Azərbaycançılıq - dinamik tərəqqinin təməl daşlarından biridir...

 

Xaos, gözlənilməzlik və texnoloji innovasiyaların getdikcə daha çox tətbiqi fonunda dünya nizamının dəyişməsi bir çox formalaşmış konsepsiyaları və baxışları yenidən nəzərdən keçirməyi tələb edir.

 

Bugünkü tendensiya turbulentlik və qeyri-xəttilik, məkan və zamanın təsadüfi və nisbiliyi, dəyişikliklərin birgə təkamülü, təbiət və cəmiyyətlə bağlı qanunauyğunluqların konvensionallığı ilə xarakterizə olunur. Belçikalı fizik İlya Priqojinonun ardıcıllarının 1970-ci illərdə proqnozlaşdırdığı dünyanın klassik mənzərəsindən indi əsər-əlamət yoxdur. Başqa sözlə, biz tanış olanı qoruyub saxlayan, əvəz edən və çox vaxt onu təqlid edən fərqli qaydaları, məntiqi və metaforaları olan yeni ideoloji dünyaya qədəm qoyuruq.

 

İdeologiyalar bu gün də ən təsirli vasitələr sırasında yer alır

 

Yuxarıda qeyd olunanlar fonunda təsadüfi deyil ki, bugünə qədər ideologiya bəzən elmya sənət adlanır və siyasi nəzəriyyə ilə ideologiya arasındakı mübahisə bəzən sonsuz görünən çox şiddətli bir rəqabətdir. Müzakirələr ideologiyanın elmi mahiyyəti, müvafiq olaraq, onun statusu, dili, şüurun manipulyasiyası ətrafında gedir. İdeologiyalar “fikirlər sistemiolduğundan, simvolik düşüncə sahəsinə aiddir. Bu mövqedən çıxış edınlər olmalı olanla faktiki olan arasındakı qaçılmaz ziddiyyəti əks etdirərək, öz təməlini cəmiyyətdə, sosial münasibətlərdə deyil, cəmiyyətdən transsendental olan mənəvi sferada axtarır.

 

Etiraf etmək lazımdır ki, adi insanlar arzulanan gələcəyin imicini proyeksiya edərkən nadir hallarda “yanlış şüur” və ya “reallığın təhrifləri” haqqında düşünürlər. Onların cari siyasi problemlərə münasibəti kifayət qədər kortəbii xarakter daşıyır, bir sıra stereotiplər və sabit düsturlarla seçilir. Özübunlar təhsilin, medianın və ümumilikdə mədəniyyətin köməyi ilə adi insanların şüuruna çox uğurla daxil edilir. Məşhur Amerika siyasi mütəfəkkiri Con Plamenatz öz dövründə bu barədə yazırdı, yeri gəlmişkən, o, Amerika universitetlərində siyasi elmlərdə pozitivizmin total hökmranlığına qalib gələ bilmiş ilk şəxslərdən biri olub. O hesab edirdi ki, ideologiya kifayət qədər geniştam kodlaşdırılmamış dəyərlər sistemidirya başqa sözlə, “fikir”, “dünyagörüşü” mentalitetə çox yaxın bir şeydir. Bu, başa düşülməsi, demək olar ki, qeyri-mümkün olan, şüursuz şəkildə həyatımızın çərçivəsi kimi qəbul edilən və əksər insanlar üçün kodlaşdırılması və əsaslandırılması olduqca çətin, hətta qeyri-mümkün olan, qismən irsi, qismən qazanılmış ifadələrin bir növ qarışığıdır. Plamenatz ideologiyaların iki səviyyəsini müəyyən etdi: vahid və qismən. Sonuncu, kortəbii, gündəlik səviyyədə fəaliyyət göstərir, cəmiyyətin "qeyri-qanuni" dəyərlərini əks etdirir və təbii olaraq, dərsliklərdə, o cümlədən "total" ideologiyalarda şərh edildiyi kimi, ideologiyaların bəzi xarakterik xüsusiyyətlərinə malik deyil. Eyni zamanda, onlar ətraf mühit haqqında məlumatları süzgəcdən keçirən "linzalar" rolunu oynayırlar, bu, zamanla qurulan "kollektiv şüursuzluq"dur. Başqa bir məqam budur ki, bir fikir sistemi olaraq ideologiya dünyamızın xüsusiyyətlərinin qiymətləndirilməsini və fərdlərin, sosial qrupların, kütləvi hərəkatların şüurunda onun dəyişməsi perspektivlərini əks etdirən nisbətən vahid, adətən sistemləşdirilmiş dünyagörüşü və baxışlar toplusudur. Bu, siyasi fəaliyyət proqramlarına daxil edilmiş, məqsəd və davranışları əvvəlcədən müəyyənləşdirən konseptual bir sistemdir. İdeologiyalar, adətən, nüfuzlu siyasi liderlər, siyasi qüvvələr, partiyalar və digər ictimai inkişafın təbii prosesinə müdaxilə edir. Güclü məcburiyyət kifayət etmironlar bu halda “təkliflər sisteminə” çevrilən ideologiyalara müraciət edirlər. Ancaq ideologiyaların bu cür istifadəsi heç bir şəkildə təhlükəsiz deyil. Bir tərəfdən, o, şübhəsiz ki, ideala çatmaqdaya proqramın həyata keçirilməsində kömək edə bilər, lakin digər tərəfdən, ənənələr rolunu öz üzərinə götürərək, mümkün yeniliklər arasında süni seçim aparır. Belə halda , ola bilsin, cəmiyyətin normal inkişafını ləngidə bilər.

