Qrant layihələri elmin inkişafı...

 

 

Azərbaycanda elmin inkişafı dövlətin əsas hədəflərindən biridir dövlət tərəfindən bu istiqamətdə proqramlar qəbul edilir, qrant müsabiqələri élan edilir. Bu dövlət proqramlarından qrant layihələrindən əldə edilən elmi nailiyyətlər diqqət doğurur.

 

Sirr deyil ki, Azərbaycan dövləti elmin inkişafında maraqlıdır bu sahəyə xüsusi diqqət göstərir. Ekspertlər hesab edirlər ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Əlbəttə, dövlət elmə bu qədər diqqət göstərirsə, elmin idarə edən qurumlar da dövlətin etimadını doğrultmaq üçün cəhdlər etməlidir.

 

Azərbaycanda elmin inkişafı həm dövlət siyasətinin prioritetlərindən biridir

 

Azərbaycan Gənc Alim, Doktorant Magistrlər Cəmiyyətinin sədri İlqar OrucovBakı-Xəbər”ə şərhindəHər bir dövlətin inkişafında elmin yeri rolu düzgün müəyyənləşdirilməlidir. Hesab edirəm ki, Azərbaycanda elmin inkişafı həm dövlət siyasətinin prioritetlərindən biridir. Baxmayaraq ki, Azərbaycanda elmin inkişafı ilə bağlı  biz çox da yüksək nəticələr ortaya qoya bilmirik. Amma hesab edirəm ki, nəticələr var. Təbii ki, bu istiqamətdə işlərin görülməsi qeyd etdiyim kimi, dövlətin ali rəhbərliyinin diqqətindədir. Bu yöndə zaman-zaman qərarlar qəbul olunub, qəbul eidlən Milli Strategiyanın icrası başa çatıb. Eyni zamanda elmin inkişafı ilə bağlı konkret dövrü əhatə edən dövlət proqramları işlənib hazırlanıb həyata keçirilib. Bütün bunlar onu göstərir ki, dövlətimizin elmdən gözləntiləri böyükdür. Qeyd etdiyim kimi, Azərbaycan dövləti elmin inkişafını, elmin ən yüksək məqamda qərarlaşmasını dərk edir elmin inkişaf etdirilməsi naminə öz dəstəyini ifadə edir. Ümumikdə, həm elmin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Elmi-tədqiqat müəssisələrinin infrastrukturu yenilənib, eyni zamanda yeni elmi tədqiqatların aparılması üçün ən müasir avadanlıqlar alınıb istifadəyə verilib. Həmçinin bura alimlərin sosial müdafiəsinin gücləndiriılməsi daxil edə bilərik. Təbii, biz görürük ki, elm adamlarının dövlətdən qayğı baxımından gözləntiləri çoxdur, eyni zamanda dövlətin elmdən gözləntiləri var. Düşünürəm ki, bu gözləntilər qarşılıqlı olmalıdır. Biz hər zaman Azərbaycan dövlətinin büdcəsi hesabına elmlə məşğul olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlərin görüldüyünü müşahidə edirik. Bu tədbirlər davamlıdır, bundan sonra da olacaq”.

 

“Bu da effektivliyin artmasına gətirib çıxarır

 

İ.Orucovun sözlərinə görə, bütövlükdə Azərbaycanda elmin idarə olunması ilə bağlı yeni qərarlar qəbul olunub.Bilirsiz ki, əvvəllər Azərbaycanda elm elmi texniki siyasəti həyata keçirən mərkəzi ali dövlət təşkilatı funksiyasını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirirdi. Bir neçə il əvvəl bu funksiya cənab Prezidentin fərmanı ilə yaradılmış Elm Təhsil Nazirliyinə həvalə edildi. Düşünürəm ki, bu çox mühüm məqamlıardan biridir. Çünki biz inkişaf etmiş ölkələrdə görürük ki, elm təhsil bütövlükdə vahid mərkəzdən idarə olunur. Bu da effektivliyin artmasına gətirib çıxarır. Digər tərəfdə, bizdə universitet eilminin inkişafı istiqamətində müəyyən işlər görülür. Elm Təhsil Nazirliyində aidiyyəti üzrə strukturlaşma nəticəsində elmin idarə olunması ilə bağlı ayrıca bir agentlik yaradılıb. Düzüdr, hələ ki, onun ilkin nəticələrini görmürük. Çünki ümumilikdə elmlə bağlı nəticələr qısa müddətli perspektivdə mövcud   olmur. Bu başa düşüləndir. Düşünürəm ki, bu ümumi strukturlaşma, eyni zamanda idarəetmə səmərəliliklə bağlı qəbul edilən qərarlar əlbəttə, yaxın perspektivdə Azərbaycan elminin idarə olunması ilə əalqədar yenilikləri özündə birləşdirməklə elmin inkişafına töhfəsini verəcək”.

