COP29 - dövlət qərarı həm də ictimai iradəni əks etdirir...

 

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  keçiriləcək. Ölkəmizdə belə nüfuzlu bir tədbirin keçirilməsi, sözsüz ki, Azərbaycanın dünyadakı çəkisi, yeri ilə bağlıdır. Bir sözlə, dünya Azərbaycana etibar edir və digər beynəlxalq tədbirlər kimi, bu tədbirə də uğurla ev sahibliyi edəcəyinə qətiyyətlə inanır.

 

Qeyd edək ki, COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının  (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. 

 

2023-cü il, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısı çıxışında bildirirdi: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

 

Prezident İlham Əliyevin 13 yanvar 2024-cü il tarixli sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

 

COP29-a ictimai dəstək...

 

Bildiyimiz kimi, ölkəmizin hər bir sferasında COP29-la bağlı ciddi hazırlıq işləri həyata keçirilir. Bu işlər həm dövlət qurumları, həm QHT-lər səviyyəsində görülür, ictimaiyyətin də bu məsələdə dövlətlə həmrəy olduğu şübhəsizdir.

 

Qeyd etdiyimiz kimi, COP29-un ölkəmizdə keçirilməsinə  ictimai maraq da böyükdür və müxtəlif ictimai təşkilatlar, QHT-lər də aktivlik  göstərirlər. COP29-la bağlı dövlət və ictimai maraqları uzlaşır.

 

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar açıqlandıqdan sonra QHT-lər bunu yüksək dəyərləndirdilər. Məsələn, hələ keçən il QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin əvvəlində COP29-la bağlı xüsusi qrant müsabiqəsi elan edəcəyini açıqladı. Sözsüz ki, bu da QHT-lərin prosesə daha aktiv qoşulmasına, “yaşıl enerji”yə keçidlə bağlı layihələr işləyib hazırlamasına stimul verdi.  Əksər ekspertlər hesab edir ki, ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirməsi üçün dövlət qurumları da, QHT-lər də, ictimaiyyət də səfərbər olunub. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə qazanılan uğurların COP29-da da təkrarlanacağını deyən ekspertlərin fikrincə, bu sessiya çərçivəsində qlobal dünyanı narahat edən iqlim dəyişiklikləri ilə mübarizə sahəsində mühüm addımlar atılacaq. Ekspertlərə görə, COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir.

 

COP29 tədbirlərinə hazırlıq çərçivəsində QHT-lər müxtəlif maarifləndirici tədbirlər keçirir, geniş ictimaiyyətlə görüşlər təşkil edirlər. Bu tədbirlərin əsas məqsədi dövlətin həyata keçirdiyi bu mühüm işə yaxından dəstək verməkdir. 

 

Ölkə QHT-ləri ilin əvvəlindən müxtəlif tədbir və konfranslar keçirirbu ideyanın cəmiyyətdə yayılmasına, dəstəklənməsinə təkan verir.

 

Vətəndaş cəmiyyəti bu sahədə nə edə bilər...

 

Bu ilin yanvarında  Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfransın da məqsədi bu olub. Sözügedən konfransda iştirak edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər Azərbaycanda Vətəndaş Cəmiyyəti nümayəndələri bir çox ekoloji təşəbbüslərdə ciddi fəallıq nümayiş etdiriblər.Sevindirici haldır ki, bu il Azərbaycan möhtəşəm bir ekoloji tədbirə ev sahibliyi edəcək. Agentlik də COP29 Təşkilat Komitəsində Vətəndaş Cəmiyyəti adından təmsil olunur. Əminəm ki, bu il Azərbaycan Vətəndaş Cəmiyyəti ekoloji sahədə təşəbbüslərə xüsusi diqqət ayıracaq”.

 

Aygün Əliyeva həmçinin qeyd edib ki, QHT Agentliyi də 2024-cü il qrant müsabiqəsində ekoloji mövzuları 5 prioritet sahədən biri olaraq təqdim edib. “Bu il ekoloji təşəbbüslərdə QHT –lərin hər birinin aktiv iştirakını gözləyirik”-deyə o, qeyd edirdi.

 

QHT-lər bu tədbirə necə hazırlaşır?

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsində təmsil olunan QHT-lərlə, o cümlədən ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlərlə görüş keçirilib.

 

Vevralın 24-də baş tutan görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı Azərbaycan QHT-lərindən olan gözləntilər diqqətə çatdırılıb, onların COP29-da fəal şəkildə iştirakı üçün zəruri məsələlər müzakirə edilib. Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar, ən fəal vətəndaş cəmiyyəti təsisatlarının yüksək səviyyədə təmsilçiliyi Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın parlaq nümunəsidir.

 

Görüşdə COP29-la əlaqədar müvafiq Təşkilat Komitəsinin üzvləri – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “EkoSferaSosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva, Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hubİctimai Birliyinin sədri Məryəm Məcidova, həmçinin ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlər, o cümlədən İsa Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və digər şəxslər iştirak ediblər. Bu xəbərdən də aydın olur ki, QHT-lər, vətəndaş cəmiyyəti institutu bu məsələdə dövlətə dəstək verir.

 

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin İnkişafDiplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə aparıcı vətəndaş cəmiyyətinin nümayəndələri üçün keçirilən “İqlim Dəyişmələri və COP” mövzusunda təlimdə vacib mövzulara toxunuldu. Bunlardan texnogen iqlim dəyişikliyi, iqlim dəyişikliyi üzrə hökumətlərarası panel, milli uyğunlaşma platforması və sair mövzularda təlimlər keçirildi”.

 

Bu fikirləri isə mayın 5-də Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib.

 

Yerli QHT-lərin COP29-a aktiv hazırlaşdığı və bu sahədə konkret işlər görüldüyü məlumdur.

 

İnanırıq ki, COP29 da Azərbaycanda uğurla baş tutacaqiqlim dəyişikliyi, ekoloji problemlərlə bağlı bir sıra məsələlərin həlli ilə bağlı mühüm qərarlar qəbul ediləcək. Eyni zamanda QHT-lərin yaşıllaşdırma prosesinə daha aktiv şəkildə qoşulacağına ümid edirik. Çünki bu sahədə vətəndaş cəmiyyəti institutu daha böyük işlər görə,   başlıcası isə maarifçilik hərəkatına öncüllük edə bilər...

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 1-3 iyun, ¹ 95.- S.8.