Dünya mediasını COP-a toplayan
şərait - söz
azadlığı...
Söz azadlığı
dünyada bəlkə
də ən əvəzolunmaz nemətlərdən
biridir. İnsan hüquq və
azadlıqlarının ayrılmaz
hissəsi olan söz, fikir və məlumat azadlığı və bunların təminatı hər bir ölkədə
demokratiyanın nə
dərəcədə uğurlu
inkişaf etdiyini göstərir.
Kütləvi informasiya vasitələri
- qəzetlər, jurnallar,
teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm
formada yayıldığı
digər vasitələr
cəmiyyətin inkişafına
ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən
siyasi sistemin tərkib hissəsidir. Azərbaycan mətbuatı
milli və bəşəri dəyərləri
rəhbər tutaraq demokratiya və aşkarlığın mühüm
vasitəsi kimi xalqımıza müstəsna
xidmətlər göstərir.
Ölkədə azad söz, fikir plüralizmi təmin edilir
Ümumən, mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü
cəmiyyətin bütün
həqiqətlərini özündə
əks etdirir. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət
etməsi isə bu güzgünün şəffaflığını, nəticədə cəmiyyətin
fikir, söz və məlumat azadlığını şərtləndirir.
Plüralist cəmiyyətin yetişməsi
üçün fikir,
söz, məlumat azadlığı kimi insan azadlıqlarının
nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki
daim tərəqqiyə
can atan insanın fikir, söz, məlumat azadlığı
olmadan tərəqqiyə
nail olması qeyri-mümkündür.
Azərbaycanda fikir, söz
və məlumat azadlığı, siyasi plüralizmin qorunub-saxlanılması,
bu prinsiplərin, normaların daha da inkişaf etdirilməsi günümüzdə
də öz aktuallığını qoruyub-saxlayır.
Azad media azad sözün,
insan hüquqları və azadlıqlarının
qoruyucusu rolunda çıxış edir.
Söz, fikir, düşüncə
və media azadlığı,
onun məğzi yalnız cəmiyyət tərəfindən dərk
olunduğu zaman real fayda verir. Bütün sahələrdə olduğu
kimi, mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi
hiss edilir. Ölkədə azad söz, fikir plüralizmi təmin edilir, azad medianın, insan hüquq və azadlıqlarının
müdafiəsi demokratik
mexanizmlərinin mövcudluğunun
əsas şərtlərindən
biri kimi qəbul edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin
fəaliyyəti üçün
kifayət qədər
şərait, imkan yaradılır. Bu şərait özünü
dövlətin bu sahəyə, müstəqil
medianın inkişaf etdirilməsinə yönəlik
fəaliyyətində, atdığı
addımlarda biruzə
verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması,
onların fəaliyyəti,
söz, fikir azadlığının təmin
olunması üçün
bir zəmanətçi
rolunu oynayır.
Azərbaycanda azad medianın,
insan hüquq və azadlıqlarının
müdafiəsi demokratik
mexanizmlərinin mövcudluğunun
əsas şərtlərindən
biri kimi qəbul edilir.
70 mindən çox tədbir iştirakçısının
3618 nəfəri media mənsubudur
Məlum olduğu kimi, noyabrın 11-də Azərbaycanda
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) işinə
başlayıb. Tərəflər Konfransının 29-cu sessiyasının tədbirləri
noyabrın 22-dək davam
edəcək. Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi
açılış mərasimi
olub. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı
baş tutub. Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli
seqmentində rəsmi
bəyanatlarla çıxış
ediblər. COP29 hazırda dünyanın diqqət mərkəzində
duran əsas hadisələr sırasındadır.
Beynəlxalq tədbiri öz
mətbu orqanlarında
işıqlandırmaq üçün
dünyanın əksər
ölkələrinin media qurumlarının
təmsilçiləri Bakı
şəhərindədir və
70 mindən çox tədbir iştirakçısının
3618 nəfəri media mənsubudur.
COP29-a olan böyük maraq, çoxsaylı dünya mediasının akkreditasiyadan
keçməsi, tədbiri
işıqlandırması həm də Azərbaycanda söz və mətbuat azadlığına verilən
böyük qiymətin
göstəricisidir.
Xarici medianın COP29-u geniş işıqlandırması tədbirə
olan böyük marağın göstəricisidir
Sözügedən məsələni “Bakı-Xəbər”ə
şərh edən
media eksperti Yadigar Məmmədlinin fikrincə,
COP29 konfransı ən
yüksək səviyyədə
keçirilir: “Tədbirdə
müzakirə edilən
məsələlər aktuallığı
ilə seçilir. Çünki COP29-dan gözləntilər böyükdür. Dünyada artan
ekoloji problemlərin həlli bunu şərtləndirir. Ona görə
ki, ekoloji problemlər təkcə bir ölkəyə təsir göstərmir, bütün dünya ölkələrinə təsir
edir. Necə deyərlər, ekoloji
fəsadlar təkcə
bir ölkə ilə məhdudlaşmayacaq.
Ona görə də ölkələr birgə
həll yolu tapmalıdır. O da COP-da qəbul
olunan qərarların
icra edilməsindən
keçir. Bütün bunlar
məsələnin bir
tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, doğurdanda bu konfrans dünya
və qlobal medianın diqqət mərkəzindədir. BBC və digər qlobal media orqanlarında Prezident İlham Əliyevin və Birləşmiş Millətlər
Təşkilatı sədrinin
çıxışları canlı yayımlandı.
Bununla yanaşı, minlərlə
yerli və xarici media nümayəndəsi
akkreditasiyadan keçərək
COP29-u işıqlandırır. Xarici medianın tədbiri geniş işıqlandırması
onu deməyə əsas verir ki, tədbirə maraq böyükdür.
Bu, həm də
ölkəmizə olan
münasibətdən irəli
gəlir. Bir belə
medianın tədbirdə
iştirak etməsi, ən xırda detalların təqdim edilməsi, canlı yayımların təşkil
olunması həm də onu göstərir
ki, Azərbaycan bu tədbirin timsalında mediaya böyük dəyər verir. Azərbaycan hətta ölkəmiz
barədə zaman-zaman
feyk məlumatlar yayan media orqanlarına da tədbirdə iştirak üçün
şərait yaradır.
Bu, həm də
onu göstərir ki, Azərbaycan dövləti media və söz azadlığına
sadiqdir. Burada əsas
mediaya olan münasibət ortaya qoyulur. Bu, bəzi
xarici media orqanlarında
Azərbaycan əleyhinə
səsləndirilən şər-böhtanların
puç olduğunu göstərir”.
Vidadi ORDAHALLI
Bakı xəbər.-16 noyabr.-S.8.