COP29 Azərbaycan gəncliyi üçünböyük sınaq oldu...

 

Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi əsas istiqamətlərdən biridir. Azərbaycanın ev sahibliyi ilə keçirilən hər bir tədbirdə gənclərimizin aktiv iştirakı və ölkəmizi layiqincə təmsil etməsi sözün həqiqi mənasında bir vətənpərvərlik işidir. 

 

Noyabrın 11-də Azərbaycanın ev sahibliyi ilə Bakıda öz işinə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) artıq başa çatıb. İki həftəyə yaxın davam edən COP tədbirlərində Azərbaycan gəncləri, xüsusən də tələbələr, könüllülər, müxtəlif təşkilatları təmsil edən gənclərimiz xüsusi fəallıq göstəriblər. İstər panel iclaslarında təşkil edilən müzakirələrdə, istərsə də təqdimatlarda gənclərin iştirakı yadda qalan olub. 

 

COP29 tədbirlərində gənclərimiz, gənclər təşkilatları  kütləvi şəkildə təmsil olundular. Azərbaycan gəncliyi həmişə olduğu kimi, bu dəfə də dövlətimizin gördüyü bu uğurlu və əhəmiyyətli işə böyük dəstək oldular.

 

COP-da Azərbaycan gənclərinin rolu...

 

Ekspertlər deyir ki, Azərbaycan gəncləri bu prosesə öz töhfələrini verməklə həm bir vətənpərvərlik nümunəsi sərgilədilər, həm qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə öz layihə ideyaları, fikirləri, təqdimatları ilə töhfələr verdilər. Bunu gənclərimizin həyatında həm bir sınaq mərhələsi olduğunu deyən ekspertlərə görə,   COP29 beynəlxalq miqyasda keçirilən bir tədbir kimi gənclər üçün əhəmiyyətlidir. Bu cür tədbirlərdə gənclərin iştirakı onların gələcək inkişafı baxımından son dərəcə əhəmiyyətlidir, həm onların öz potensiallarını üzə çıxarmaqlarına böyük köməkdir. 

 

Bildirək ki, bu cür iqyaslı beynəlxalq tədbirdə könüllülərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Onu da deyək ki, COP29-da könüllülərin, ümumilikdə, 17 şöbə üzrə 35 fərqli istiqamətdə fəaliyyət göstərməsi halının şahidi olduq. COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi qüvvəsi departamentinin Könüllülərlə sektorundan veürilən məlumata diqqət yetirsək burada könüllülərin prosesini qeyd edə bilərik. Məsələn, COP29 könüllüləri hava limanında qonaqların qarşılanması prosesindən onların transportla hotellərə yerləşdirilməsi, eləcə Bakı stadionunda dəstəyin göstərilməsinə qədər müxtəlif sahələrdə fəaliyyət göstəriblər. Bundan başqa könüllülər tək qonaqlara deyil, eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşlarına BMT nümayəndələrinə müvafiq işlərin icrasında da yaxından dəstək göstəriblər.

 

Rəsmilərin fikirlərinə görə, könüllülər bu  tədbirin təşkilati işlərinə cəlb olunaraq fərqli sahələrdə öz işinin peşəkarları ilə eyni komandalarda çalışmaq imkanı əldə ediblər.

 

COP29 Gənc Liderlik Forumu

COP29 start götürdüyü gündən bağlanış gününə qədər maraqlı hadisələrlə, müzakirə tqədimatlarla yadda qaldı. Noyabrın 11-də Bakıda COP29 çərçivəsində COP29 Gənc Liderlik Forumu keçirildi.  BMT-nin İqlim Dəyişikliyi Konfransının Gənc Danışıqçılar Akademiyasının (YNA) həyata keçirdiyi beynəlxalq münasibətlər, mətbuat, lobbiçilik s. kimi müxtəlif sahələrdə çalışan iqlim lideri gənclər bir araya gəldilər. Qeyd olunurdu ki, iqlim dəyişikliyi haqqında fikir mübadiləsi nəsillərarası əlaqəni həll etmək qlobal iqlim siyasətini formalaşdırmaq məqsədi daşıyır.

 

Forum çərçivəsində gənclərin öz səslərini harada, necə hansı şəkildə eşitdirə biləcəyi cəsarətli iqlim fəaliyyətində onların iştirakı kimi məsələlərə toxunuldu. YNA-nın vəkillik lideri Çarli Bevis bildirirdi ki, gənclər iqlim böhranı ilə maraqlanır təşkilat üçüncü ildir, COP-da iştirak edir.

