Zəngəzur qəzasının
işğalı və hay kilsəsi...
İbtidai insan sürüsü-hay toplumunun e.ə. II-I minilliklər ərzində Afrikanın şərqindən, Tana gölü və Mavi Nil çayı boyunca Aralıq dənizi hövzəsinə (Balkan yarımadasına və Ön Asiya yaylalarınadək) doğru köçünə başçılıq etmiş protohay cadugərləri-sehrbazları (sonrakı mərhələdə hay keşişləri-kilsəsi) yeni eranın I minilliyində bu sürünün məskunlaşmasında və idarə edilməsində aparıcı/həlledici rol oynayıb.
Tropik iqlim, dağlıq yayla və quru səhra landşaft strukturlarının təsiri ilə etno-morfogenetik, ekobioloji-fizioloji irs daşıyıcılığı qazanan müasir hay sürüsü üzərində dinsiz hay kilsəsinin hakim mövqe qazanması XXI əsrədək getdikcə güclənib, bu toplumun qəsbkarlıq və işğalçılıq ruhunun davamlı/genetik formalaşmasına səbəb olub.
Əski Sak/İskit, Kimmer/Qıpçaq, Massaget/Alban...qəbilə-tayfa İttifaqlarının (kökənli Türkdilli xalqlardan ibarət) Urmiya və Göyçə gölləri əhatələrində, Kür və Araz çayları hövzələrində məskunlaşdıqları coğrafi məkanlar sırasında Zəngəzur/Qazangöl, Mehri-Saklar dağlıq silsilələri xalqımızın və dövlətimizin tarixi keçmişini yaşadan köklü-budaqlı maddi-mənəvi irsə malikdir. Oxçuçay, Mehriçay, Bazarçay və Araz çayı hövzələri, Qarakilsə, Gorus, Qapan, Mehri, Gecalan...yaşayış məntəqələri, Mehri, Xustup, Alagöl/Qaragöl, Süsən...dağları, ümumilikdə, bu əski Türk-Müsəlman məskənləri mühüm hərbi-siyasi əhəmiyyət daşımaqla yanaşı, həm də Türk dünyasının təkamül/intibah mədəniyyətinin qovşağı olub. Ona görə də bu bölgəyə/Zəngəzura (Qərbi Azərbaycanda Türk-Müsəlman qövmünün ən sıx yaşadığı əraziyə) 1905-1906-cı və 1918-1920-ci illərdə hay kilsəsinin/hay-daşnak quldurlarının təcavüzləri üç əsas məqsəd daşıyıb:
- Türk-Müsəlman birliyinin coğrafi sərhəd bütövlüyünü parçalamaq;
- əski tarixi maddi-mədəni və mənəvi-sakral zənginliyi “qarət” edərək “erməni”ləşdirmək və ya məhv etmək;
- əhalisi Türk-Müsəlman kökənli bölgənin yaşayış məntəqələrinin sayını azaltmaq, kəndlərin əksəriyyətini yer üzündən yox etmək və xaricdən sürülən hay sürülərini bu yerlərdə yerləşdirmək.
Məhz bu şeytani niyyətlərini/mənfur əməllərini həyata keçirmək istəyi hay kilsəsini hər iki tarix kəsimində faciəvi cinayətlərə və soqırım qətliamlarına sövq edib və 100 min nəfərə qədər dinc sakinin həyatının məhvi ilə sonuclanıb.
1905-1906-cı illərdə Zəngəzur qırğınlarını törədən, əlləri günahsız insanların qanına batan hay-daşnak quldurları sırasında hay keşişləri (...Gevorq V Surenyantas-1846-1930; Makar I Ter-Petrosyan-1765-1856; Mkrtiç I Xrimyan-1820-1907; Matevos II İzmirilyan-1879-1945...) ilə yanaşı, silahlı dəstə başçıları da az olmayıb-Xristofer Mikaelyan-1850-1905; Arşak Qafavyan/Keri-1858-1916; Yeprem Davtyan-1868-1912; Murad Akopyan/Sivaslı-1874-1918 (4 avqustda Bakı şəhəri ətrafında döyüşlərdə öldürülüb); Amazasp Srvandztyan (1873-1921); Vardan Xanasori-1870-1943....və onların cəbhə gündəlikləri, eləcə də, qırğın səhnələrinə dair qeydləri indi də İrəvan şəhərindəki Dövlət Arxiv İdarəsində, “Eçmiəzdin” həftəlik nəşrin səhifələrində, “Daşnakstyun” partiyasının yaradıcılarından biri S.M.Zavaryanın (1865-1913) yazılarında, Tiflis Məhkəmə Palatısının prokuroru F.C.Kukuranovun istintaq materiallarında... saxlanılır...
