Türk dövlət
başçıları Qarabağa "Böyük qayıdışı" şəxsən
bu formada gördülər...
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının
dövlət başçılarının
qeyri-rəsmi Zirvə
görüşü keçirilib. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev, Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev, Qırğız
Respublikasının Prezidenti
Sadır Japarov, Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart
Tokayev, Macarıstanın
Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti
Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin
Prezidenti Ersin Tatar, Türk Dövlətləri
Təşkilatının Baş
katibi Kubanıçbek
Ömüralıyev Zirvə
görüşündə iştirak ediblər.
Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi,
Türk dünyasının
və Türk Dövlətləri Təşkilatının
gücləndirilməsi Azərbaycanın
xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə
Türk dünyasının
sıx birləşməsi,
onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi
naminə səylər
göstərib.
Artıq
orada yaşayan yerli sakinlər prezidentləri yaşadıqları
evlərin eyvanlarından
salamlayırdılar
Bu gün Qarabağ
və Şərqi Zəngəzurda “Böyük
Qayıdış” Proqramı
icra olunur. Ermənistan işğal
dövründə bu ərazilərdə bütün
şəhər və
kəndləri yerlə-yeksan
etmişdi. İndi isə
bu torpaqlara həyat qayıdır.
“Böyük Qayıdış”
Proqramının icrası
çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün
Laçın, Füzuli,
Şuşa, Xocalı şəhərlərinə
və dörd kəndə qayıdıb.
Bu ilin sonuna
qədər 20 min insan
azad edilmiş torpaqlara qayıdacaq.
Türk dövlətlərinin rəhbərlərinin
azad edilmiş torpaqlara səfərləri
qardaşlıq həmrəyliyinin
təzahürüdür. Türkiyə
Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri
Şuşa və Füzuliyə, Qırğızıstan
Prezidenti Füzuli və Ağdama səfərlər ediblər.
TDT-nin Zirvəsi Qarabağda
keçirildi. Artıq
bir neçə mühüm
beynəlxalq tədbir
Şuşada keçirilib. Qarabağda keçirilən belə tədbirlərdə “Böyük
qayıdışı”ın izləri necə hiss edilir? Bu dəfəki
tədbirdə belə
əlamətlərdən biri
nəzərə çarpdı.
Artıq
orada yaşayan yerli sakinlər prezidentləri yaşadıqları
evlərin eyvanlarından
salamlayırdılar. Prezidentlər Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində
və Aşağı
Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.
Onlar əvvəlcə
Şuşa şəhərinin sakinləri
ilə söhbət edib.
Prezidentlər Cıdır düzünə
gedib…
Sonra prezidentlər Şuşa
şəhəri işğal
altında olduğu illərdə erməni vandalizminə məruz qalan Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar. Onlara məlumat verilib
ki, XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı
ilə ərsəyə
gələn bu məscid İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada
inşa etdirilmiş məscidlərdən birincisi
sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin
tarixi-memarlıq rəmzlərindən
biridir. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin
zirehli texnikalarının
atəşlərinə məruz
qalaraq ciddi zədələnib, məscid
vandalizmin qurbanına çevrilib. 2021-ci ilin dekabrında Heydər Əliyev Fondu tərəfindən
“PAŞA Holdinq”in dəstəyi
ilə məsciddə
bərpa işlərinə
başlanılmışdı. Bərpa işləri zamanı Aşağı Gövhər
Ağa məscidində
erməni vandalizminə
dair bir sıra faktlar aşkarlanıb. Belə ki,
məscidin divarlarında
müxtəlif yazılar,
müdaxilələr, o cümlədən
divara həkk olunmuş xaç işarəsi müəyyən
edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının
da dağıntılarının
bir qismi konservasiya olunub.
Avtobusla şəhərin ərazisini
gəzən dövlət
başçıları sonra
Cıdır düzünə
gediblər.
Artıq
Qarabağa səfər
edən rəsmi nümayəndələr orada
həm də yerli sakinlər tərəfindən qarşılanır
Azərbaycan və Türkiyənin
rəsmi müttəfiqliyinin
əsasını qoyan
Şuşa Bəyannaməsi də
2021-ci ildə məhz
Şuşada imzalanıb.
Ölkə başçısı, həmçinin Qarabağ
və Şərqi Zəngəzurda “Böyük
Qayıdış” Proqramının
icra olunduğunu bildirdi. Dedi ki, Ermənistan işğal dövründə
bu ərazilərdə
bütün şəhər
və kəndləri yerlə-yeksan edib.
Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur
ki, birgə səylərlə bütün
Qarabağ gələcəkdə
türk dünyasının
əbədi dostluğunun
həqiqi rəmzinə
çevriləcək. İmzalanan Qarabağ
Bəyannaməsi, qəbul
edilən qərarlar türk dünyasının
həmrəyliyini və
eyni zamanda, Türk Dövlətləri
Təşkilatının beynəlxalq
nüfuzunu daha da gücləndirəcək.
Yekun olaraq qeyd edək
ki, bu sammit
türk dünyasının
mənəvi bağlantısı
istiqamətində növbəti
ciddi addımdır.
Doğrudur, indiyə qədər
türk dövlətləri
müxtəlif platformalarda
əməkdaşlıq edirdilər.
Lakin bu Zirvə əməkdaşlığın
da zirvəsidir və münasibətlərdə
özünəməxsus yer
tutacaq. Və ən mühümü
gələcəkdə bütün
Qarabağ siyasi dialoq məkanına çevrilə bilər.
Çox
güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq.
"Böyük Qayıdış"
prosesi çərçivəsində
artıq Şuşa
şəhərinə də
köç başlayıb.
Şuşa şəhərinə köçürüləcək
ailələr çoxmənzilli
binalarda yaşayış
yeri ilə təmin olunurlar. Yeni yaşayış sahələri
indiyədək respublika
ərazisində müxtəlif
yerlərdə müvəqqəti
məskunlaşmış və
Şuşa şəhərində daimi
qeydiyyatda olan məcburi köçkünlərə
verilir.
İlk püşkatma
şəhid ailələri,
qazilər və şəhərdə tikinti,
bərpa-quruculuq işlərində
çalışan ailələr
arasında keçirilib
və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər
2, 3, 4, 5 otaqlıdır.
Şuşa şəhərinə köçürüləcək
ailələr arasında
püşkatma mərhələli
şəkildə davam
etdiriləcək. Artıq Qarabağa səfər
edən rəsmi nümayəndələr orada
həm də yerli sakinlər tərəfindən qarşılanırlar.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər 2024.- 9 iyul, (¹ 117).- S.8.