Şuşa Elektrik... Mərkəzində mühüm texnoloji yenilik...

 

 

Müasir texnologiyalar sırasında “yaşıl texnologiya”nın, onun həyatımızda, sosial dünyamızda oynadığı rol bir başqadır. Son dövrlər “yaşıl texnologiyalar” və innovasiyalar barədə çox danışılır, onun tətbiq edildiyi sahələrdə baş verən inkişaf təhlil edilir.

 

“Yaşıl texnologiyalar” və innovasiyalar planetə mənfi təsirləri azaltmağa, davamlılığı təşviq etməyə yönəlmiş ekoloji cəhətdən təmiz həllərin işlənib hazırlanmasına və tətbiqinə aiddir.

 

Azərbaycanda “yaşıl texnologiya”ların tətbiqi...

 

Bu gün dünyada olduğu kimi, Azərbaycanda da müxtəlif sahələrdə yaşıl texnologiyadaninnovasiyalardan istifadə olunur. 

 

Ekspertlərin yazdıqlarına görə, “yaşıl texnologiya”, əsasən zərərli tullantıların qarşısını almaqya alternativ yollar taparaq problemin ortadan qaldırılmasına xidmət edir. Qeyd olunur ki, bu işlərin ərsəyə gəlməsi üçün texnologiyanın daha da inkişaf etdirilməsinə səy göstərmək, gəncləri bu işlərə cəlb etmək və mütəmadi şəkildə insanları bununla bağlı məlumatlandırmaq lazımdır. Ekspertlər qeyd edir ki, kənd təsərrüfatının da “yaşıl texnologiyalar” əsasında inkişafına önəm verilməli, ərzaq itkiləri minimuma endirilməli və məhsuldarlığı artırmaq üçün müvafiq işlər görülməlidir. Ayrı-ayrı sahələr üzrə istifadə edilən avadanlıqların daha yeniləri ilə əvəz edilməsi və günəş panellərinə üstünlük verilməsi məqsədəuyğundur. “Yaşıl texnologiyalara isə elektron enerji ilə çalışan maşınları, fotovoltaiklər yolu ilə təbii işığın enerjisini birbaşa elektrik enerjisinə çevirən günəş hüceyrələrini nümunə göstərmək olar. Günəş enerjisindən elektrik enerjisi istehsalı, daha az fosil yanacaq istehlakına, eyni zamanda çirklənmənin və istixana qazı tullantılarının azalmasına imkan verir.

 

“Azərbaycan gündən-günə inkişaf edir və sürətlə yenilənir. Hətta, bir sıra istiqamətlərdə dünyadaregionda lider qismində çıxış edir. Əldə etdiyimiz bu nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi məlumatlarında da öz əksini tapıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl texnologiya”ların tətbiqini və enerji səmərəliliyini təmin etmək məqsədilə işçi qrupu yaradılmışdır. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli sərəncamı ilə qəbul edilmişdir. Azərbaycan Respublikası sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu mərhələdə yaşıl texnologiyaların inkişafına üstünlük verərək ekoloji çirklənmənin qarşısını almaq kimi mühüm məsələlər də öz həllini gözləyir. Azərbaycan Respublikası ərazisində “Yaşıl” kənd və ya "Ağıllı" kənd, həmçinin Qarabağda "Ağıllı" şəhər və kəndlərin salınması isə bu sahədə əsası qoyulmuş ən böyük işlərdəndir. Qarabağ bölgəsində qurulan "ağıllı" şəhər və kəndlər ətraf qonşularımıza da nümunədir. Bu da beynəlxalq arenada "ağıllı şəhər"lərin tətbiqi üçün bünövrə ola bilər. Bununla yanaşı, ölkədə ASAN xidmətin nəzdində yaradılmış "Yaşıl" ASAN da bir sıra önəmli işlər görməyə davam edir”. Bu fikirlər mediada yer alıb.

 

Qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilməsi yaşıl texnolojiyanın perespektivinin yüksək olduğunu göstərir. Bir sözlə,  azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilməsi bu sahədə inkişafı şərtləndirən amillərdəndir.

 

 Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi...

 

Keçən il mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışı oldu. Məlumata görə,  Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb.

 

Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular da mövcuddur. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.

 

Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçüləmə işlərinin aparılması təmin edilib. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilib. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılıb. Bundan başqa, enerji itkiləri 3-3,5 faizədək azaldılır, işçi qüvvəsi, mal-materialistismar xərclərinə 60 faizədək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilib.

 

Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, Nöqtə Buludu texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunub. Bundan əlavə, Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq. Məlumata görə, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir. Belə ki, burada quraşdırılan xüsusi monitorlar vasitəsilə Rəqəmsal İdarəetmə Mərkəzinin, rəqəmsal yarımstansiyanın, 3D mobil xəritə və Rəqəmsal Əkiz modelin, Kompozit dayaqların, optik lifli güc kabelləri ilə qurulan 35/0,4 kV şəbəkə modelinin, Yeni Yaşma Külək Enerji Stansiyasının, mikro-fotovoltaik stansiyaların, elektron xidmətlərin, SCADA sisteminin, bərpaolunan enerji mənbələrinin, qabaqcıl ölçmə infrastrukturun, Şəbəkələrin Dron Monitorinq Sisteminin, müasir 0,4 kV-luq DispetçerSmart Sayğac oxuma sistemlərinin interaktiv rejimdə izlənməsinə imkan yaranır.

 

“Yaşıl texnologiyaonlayn platforması

 

Azərbaycanda Dünya Bankı QrupununBusiness Ready” hesabatı üzrə “yaşıl texnologiyaonlayn platforması yaradılacaq. Bu hesabatın “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

 

Məlumata görə, “yaşıl texnologiyaonlayn bazarlarının yaradılması məqsədilə cari il ərzində müvafiq sənəd hazırlanaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əqli Mülkiyyət Agentliyiİqtisadiyyat Nazirliyi yanında Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməlidir.

 

Gördüyümüz kimi yeni texnologiyalar sırasına “yaşıl texnologiya” artıq öz yerini tutub, o informasiyakommunikasiya texnologiyalarının vacib elementinə çevrilib. Odur ki, həyatımızı “yaşıl texnolgiyasız” təsəvvür etmək çətindir...

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 14 iyun, ¹ 104.- S.8.