Zəngəzur qəzasında hay-daşnak qruplaşmasının əsas qərargahları üç yerdə olub:
- Ordubad nahiyəsinin Əylis, Mehri nahiyəsinin Gecalan və Gorus nahiyəsinin Qapan kəndlərində.
1905-1906-cı illərdə bu qaragüruha Murad Sivaslı, 1918-1920-ci illərdə isə A.Ozanyan və Q.Nijde başçılıq edib.
Bölgənin qədim tarixiliyinə rəğmən hay kilsəsinin bu ərazilərdə işğalçılıq əməllərinin tarixi də uzaq əsrlərə uzanır. Qarakilsə nahiyəsində, Bazarçayın sol sahilində, Şeyxlər kəndindən 2 km şərqdə yerləşən Anaqut kəndi (eyni adlı kənd Ordubad nahiyəsində də var) bu baxımdan istisnalıq təşkil etmir. İlk dəfə 1699-cu ilin aprel ayında bu kənddə hay keşişləri və quldurbaşıları Səfəvi bəylərbəyliyinə qarşı (Çuxur-Seyid nahiyəsi) gizli toplantı keçirib. Məhz bu kənd 1905-ci ildə də hay quldurlarının qərargahına, yığıncağ-cəbbəxana mərkəzinə çevrilib.
1905-ci ilin iyun ayında Ordubad nahiyəsinin Yuxarı Əylis və Nəsirvaz kəndləri üstündən, Şorcaçay çayı yatağından keçib Zəngəzur silsiləsinin Başyurd dağını (2659 m), Salvartı aşırımını (3161 m), Şahdağ zirvəsini (3204 m) keçməklə Qarakilsə nahiyəsinin Bazarçay hövzəsindəki Şeyxlər, Ərəfsə, Comərdli, Ağadü, Vağadü, Urud...kəndlərində, Pəridağ və Ayıçınqıl aşırımı (3826 m) üzrə hərəkət edərək Oxçuçay-Gığıçay hövzələri istiqamətində isə Karxana/Qapan nahiyəsinin “Gığı dərəsi”nin 26 kəndində-Acıbac, Qovşud, Mollalı, Həkəti, Çaykənd, Baharlı, Pürülü, Müsəllim, Gilətağ...yaşayış məntəqələrində amansızlıqla qətliamlar törədib, qarətlər edib, kəndləri-evləri oda qalayıblar, Əcili, Mollalı, Çiriş, Əfsərli, Buğacığ, Hacıtikə, Kurut, Kirs, Kosalı, Çiriş, Qatar və Karxana kəndləri isə tamamilə yox edilib, dünyadan silinib.
“Oxtar dərəsi”nin Oxtar, Çobanlı, Hünüt, Paşakənd, Şabadin...kəndləri boşaldılmış, 1920-ci ildən sonra isə haylar yerləşdirilib.
Bu vəhşiliklərə dəstək olan İrəvan şəhəri istiqamətində və Həkəri-Bərgüşad çayları hövzəsində yerləşən “erməni” kəndlərinin quldurları da “imza” atıb, həmin tərəfdən hücum etməklə dəstək veriblər.
Belə ki, həmin ilin avqust-sentyabr aylarında nahiyənin Xəzinəvar və Xanyurdu kəndlərindəki (Laçın nahiyəsi ilə qonşu olan) haylar qonşu Türk-Müsəlman qəryələrinə/kəndlərinə (Bayandur, Xalak, Kosalar, Böyük və Kiçik Cicimli, Malıbəyli, Kosalar, Kalafalar, Novruzlu, Cağacur..) eyni tərzdə basqınlar ediblər.
Qapan şəhərində qərargahı yerləşən M.Akopyan/Sivaslının 50 süvarisi, 2000 süngülü qulduru bu qırğınlarda əsas qüvvə kimi çıxış etdiyindən o, haylar arasında “xilaskar” kimi qiymətləndirilirdi.
Ümumilikdə, hay quldur dəstələri 1905-ci il ərzində Qarakilsə nahiyəsinin 25 kəndində 400 nəfərə qədər soydaşımıza soyqırım-qətliam faciələrini yaşadıblar.
