“Yaşıl keçid"
dövründə ekoloji yönümlü
vətəndaş qurumlarının rolu...
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyi ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizə strategiyasını nümayiş etdirir.
Azərbaycan ekoloji problemlərin həllinə, ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir, bu istiqamətdə davamlı tədbirlər görülür. Yaşıl texnologiyalara, innovasiyaların tətbiqinə, enerji səmərəliliyinə və ekoloji cəhətdən təmiz təcrübələrə sərmayə qoyulması və onların təşviqi ətraf mühitin qorunmasına öz töhfəsini verir. Ölkənin istixana qazlarının tullantılarını azaltmaq səyləri, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməsi, azad olunan ərazilərin “yaşıl zona”ya çevirilməsi müsbət addımlar kimi qiymətləndirilə bilər. Beynəlxalq sazişlərdə və əməkdaşlıqlarda fəal iştirak iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə sadiqliyi əks etdirir. Bu baxımdan Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə mühüm töhfə verəcək.
80 minə qədər nümayəndənin iştirak edəcəyi COP29 tədbiri Azərbaycanın ekoloji məsələlərdə əldə etdiyi naliyyətlərin nümayişi ilə yanaşı, Ermənistanın işğal dövründə Qarabağda törətdiyi ekoloji soyqırımla bağlı bütün dünyanı məlumatlandırmaq üçün mühüm formatdır. Ermənilər 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələrimizi qırıb, nadir və qiymətli ağac növlərini məhv edib, çaylarımızı zərərli tullantılarla çirkləndirib, su anbarlarımızı dağıdıb, biomüxtəlifliyə, təbiət abidələrimizə böyük zərbə vurub. COP29 tədbiri həm də bu həqiqətləri dünyaya yayacaq.
Bu miqyasda olan tədbir həm də QHT-lər üçün geniş əməkdaşlıq imkanları açır
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin COP29 Təşkilat Komitəsində təmsil olunması vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakına yol açacaq. Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilən çoxsaylı beynəlxalq tədbirləri və ekoloji məsələlərlə bağlı icra edilən uğurlu layihələri nəzərə alsaq, Qeyri-Hökumət Təşkilatları Azərbaycanda keçiriləcək COP29 tədbirinə mühüm töhfə verəcək. Vətəndaş cəmiyyəti üzvlərinin dəstəyilə ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımlar atılacaq, qarşıya qoyulan hədəflərə uğurla nail olunacaq. Bu miqyasda olan tədbir həm də QHT-lər üçün geniş əməkdaşlıq imkanları açır. Dünyanın hər yerindən ekspertlərin və maraqlı tərəflərin bir araya gəlməsi vətəndaş cəmiyyəti üzvlərinin beynəlxalq əməkdaşlığı inkişaf etdirməsinə, bilik və təcrübə mübadiləsi aparmasına, beynəlxalq təşkilatlarla tərəfdaşlıq qurmasına kömək edəcək. Ona görə də, ictimai birliklər bu konfransdan mühüm əməkdaşlıq platforması kimi yararlana biləcəklər.
COP29-la bağlı xüsusi qrant elan ediləcək
Görünən budur ki, ölkəmizin
vətəndaş cəmiyyətinin
təmsilçiləri bu
möhtəbər tədbirə
ciddi hazırlaşır. Bir müddət əvvəl Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyinin təşkilatçılığı
ilə “COP29: gözləntilər,
perspektivlər” mövzusunda
QHT-lərin ictimai müzakirəsi keçirilib.
Agentliyin
İcraçı direktoru
Aygün Əliyeva
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb. A.Əliyeva Agentliyin 2024-cü ilin əvvəlində “COP29”la bağlı
xüsusi qrant elan edəcəyini də açıqlayıb.
Tədbirdə COP28-də iştirak etmiş QHT sədrləri də öz mülahizələrini
bölüşüb. “Yaşıl
Tikinti Şurası”nın həmtəsisçisi
və rəhbəri
Guy Eames bildirib ki,
“COP29”un Bakıda keçirilməsi
Azərbaycanın yaşıl
enerji siyasətinə
qlobal dəstəyi nümayiş etdirir.
Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul edib.
ADA universitetində 100-ə yaxın
QHT nümayəndəsi üçün
təlim keçirilib
Fevralın 26-da QHT-lərə Dövlət
Dəstəyi Agentliyində
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən
COP29, Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu sessiyası və
Paris Sazişinin Tərəflər
Görüşünün 6-cı sessiyasının keçirilməsi
ilə əlaqədar
yaradılmış Təşkilat
Komitəsində təmsil
olunan QHT-lərlə,
o cümlədən ekoloji
profil üzrə fəaliyyət göstərən
bir sıra ekspertlərlə görüş
keçirilib. Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası ilə
bağlı Azərbaycan
QHT-lərindən olan
gözləntilər diqqətə
çatdırılıb, onların
COP29-da fəal şəkildə
iştirakı üçün
zəruri məsələlər
müzakirə edilib.
Görünən budur ki, Azərbaycanda yüksək
səviyyədə keçiriləcək
bu tədbirə cəmiyyətimizin bütün
sektorlarının hazır olması və töhfə vermələri
zəruridir. Bu baxımdan QHT –lər də bu istiqamətdə
öz bilik və bacarıqlarını
artırmaqla həmin beynəlxalq tədbirə
hazırlanmalıdırlar. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyi tərəfindən
ADA universitetində 100-ə yaxın QHT nümayəndəsi
üçün təlim
keçirilib. QHT –lər
biliklərini yeniləmək
və artırmaqla noyabr ayına kimi bu sahəyə-
müxtəlif layihələrin
icrasında, müxtəlif
tədbirlərin təşkilində
öz töhfələrini
verə bilərlər.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2024.- 28-29
may, № 92.- S.8.