Tolerant
mühit COP29-un hədəflərinin
tam icrasında vacib şərtdir...
Azərbaycan bugünkü inkişafı
ilə, siyasi, iqtisadi, hərbi, mədəni və sair istiqamətlər üzrə əldə etdiyi nəticələrə
görə bölgədə
və dünyada söz sahibi olan bir ölkəyə
çevrilib.
Azərbaycan dünyada tolerant və multikultural dəyərlərə
malik dövlət kimi də tanınır. Ölkəmizdə beynəlxalq tədbirlərin
təşkili Azərbaycan
dövlətinin sülhsevər
olduğunu və multikulturalizm siyasətini bir daha dünya
ictimaiyyətinə təqdim
edir. Beynəlxalq miqyaslı tədbirlərin
keçirilməsi üçün
ölkəmizə olan
etimad Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın
beynəlxalq aləmdə
etibarlı tərəfdaş
kimi tanınmasının
göstəricisidir. Eyni zamanda,
bütün bu tədbirlər Azərbaycanın
gücünü, potensialını
və təşkilatçılıq
qabiliyyətini bir daha nümayiş etdirir.
Ölkəmizdə beynəlxalq tədbirlərin
təşkili multikulturalizm
siyasətimizi bir daha dünya ictimaiyyətinə təqdim
edir
Buna misala olaraq,
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası - COP29-un Azərbaycanda
keçirilməsi, əlbəttə
ki, ölkəmizə
olan daha bir ehtiramın təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev qeyd edib ki, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçirilməsi ilə bağlı verilən bu qərar bütün dünya ölkələri tərəfindən
qəbul edilib və beləliklə, Azərbaycana
növbəti dəfə
böyük etimad və böyük hörmət göstərilib:
“Biz buna layiqik, biz apardığımız siyasət
nəticəsində dünya
miqyasında çox güclü mövqelərə
sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır
və biz bu hörməti öz əməlimizlə, işimizlə,
siyasətimizlə qazanmışıq.
Bizim müstəqil siyasətimiz,
prinsipial mövqeyimiz,
beynəlxalq hüquqa
bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə
ərazisində suverenliyin
bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.
Ölkə səsləndirdiyi fikirlər
və dünya ölkələrinə verdiyi
mesajlar onu deməyə əsas verir ki, Azərbaycanın
dünyanın ən böyük və mühüm dövlətlərarası
tədbirlərindən biri
olan COP29-a 2024-cü ildə
ev sahibliyi
etməsi ölkəmizin
növbəti təntənəli
qələbəsidir.
Həm də Bakı üçün haqq səsini çatdıran qlobal tribuna olacaq
Azərbaycanın müstəqillik əldə
etməsindən sonra uzun bir dövr
ərzində iri platformalara çıxışının
olmaması, yaxud bu tribunalara çıxışının qəsdən məhdudlaşdırılması
ciddi fəsadlara yol açıb, ölkəmiz əleyhinə
koalisiyalara rahat hərəkət etmək
imkanı verib. Lakin Prezident
İlham Əliyev artıq elə bir geosiyasi reallıqlar
yaradıb ki, indi Azərbaycanın nəinki qlobal arenaya çıxış
imkanını təmin
edib, üstəlik, özü belə platformanın təşkilatçısıdır.
O cümlədən də
COP29-a məhz ölkəmizin e vsahibliyi etməsi Azərbaycana beynəlxalq ictimaiyyətin
böyük etimadı
olmaqla yanaşı, həm də Bakıya haqq səsini çatdırmaq
üçün qlobal
tribuna olacaq.
COP29-un miqyasını nəzərə alsaq, bu, Azərbaycan üçün böyük
fürsətdir. Xüsusən nəzərə alsaq ki, bu,
azarkeş kütləsinin,
yaxud musiqi həvəskarlarının axın
etdiyi tədbir deyil. Bakıya gələcək on minlərlə insan ilk dəfə Azərbaycanda olacaq və bu insanlar ölkəmiz
barədə reallıqları
birbaşa öyrənəcək.
Bu isə bizə qərəzli olan təşviqat
maşınının iflası
deməkdir.
İştirak edənlər həm
də bu dəyərlərin ölkəmizdə
necə qorunduğuna şahidlik edəcəklər
Azərbaycan ümumbəşəri dəyərlərə
sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq
və bu məqsədlə qarşılıqlı
fəaliyyət göstərməyi
hədəf kimi müəyyən etmiş
dövlətdir.
Forumun digər uğuru regionun əsas problemi olmuş, Azərbaycan-Ermənistan münasibətləri
barədə qlobal auditoriyanı reallıqla səhih formada tanış etmək imkanına çevrilməsi olub. Məlumdur ki, Azərbaycanın mövqeyi kifayət qədər şəffafdır
və beynəlxalq hüquqla uzlaşır.
Dünyada geosiyasi vəziyyət gərginləşdikcə, insanların,
eləcə də dövlətlərin, dinlər
və millətlər
arasında tolerant və
multikultural dəyərlərin
inkişaf etdirilməsinə
və qorunmasına ehtiyac daha da
artır. Çünki bütün bu
münaqişə və
müharibələrin kökündə
qarşılıqlı anlaşılmazlıqlar
və bir-birlərinə
qarşı dözümsüzlük
durur. Bunun qarşısının alınmasının yeganə
yolu isə dünyada birgə yaşayışın mükəmməl
forması olan, dini və milli
dözümlülüyü özündə ehtiva edən multikulturalizmi və tolerantlığı
təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Qərbin aparıcı dövlətlərinin
multikulturalizmdən imtina
etməsi fonunda Azərbaycan multikulturalizm modelinin dünyada nümunəvi birgəyaşayış
forması kimi qəbul olunması, ölkəmizin son illər
bu sahədə gördüyü qlobal işlərin nəticəsidir.
Azərbaycanda multikulturalizm dövlət
siyasətinin mühüm
istiqamətinə çevrildi.
Bu, sadəcə müəyyən dövrü
əhatə edən bir kampaniya deyil.
Bu gün Azərbaycanda
multikulturalizm dövlətimizin
milli-mənəvi, ümumbəşəri,
humanist dəyərlərə söykənən davamlı
və ardıcıl siyasətidir. Bu ideya dövlətin xarici siyasət kursunda da kifayət
qədər özünü
əks etdirir. Bakının ev
sahibliyi edəcəyi
tədbirdə iştirak
edənlər həm də bu dəyərləri
ölkəmizdə necə
qorunduğuna şahidlik
edəcəklər.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2024.- 21 iyun,
¹ 108.- S.8.