 

Fələstin Gəncləri İqlim Danışıqlarının rəhbəri Məhəmməd Usrof deyib ki, gənclər COP-29-a ətraf mühitə, eyni zamanda insanlara zərər vuran qanunsuz fəaliyyətlərdən danışmaq üçün qatılıblar:

 

"Yaxın Şərqdə hədsiz dağıntılar baş verir. Gənclər Akademiyasının UNFCCC COP29-da əsas vəzifəsi insanlara çağırış edərək ətraf mühitə vurulan zərərləri azaltmağa cəlb etməkdir".

 

Noyabrın 12-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Yaşıl ZonadaGənclər İqlim fəaliyyətinin ön cəbhəsindəmövzusunda keçirilən konfrans öz əhəmiyyəti ilə seçildi.  Konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak etdilər.

 

Tədbirin əsas məqsədi Mərkəzi Asiya türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etmək idi.

 

COP29 tədbiri çərçivəsində noyabrın 13-də Bakıda Mərkəzi Asiya türk gənclərinin iqlim liderlərinin növbəti COP dialoqu keçirildi.

 

2024-cü ildə Azərbaycan, Türkiyə, Macarıstan beş Mərkəzi Asiya ölkəsindən olan gənclər ətraf mühit təhsili, yaşıl bacarıqlar gənclərin iqlim gündəliyində iştirakını genişləndirməklə bağlı tövsiyələrdən ibarət Gənclər Bəyannaməsi hazırlamaq üçün əməkdaşlıq ediblər. Bu tövsiyələr noyabrın 12-də COP29-da həmin 8 ölkənin hökumətləri tərəfindən imzalananİqlim Gündəliyində Uşaqlar Gənclərin Rolunun Gücləndirilməsi üzrə Qlobal Strategiya Çərçivəsi Dayanıqlı İnkişaf Prinsipləri (2024-2030)” sənədinə daxil edilib.

 

Tədbir yüksəksəviyyəli iştirakçılar, birinci xanımlar gənc liderlərin iştirakı ilə keçirildi. Seminar bu bölgələrdən olan gəncləri prosesə daha aktiv cəlb etməyi hədəfləyir. İştirakçılar COP29-da müzakirə edilən təşəbbüslərdən çıxış edərək, gələn il üçün potensial planları hazırlayacaqlar. Bu planları gənclərin ətraf mühitin qorunması iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində daha aktiv təsirli olmasını təmin etməyə yönəlib. Bu tədbir, həmçinin iqlim siyasətinin gələcəyini müəyyən etməkdə gənclərin daha böyük bir yer tutacağını onların təkliflərinin gələcəkdə tətbiq edilən strategiyaların əsas hissəsi olacağını göstərməkdədir.

 

Nəticədə bu cür beynəlxalq dialoqlar, xüsusilə gənclərin iştirakı ilə həyata keçirilən təşəbbüslər qlobal iqlim dəyişiklikləri ilə mübarizədə güclü davamlı nəticələrin əldə edilməsində böyük əhəmiyyət kəsb edir. Gənclərin iqlim gündəliyindəki rolu bu sahədəki töhfələri, gələcəkdə dünya səviyyəsində daha yaşıl davamlı cəmiyyətin qurulmasında əsas rol oynayacaq.

 

Biz gənclərin yaxından iştirakı, dəstəyi ilə keçirilən bir neçə tədbiri qeyd etməklə gənclərimizin bu istiqamətdə oynadığ rola diqqət çəkdik. Qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində Azərbaycan gəncliyi çox aktiv şəkildə öz fəaliyyətini təqdim etdi bundan sonra da fəaliyyətlərini davanm etdirəcəklər. Həm könüllülər, həm digər sahələrdə təmsil olunan gənclərimiz ekoloji layihələrdə yaxından iştirak edir. Bu il AzərbaycandaYaşıl dünya naminə həmrəylik ilielan edilməsi faktı da gənclərimizi bu istiqamətdə daha aktiv fəaliyyətini şərtləndirir. Təbii, COP29 da daxil olmaqla, bu kimi qlobal yerli miqyaslı tədbirlər Azərbaycan gəncliyi üçün bir sınaq meydanı oldu onlar bu meydanda özlərini milli mənlik şüuruna sahib vətənpərvər gənclər olaraq göstərdilər. Eyni zamanda sübut etdilər ki, onlar Azərbaycan gənci olaraq qlobal dünyanın çətin anlarında, sınaq dövründə çəkilib bir kənarda dayanmırlar bu sahədə öz töhfələrini verə bilirlər.

 

İradə SARIYEVA

Bakı xəbər.-2024.-26 noyabr.-S.8.