Qarabağda və
Şərqi Zəngəzurda 4 illik “İqtisadi Zəfərin” nəticələri...
Artıq 4 ildir ki, ərazilərimiz işğaldan azad edilib. 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdən keçən 4 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində misli görünməmiş layihələrin icrası davam etdirilir.
Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran və dağlıq hissəsi də daxil olmaqla, Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Bu müddət ərzində işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sosial-iqtisadi layihələrgetdikcə daha çox öz bəhrəsini verir.
İlin
sonuna qədər xərclənən vəsaitlər
19 milyard manat olacaq
Prezident İlham Əliyev Vll çağırış
Milli Məclisin ilk iclasındakı nitqində
bu mövzuya geniş yer ayıraraq deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası
hər birimizin önəmli vəzifəsidir. Ölkə başçısı
İkinci Qarabağ müharibəsindən sonra
görülmüş işlərin
miqyasının çox
geniş olduğunu qeyd edərək, bir neçə rəqəmi açıqlayıb.
Bildirib ki, müharibədən sonra bu ilin
sonuna qədər xərclənməsi nəzərdə
tutulan vəsait 19 milyard manatdır. Vəsaitin çox hissəsi infrastruktur layihələrinə
xərclənib. Zəngilanın
Ağalı kəndindən
başlayan Böyük
Qayıdış planına
uyğun olaraq artıq Laçın, Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinlərinin bir qismi öz
doğma evlərində
yaşayırlar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə
böyük infrastruktur
obyektləri inşa edilib, əhalinin məşğulluğu təmin
edilir. Dünya standartlarına cavab
verən müasir məktəblər, xəstəxanalar
tikilib istifadəyə
verilir. Füzuli və Zəngilanda
qısa müddətdə
inşa edilən hava limanları bölgə iqtisadiyyatının
dirçəldilməsinə töhfə verməklə
yanaşı, əsrarəngiz
təbiəti olan Qarabağın turizm potensialına da böyük dəstək olacaq. Artıq 3 min
km avtomobil və dəmir yolları inşa edilib, 70 km uzunluğunda 45 tunel və 450 körpünün
tikintisi davam etdirilir. Bütün azad olunmuş
ərazilərdə elektrik
təchizatı tamamilə
bərpa edilib. Bir neçə su-elektrik stansiyasının açılışı
olub. İşğaldan azad edilmiş
ərazilərə Böyük
Qayıdışa dair
I Dövlət Proqramının
Tədbirlər Planının
icrası çərçivəsində
Qarabağda və Şərqi Zəngəzurda
mərhələli şəkildə
bərpa olunan və ya yenidən
tikilən yaşayış
məntəqələrində bu günədək 8500-dən
çox keçmiş
məcburi köçkün
daimi məskunlaşdırılıb.
Prezidentin diqqəti sayəsində
2026-cı ilə qədər
140 min keçmiş məcburi
köçkünün öz
doğma yurdlarına qayıdışı təmin
ediləcək.
Ən yüksək inkişaf etmiş texnologiyalar tətbiq edilir, müasir infrastruktur qurulur
Qarabağ və Şərqi Zəngəzurun bərpasını
daha tez başa çatdırmaq, insanların yurd həsrətinə tamamilə
son qoymaq üçün
işlər həm sürətli, həm də çox keyfiyyətli şəkildə
davam etdirilir. Azad olunmuş ərazilərdə
"ağıllı kənd"lər,
"ağıllı şəhər"lər
salınır, ən yüksək inkişaf etmiş texnologiyalar tətbiq edilir, müasir infrastruktur qurulur. Bu məqsədlə,
Azərbaycanın dövlət
büdcəsindən ayrılan
vəsaitin həcmi də hər il artırılır.
Azad olunmuş ərazilərdə mədəni,
tarixi irsimizin qorunmasına da xüsusi diqqət yetirilir, tarixi abidələr bərpa edilir. Belə ki, ermənilər
tərəfindən dağıdılmış
yeddi məscid yenidən qurulub, səkkiz məscidin inşası davam edir. Hazırda Zəfər və
İşğal muzeyləri,
Zəfər parkları
salınır. Ağdamın
Cümə, Qiyaslı
və Şuşanın
Yuxarı və Aşağı Gövhər
Ağa, Saatlı məscidləri, "Qarabağ"
hoteli, Bülbülün
ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi bərpa
olunub. Dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
və Bülbülün
ev-muzeyləri açılıb,
heykəlləri qoyulub.
Şuşada "Xarıbülbül" hoteli istifadəyə verilib, yeni hotel və muzey mərkəzi
tikilib. Davamlı olaraq digər
şəhər və
kəndlərdə də
dini tikililərin bərpası aparılır.
Sistemli yanaşma artıq öz bəhrəsini verməkdədir
Sözügedən məsələni “Bakı-Xəbər”ə
şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, ötən
4 ildə hökumət
Qarabağ və Şərqi Zəngəzurun
bərpasını və
yenidən qurulmasını
sistemli şəkildə
həyata keçirir:
“Sistemli yanaşma artıq öz bəhrəsini verməkdədir.
Belə ki, dövlət siyasətinə əsasən
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında altı istiqamət üzrə prioritetlər müəyyənləşdirilib. Kənd təsərrüfatı, ərzaq
sənayesi, dağ-mədən
sənayesi, “yaşıl
enerji”, nəqliyyat-logistika
və turizm. Bu yanaşma çərçivəsində
sözügedən ərazilərin
coğrafiyası, təbii
iqlimi, tarixi-mədəni
əhəmiyyəti və
nəqliyyat potensialı
nəzərə alınaraq
regionlar üzrə inkişaf konsepsiyası hazırlanıb. Belə
ki, Şuşa şəhəri mədəniyyət
paytaxtımız rolunda
çıxış edir,
Ağdam şəhəri
yüngül sənaye
və xidmət, Zəngilan, Cəbrayıl
və Füzuli rayonları nəqliyyat-logistika
qovşağı olmaqla
yanaşı, eyni zamanda əkinçilik və “yaşıl enerji”, Laçın və Kəbəcər rayonları dağ-mədən
sənayesi, turizm, “yaşıl enerji” və heyvandarlıq mərkəzlərinə çevrilir.
Yaradılacaq bu mərkəzlər
ölkə iqtisadiyyatında
qeyri-neft sektorunun payını ciddi şəkildə yüksəldəcək.
Qarabağda və Şərqi
Zəngəzurda başlayan
genişmiqyaslı tikinti-bərpa,
quruculuq işləri ümumilikdə bütün
ölkə iqtisadiyyatının
inkişafına zəmin
yaradacaq. Bu ərazilərdə su, günəş, külək
enerjisindən istifadə
edilməsi üçün
lazımi şərait
olduğundan alternativ və bərpaolunan enerji mənbələrindən
istifadəyə xüsusi
önəm verilir.
Bütün bunlar həm
bərpa prosesinə öz töhvəsini verəcək, həm də ölkədəki iqtisadi artıma təkan verəcək.
Çünki azad edilmiş
edilmiş ərazilərdə
qeyri-neft sektoruna inkişafına əsaslanan
sahələrin inkişafı
ümumilikdə olduqca
müsbət tendensiyadır.
Çünki yeni, müasir
istehsal və xidmət sahələri yaradılır. Bu da ölkə iqtisadiyyatının neft-qazdan
asılılığının azalmasına xidmət edir”.
Vidadi ORDAHALLI
Bakı xəbər .-2024.-2
oktyabr.-S.8.