COP29
proseslərində diasporumuzun
rolu...
Bu ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası
tədbirlərindən biri
olan COP29-a
(BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası) ev sahibliyi edəcək. Ölkəmizdə belə nüfuzlu
və mötəbər
tədbirin keçirilməsini
mühüm hadisədir.
Dünyanın bütün nüfuzlu
dövlətləri və
təşkilatları Azərbaycanın
bu tədbirə ev sahibliyi
etməsinə yaxından
dəstək verir.
COP29 qabağı aparılan
təbliğat prosesində
xaricdəki Azərbaycan
diasporunun üzərinə
ayrıca vəzifə
düşdüyü danılmazdır. Bu mənadakı bəzi hallarda xaricdəki müəyyən qüvvələr,
təşkilatlar, Fransanın
timsalında antiazərbaycan
dövlətlər qlobal
iqlim dəyişmələrinə
qarşı mübarizə
tədbirlərinə Azərbaycanın
verəcəyi töhfələrə
qara yaxmağa çalışırlar. Bütövlükdə, Azərbaycanın məqsəd və məramlarının, COP29 öncəsi
gördüyü işlərin,
göstərdiyi fəaliyyətlərin
dünyaya çatdırılması
işində diasporumuz
aktivlik göstərməlidir.
Gürücstanda və müəyyən
dövlətlərdə artıq
azərbaycanlı fəallar,
diaspor təmsilçiləri
bu istiqamətdə təbliğat aparmaqdadırlar.
Eləcə də bəzi xarici ölkələrdə təhsil
alan azərbaycanlı
tələbələr bu
məsələdə aktivlik
göstərirlər.
Nəzərə alsaq ki, bu
tədbirə dünya
ölkələrinin rəhbərləri,
siyasətçilər, ictimai
xadimlər, elm adamları,
mütəxəssslər qatılacaqlar,
onların orada ideya və təklifləri,
fikirləri səsləndiriləcək,
bu baxımdan diaspor alimlərimizin də bu prosesdə
yaxından iştirak etməsi vacibdir. COP29 qabağı dünyada təbliğatın gücləndirilməsində
diaspor təşkilatları,
diaspor alimləri mühüm rol oynamalıdır.
“Bu tədbirlə bağlı
dünyanın fərqli
ölkələrində yaşayan...”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin
sədri, fəlsəfə
doktoru İlqar Orucov “Bakı-Xəbər”ə
şərhində bildirdi
ki, COP29 prosesinin təbliğində, təşviqində
Azərbaycan diasporu xüsusi rol oynamalıdır. Bunun onların
üzərinə düşən
missiya olduğunu deyən İ.Orucov qeyd edir ki,
bu həm də bir milli
həmrəylik göstəricisi
olardı. “COP29 qlobal iqlim dəyişikləri
ilə bağlı dünyada həm əhatə dairəsinə,
həm iştirakçı
sayına görə böyük miqyaslı tədbirdir. Eyni zamanda bu iqlim
dəyişikliyinə qarşı
mübarizə aparan bütün maraqlı tərəflərin, siyasi
xadimlərin, dövlət
başçılarının, alimlərin, vətəndaş
cəmiyyəti institutlarının,
jurnalistlərin, ekologiya
üzrə olan mütəxəssislərin, bütövlükdə
bu prosesə daxil olan şəxslərin
iştirak edəcəyi
və iqlim dəyişikliyinə qarşı
mübarizəyə, ekologiyanın
qorunmasına töhfə
verəcəyi qlobal bir tədbirdir. Bu tədbirin əhatə
dairəsi ilə bərabər həm də o tədbirin əhatə etdiyi insan resursları kifayət qədər genişdir və çox vektorludur. Mən çox vektorlu sözünü təsadüfən
işlətmədim. Çünki bu tədbir fərqli sahələrdən
olan və eyni zamanda iqlim
dəyişikliklərinə müsbət mənada təsir göstərə
bilən, töhfə
verəcək maraqlı
tərəfləri birləşdirir.
