinin
tikintisinə başlanıb
və 1912-ci ildə tamamlanıb. Bu dövrdə
Bakıda katolik icması təxminən
2550 nəfərdən ibarət
olub. Lakin Sovet hakimiyyəti katolik kilsəsini təzyiqlərə məruz
qoyub. 1930-cu illərin
əvvəllərində Stalin dövrünün repressiyaları
nəticəsində Bakıda
katolik ruhaniləri edam olunub, möminlər
təqib edilib və 1931-ci ildə kilsə tamamilə dağıdılıb. Bu dövrdə digər kilsələr, o cümlədən
Qusardakı kilsə də istifadəsiz qalıb, Zaqataladakı kilsə isə fərdi mülkiyyətə
çevrilib.
Hazırda Azərbaycanda Həvari Prefekti fəaliyyət göstərir. Bakıda Azərbaycanın hələ
ki, yeganə katolik kilsəsi - Müqəddəs Bakirə
Məryəmin Məsum
Hamiləliyi kilsəsi
yerləşir, bu kilsənin təxminən
200 nəfərlik icması
var. Ümumilikdə Azərbaycanda
təxminən 2000 katolik
yaşayır.
Hazırda Azərbaycan və Vatikan arasında diplomatik əlaqələr
qurulmuşdur. 2011-ci il
iyulun 6-da Vatikan tərəfindən ratifikasiya
edildikdən sonra, Azərbaycanda katolik icmasının dövlət
qeydiyyatına alınması
ilə bağlı Azərbaycan hökuməti
ilə müqavilə
qüvvəyə minmişdir.
“Dərin multikulturalizm ənənələrinə sadiq
ölkə kimi Azərbaycan bütün dinlərə, o cümlədən
Katolik Kilsəsi ilə dialoqa açıqdır”
Azərbaycanda katolik dini icmasına
hörmət əlaməti
olaraq ikinci katolik kilsəsi inşa olunur.
Prezident İlham Əliyevin tapşırığına əsasən,
Heydər Əliyev Fondunun dəstəyi və Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi
ilə Müqəddəs
II İoann Pavelin şərəfinə tikiləcək
katolik kilsəsinin yerləşəcəyi ərazinin
arxiyepiskop Paul Riçard
Gallager tərəfindən
dekabrın 14-də təqdisetmə
mərasimi keçirilib.
Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək
katolik kilsəsinin yerləşəcəyi ərazinin
Müqəddəs Taxt-Tacın
Dövlətlər və
Beynəlxalq Təşkilatlarla
əlaqələr üzrə
katibi arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdis
edilməsi münasibətilə
dekabrın 14-də Bakıda
qəbul keçirilib.
Qeyd olunub ki, 1997-ci ildə Ulu Öndər
Heydər Əliyev və 2005-ci ildən etibarən Prezident İlham Əliyevin Vatikana, 2002-ci ildə Roma Papası II İoann Pavel, 2016-cı ildə isə Roma Papası Fransisk Azərbaycana səfərlər edib, bu səfərlər iki ölkə arasındakı əlaqələrin
indiki səviyyəyə
yüksəlməsinə böyük
təkan verib.
Həmin görüşdə Azərbaycanın
xarici işlər nazirinin müavini Fariz Rzayev “Biz mədəniyyətlərarası və dinlərarası dialoq dəyərlərinin
qorunması istiqamətində
fəal, səmərəli
əməkdaşlığımıza xüsusi əhəmiyyət
veririk. Azərbaycanda müxtəlif dinlərə
və inanclara malik insanlar əsrlər boyu mehriban, qarşılıqlı
hörmət şəraitində
yaşayıblar. Heydər
Əliyev Fondunun Vatikanın tarixi yerlərinin bərpasında
iştirakı əməkdaşlığımızı
daha da inkişaf
etdirir və qlobal mədəni irsin qorunub saxlanmasına,
mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir”, - deyə bildirib.
Paul Riçard Qallager Bakıda katolik kilsəsinin tikintisi üçün ərazi ayırdığına görə
Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Heydər Əliyev Fonduna dərin minnətdarlığını
bildirib:
“Mən, həmçinin
Bakının mərkəzində
bu kilsənin tikintisi mümkün olduğu üçün
xeyirxah insanlara təşəkkür edirəm. 2002-ci ildə bu gözəl
ölkəyə səfər
edən Papa II İoann
Pavelin şərəfinə
tikiləcək kilsə
Müqəddəs Taxt-Tac ilə Azərbaycan
arasında möhkəm
dostluğun əbədi
rəmzi olacaq”.
Azərbaycanın zəngin dini və mədəni müxtəlifliyini ifadə
etdiyini bildirən Paul
Qallager deyib: “Məmnunuq ki, dərin multikulturalizm ənənələrinə sadiq
ölkə kimi Azərbaycan bütün dinlərlə, o cümlədən
Katolik Kilsəsi ilə dialoqa açıqdır. Müqəddəs Taxt-Tac Azərbaycanla
əlaqələrin və
xüsusilə ədalət
və sülh kimi mənəvi dəyərlərin təbliğində
əməkdaşlığın bundan sonra da
möhkəmləndirilməsinə sadiqdir”.
Məlum
olduğu kimi, Prezident
İlham Əliyev Roma
Papası Fransiskə ünvanladığı təbrik
məktubunda Bakıda
inşa olunan ikinci katolik kilsəsinə də toxunub: “Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında
formalaşmış münasibətlər
bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər,
daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir.
Məmnunluqla qeyd etmək
istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və
Papa II İohann Pavelin
şərəfinə ucaldılacaq
yeni katolik kilsəsi ölkəmizdə
katolik dini icmasına göstərilən
böyük diqqət
və qayğının
təzahürü, Azərbaycan
ilə Müqəddəs
Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin
yeni rəmzidir”.
Əlbəttə, bu gün tolerantlığın
və multikulturalizimin
gerçək örnəyi
olan Azərbaycanda katolik icmasının dini ibadətlərini daha geniş formada həyata keçirmək üçün
ikinci bir Katolik kilsəsinin inşasını həyata
keçirir. Bu onu
göstərir ki, Azərbaycan dövləti
və xalqı başqa dinlərin mənsublarına çox
böyük hörmətlə
yanaşır və onların inanclarına hetiram bəsləyir.
Azərbaycanın multicultural, tolerant bir ölkə kimi bütün dünyada qəbul edilməsi təbii ki, ölkəmizin, xalqımızın
qələbəsidir.
İradə
SARIYEVA
Bakı Xəbər.- 2024.- 28 dekabr (¹ 238).- S.8.