Türk-Müsəlman kəndlərinin 1905-ci il faciələrini yerində görmək və hay quldurlarının amansız basqınlarının qarşısının alınması adı ilə Yelizavetpol quberniyasının general-qubernatoru V.S.Takayşvili Zəngəzur qəzasının mərkəzi Gorus şəhərində olub. Nəticədə qəza rəisi, podpolkovnik A.B.Avalianinin (1856-1908) səyi ilə “erməni”lərin guya qarət edilmiş malı-mülkü geri qaytarılmış, “günahkar” Türk-Müsəlmanlar istintaqa cəlb edilmiş, amma...quldur haylar barədə heç bir tədbir görülməmişdir. Xislətlərinə sadiq qalan hay-daşnaklar həmin qəza zabitini 1908-ci ildə Gəncə şəhərində arxadan güllə ilə qətlə yetiriblər.
1905-ci ilin 29 dekabrında Tatev kəndinin hay silahlıları qonşu Kürdlər kəndini yer üzündən siliblər...
Zəngəzur bölgəsinin Qarakilsə və Qapan nahiyələtinin kökənli əhalisinə qarşı hay kilsəsinin silahlı daşnak dəstələrinin 1905-ci il ərzində yaşatdıqları soyqırım faciələrinə gedən yol 1898, 1903 və 1904-cü illərdə baş keşiş I Mkrtiç Vanetsinin Gorus şəhərinə olan davamlı səfərlərindən (əsas görüş yerləri Tatev məbədi idi) və 1905-ci ilin yanvar ayında çar Rusiyasının verdiyi xeyir-duadan keçib. Belə ki, həmin görüşlər ilk növbədə “zavamlı”, “əzabkeş”, “əsrlərlə məhrumiyyətlərə düçar olmuş xristian “erməni” xalqı”nın Osmanlı Türkiyəsinin, Türk-Müsəlman xalqlarının “əsarəti”ndən qurtulmaq üçün hay kilsəsinin mübarizəsinin dəstəklənməsi naminə keçirilib. Qanlı yanvar faciəsini yaşayan Peterburq şəhərində İmperator II Aleksandrın oğlu, knyaz Vladimir (1847-1909), daxili işlər naziri A.Q.Bulıgin (1851-1919), Qafqaz canişini qraf İ.İ.Vorontsov-Daşkov (1837-1916, 1904-1905-ci illərdə Rusiya Qırmızı Xaç Cəmiyyətinin sədri) və baş nazir S.Y.Vitte (1849-1915)...ilə hay keşişlərinin bulunduqları və istəklərini həyata keçirməyə razılıq verdikləri üçün 1905-ci il Zəngəzur qəzası üçün qanlı faciələrin, amansız qətliamların, soyqırımlı günlərin-ayların xronoloji təqvim ilinə çevrilib.
Həmin il Bərgüşad, Oxçuçay və Araz çaylarının suları Türk-Müsəlman əhalisinin qanına boyanmış, Qapıcıq, Qazangöl, Xustup, Süsən...dağlarının yamacları hay-daşnak quldurları tərfindən günahsız qətlə yetirilən insanlara əbədi ruh məkanı olub...
Hələ qarşıda amansız 1906-cı il gəlirdi...
(Ardı var)
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
R.S. Dinsiz hay kilsəsi Xəzinəvar kəndini-“Xoznavar”, Xanyurdu kəndini-“Xnaçaq/Xanadzak”, Anaqut kəndini 1920-ci illərin ortalarından - “Angexakot”, Bayandur kəndini 1959-cu ildən-“Vaqatur”...adlandırır.
(Yazının
hazırlanmasında həm də Qarakilsə nahiyəsinin Vağudi kənd sakinləri Abbasəli Allahverdi oğlunun (1876-1956),
Ağaxan Vəlinəvəsinin (1873-1963),
Urud kənd sakini Abbas Yusif oğlunun
(1882-1982), Qapan nahiyəsinin Yuxarı Gilətağ
kənd sakinləri Mustafa Şükür
oğlunun (1863-1953), Bəbir Allahyar oğlunun
(1868-1945), Acıbac kənd sakini Əsmər
Ağakişi qızının (1889-1978),
Gığı kənd sakinlərii Ələkbər
Aslanalı oğlunun (1886-1982), Xəlil Gəncalı
oğlunun (1898-1998) Baharlı kənd sakiniu İsa Ələkbər
oğlunun (1877-1972)... söylənilmiş
məlumatlarından istifadə olunmuşdur).
Bakı Xəbər 2024.- 8 fevral (¹ 24).- S.14.