 

“Bu işlərdə elm adamları öz sözlərini deməlidirlər

 

İ.Orucov həm qrant layihələrinə toxundu bildirdi ki, ölkə başçısı Azərbaycanda Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı iradə ortaya qoyub.Cənab Prezidnetin təşəbbüsü ilə Azərbaycanda Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb, artıq bu fond hüquqi şəxs statusunda fəaliyyət göstərir, yeni idarəetmə mexanizmi bu fondda tətbiq olunur. Bu fond müəyyən elmi layihələrin maliyyələşməsini həyata keçirir. Əlbəttə, biz hər zaman elmi layihələrin maliyyələşməsi məsələsinin genişləndirilməsi barədə fikirlərimizi ifadə edirik. Bu çox vacibdir. Bütövlükdə elmi müəssisələrin ali təhsil ocaqlarının bu qrantlara çıxış imkanları genişləndirilməlidir. Müxtəlif sahələri təmsil edən alimlərin qrant layihələrində iştirakı vacibdir. Amma Azərbaycan alimlərinin qrant layihələrində iştirakı həqiqətən qənaətbəxş deyil. Hətta beynəlxalq qrant layihələrində Azərbaycanın iştirakı, yeri rolu çox zəifdir. Hesab edirəm ki, bu istiqamətdə işləri gücləndirmək lazımdır. Əlbəttə, bunun səbəbləri var o səbəbləri araşdırıb onları aradan qaldırmaq, buna dövlət dəstəyini artırmaq çox vacibdir. Çünki bu dövlətin dəstəyi ilə ola biləcək məsələdir.

 

Azərbaycan qalib dövlətdir. Qalib dövlətin inkişafında elm təhsilin, eyni zamanda yeni texnologiyaların tətbiqi, inkişafı, onların töhfəsi vacibdir. Biz son illərdə  texnoloji yeniliklərlə bağlı Azərbaycanda həyata keçirilən bir çox işlərin şahidiyik. Düşünürəm ki, bu işlərdə elm adamları öz sözlərini deməlidirlər. Azərbaycanda texnoloji festivallar keçirilir. Bu festivallarınsasında innovasiyalar, yeniliklər, elmi bilik məhsulu dayanır. Təəssüf edirəm ki, Azərbaycan elmi bu proseslərin fövqündə dura bilmir”.

 

Mütəxəssis hesab edir Elm Təhsil Nazirli Milli Elmlər Akadmemiyası birlikdə dövlətin elmdən gözləntilərini həyata keçirəcək, elmin inkişafına nail olunacaq. O, qeyd etdi ki, Elmlər Akademiyasında humanitar ictimai elmlərlə məşğul olan institutlar fəaliyyət göstərirlər: “Düşünürəm ki, onların da yaxşı elmi nailiyyətləri, elmi tədqiqatları var. Mən vaxtaşırı Akademiyanın elmi tədbirlərində iştirak edirəm, görürəm ki, bu qurumdakı rəhbər dəyişikliyindən sonra institutların fəaliyyətində müsbətə doğru dəyişikliklər var. Sanki ora yeni nəfəs gəlib. Bu baxımdan, ümid edirəm ki, Elm Təhsil Nazirliyi üzərinə düşən işləri vəzifələri düzgün başa düşür bu sahədə işlər görür. Əlbəttə, gözləntilər var. Baxmayaraq ki, nazirliyinə elmin idarə olunmasının həvalə edilməsi böyük müddət deyil. Ümid edirəm ki, biz zamanı düzgün qiymətləndirməyi bacaracağıq, elmin idarə olunması, elmin maliyyələşməsi, ümumilkdə hansı elmi istiqamətlər üzrə tədqiaatların aparılması zərururətini ortaya qoya, elmi-tədqiqat institutlarında effektivliyi təmin edə biləcəyik. Çox istərdim ki, ali təhsil müəssisələri o yeniliklərə açıq olsunlar. Onlar da elmi-tədqiqat mühiti düzgün formalaşsın. Hesab edirəm ki, biz Azərbaycan dövlətinin uğurlu gələcəyi ilə bağlı həm elmi tədqiqatların istiqamətlərinə yenidən nəzər salmalıyıq, mövcud olan o yanaşmaların hamısını dəyişməliyik. Bu çox vacibdir. Tam səmimi qeyd edirəm ki, bizim elmi tədqiqat müəssisələrimizdə bir-birini təkrarlayan çoxlu sayda mövzular var, eyni zamanda strateji əhəmiyyəti olmayan köhnəlmiş mövzular mövcuddur. Eyni zamanda elmi işçilərin fəaliyyətindəki durğunluğun aradan qaldırılması çox vacibdir. Bu gün biz bu gün düzgün attestasiya aparsaq elmi tədqiqat müəssisələrində fəaliyyət göstərən on minlərlə elmi işçidən çox az sayda işçini fərqləndirə bilərik. Çünki onların çoxu ayrı-ayrı işlərlə məşğuldurlar” - deyə İ.Orucov qeyd etdi.

 

O, bütövlükdə vurğuladı ki, elmin inkişafı üçün dövlət bütün imkanları yaradıb elm müəssisələri yeni çağrışlara uyğun şəkildə işlərini qurmalıdırlar.

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 22-24 iyun, ¹ 107.- S.8.