 

Fərd, cəmiyyət və dövlət arasında “sosial müqavilə”

 

Bütün bunlar ideologiyaların cəmiyyətin, dövlətin tərəqqisində nə dərəcədə önəmli rola malik olduğunu təsdiq edir. Bu mənada ideologiyalar baxımından hazırlıqlı ölkələr inkişaflarında daha çox nailiyyətə imza atırlar. Azərbaycan bunun ən yaxşı nümunələrindən biridir.

 

Azərbaycançılıq ideologiyası bu gün ölkənin dinamik tərəqqisinin kökündə dayanan mühüm təməl daşlarından biridir. Qədimdən müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi məhz azərbaycançılıq ideyası təşəkkül tapıb. Qeyd edək ki, Azərbaycan tarixən çoxmillətli ölkə, millidini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev azərbaycançılıq ideologiyasını irəli sürərəkən ilk növbədə tarix boyu əldə edilən zəngin təcrübədən istifadə etdi. Azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürülməsi ölkənin yüksəlişində müstəsna rol oynadı və oynamaqda da davam edir. Digər aparıcı ideologiyalar kimi azərbaycançılıq da instrumental və emosionaldır, şüurun stereotiplərinə əsaslanır, təkzibedilməz həqiqətlər kimi qəbul edilir. Siyasi və digər ictimai elmlərdə konstruktivizm kimi yanaşmanın bərqərar olması ilə ideologiyalar yeni forma alır. Həm də bu, təkcə ideologiyaların qurulmasının və onların dekonstruksiyasının mənasını və mexanizmlərini anlamağa çalışmaqdan getmir. İdeologiyalara onların ekzistensial daxili ziddiyyəti ilə post-qeyri-klassik dövrün dünyagörüşü kimi baxılması da mühümdür. Amma ən əsası odur ki, o, mübahisəsizdir və sübuta və dəlillərə ehtiyac duymur. Bu, dövlətin və cəmiyyətin subyektlərarası əlaqəsinin nəticəsidir, fərd, cəmiyyət və dövlət arasında bir növsosial müqavilə”dir.  Eyni zamanda, sabitlik və əminliyi getdikcə itirən xaotik dünyada özünü tanıma, öz müqəddəratını təyinetmə və özünü identifikasiya formasıdır.

 

Samirə SƏFƏROVA

Bakı Xəbər .- 2024.- 11 iyul, ¹ 119.- S.8.