Nəzərə alsaq ki, ekologiyanın, biomüxtəlifliyin
qorunması, iqlim dəyişiklikəri mübarizə
birbaşa həm də elmi yanaşma
və elmi düşüncə tələb
edir. Bu həm
də birbaşa tədiqiqatçıların fəaliyyət
sahəsinə daxildir.
Bu baxımdan, əlbəttə, bu mötəbər tədbirdə
elm adamlarının, alimlərin,
tədqiqatçıların iştirakı bir mənalı olaraq təmin edilməlidir.
Digər
tərəfdən bu tədbirlə bağlı
dünyanın fərqli
ölkələrində yaşayan
azərbaycanlı alim
və tədqiqatçıların
da fəaliyyətinə
yer verilməli və onların da burada yer
alması çox vacibdir.
Biz uzun illərdir
ki, rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti
diaspor alimlərinin təşkilatlanması və
fərqli qlobal həllər naminə səfər edilməsi təşəbbüsünü irəli sürüb. Təbii ki,
bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti
ortadadır. Komitə dünyanın
fərqli ölkələrində
yaşayan alimləri həm milli, həm də qlobal mövzularda səfərbər edir, onları birləşdirir,
bunlar müsbət hallardır”-deyə İ.Orucov qeyd etdi.
“Bildiyim qədər, bununla əlaqədar Dövlət Komitəsinin
tədbirlər planı
var”
Cəmiyyət sədirinin sözlərinə
görə, bütövlükdə
diaspor alimlərinin eyni zamanda COP29-a müsbət töhfələri
ola bilər.
Ona görə də COP29 proseslərinə,
keçiriləcək tədbirlərə
dəstək vermələri
baxımından diaspor
alimlərinin bu işə cəlb edilməsi vacibdir. “Bildiyim
qədər bununla əlaqədar Dövlət
Komitəsinin tədbirlər
planı var, onların reallaşdıracağı
tədbirlər var.
Çox istərdim ki, diaspor alimlərinin forumunun keçirilməsi
təşəbbüsünü irəli sürən təşkilat olan bu sırada bizim təşkilatımız
da yer alsın. Nəzərə alsaq ki, dünya
alimlərinin ən böyük tədbirlərinin
təşkilatçılığını
məhz bizim təşkilat edib. Hesab edirəm ki, bu işlərə də töhfə verə biləcəyik.
Xaricdə yaşayan, fəaliyyət
göstərən çox
nüfuzlu azərbaycanlı
alimlər var. Onlar beynəlxalq səviyyədə
tanınırlar, böyük
nüfuza malikdirlər.
Ekologiya,
ətraf mühitin qorunması, müdafiəsi
təbii ki, qlobal mövzudur. Amma Azərbaycanın ev sahibliyi
edəcəyi bu tədbirdə təbii ki, elm adamları, tədqiqaçılar yer
almalıdır. Diaspor alimlərin
bu prosesdə iştirakı vacibdir”.
İ.Orucov hesab edir ki,
xaricdə yaşayan alimlərimiz, ekoloqlar, bioloqlar, riyaziyyatla, biomüxtəlifliklə, təbiət
elmləri və fundamnetal elmlərlə məşğul olan alimlər mütləq şəkildə bu prosesdə, bu tədbirdə yer almalıdırlar. İ.Orucov hesab edir ki,
onlar həm ölkəmiz, həm də bütün bəşəriyyət üçün
çox böyük aktuallıq kəsb edən, çox vacib olan bu
məsələrlərin, insan
yaşayışının, insan sağlamlığının,
kainatın gələcək
taleyinin müzakirə
olunacağı bu platformada öz fikir və ideyaları
ilə böyük töhfələr verə
bilərlər.
İ.Orucovun fikrincə, bu prosesdə diasporun, diaspor alimlərinin iştirakı, təmsilçiliyi
bütün mənalarda
müsbət nəticələr
verə bilər...
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 18 iyul, ¹
108.- S.8.