Şəhid
mayor Kamran Fərəcovun
roman kimi həyatı...
44 günlük haqq savaşımızda minlərlə Vətən
qeyrətli oğulların
qanı bahasına qazanılan qələbə
Azərbaycanın, eləcə
dünya hərb tarixinə qızıl hərflərlə həkk
olundu. Bu şərəfi bizə yaşadanların sırasında şəhid
mayor Kamran Fərəcov son damla qanına qədər həmişə öndə
gedib. Astara Pedaqoji Kollecində ona həsr olunmuş ”Roman kimi” hekayəsinin təqdimatı
keçirildi.
Əvvəlcə Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Dövlət Himninin sədaları
altında başlanan tədbiri açan kollecin direktoru, şəhid atası Kamran Kazımov dedi: -Azadlığı, müstəqilliyi, babalardan
miras qalan torpağı uğrunda oğlunu, qızını
şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının
qürur hissi keçirməyə, başını
uca tutmağa tam mənəvi haqqı var. Milli-mənəvi birliyimiz,
Vətən oğullarının
doğma el-obaya sədaqəti, mərdliyi
və mətinliyi 44 günlük haqq savaşımızda özünü daha bariz şəkildə göstərdi. Bu ölümsüzlüyə
qovuşan qəhrəmanlar öz
xalqının əsrlərin
sınağından çıxmış
milli xüsusiyyətlərinin
mahir daşıyıcılar
olmaqla, onların igidlik nümunələrində
xalqın, millətin köklü duyğuları
yaşayır. Milli mentalitetimiz,
milli ləyaqətimiz
məhz millətin qiymətli potensialı olan belə oğulların çiyinlərində
yüksəlir.
Çıxışlarda şəhid
mayor Kamran Fərəcovun
tələbəlik yoldaşları,
iş yoldaşları
ehtiyatda olan polkovnik Rəşad Kazımov, polkovnik-leytenant
Asif Kərimov, ehtiyatda olan zabit, mayor Cəmaləddin
Məmmədov, döyüş
yoldaşları Rauf Salayev , Ağasəlim Camalov şəhidlə bağlı danışdıqları xatirələr
tədbir iştirakçılar
tərəfindən böyük
maraqla dinlənildi.
Astara Rayon İcra Hakimiyyətinin İctimai, siyasi-humanitar şöbə üzrə
müavini Firəngiz Sadıxova, sinif yoldaşı Ruslan Əliyev, müəllimi Aybəniz Həsənova, Astara rayon
YAP təşkilatının sədri, şəhid ailələrinin dostu Həbib Cəfərov
mayor Kamran Fərəcovun
Vətən müharibəsində
göstərdiyi igidlik
və qəhrəmanlıqdan,
onun vətən sevgisindən söz açdılar.
“Roman kimi” filminin nümayişindən
sonra Astara Pedaqoji Kollecin Maliyyə-informasiya
şöbəsinin müdiri,
şəhidin ömür-gün
yoldaşı Nuranə
Fərəcova çıxışında
tədbirdə iştirak
edən hər kəsə, şəhidin
döyüş yoldaşlarına
təşəkkür söylədi
və nə qədər ağrılı-acılı
olsa da Kamranın
qürurla, iftixarla yad olunduğunu bildirdi.
Şəhid mayor Kamran Fərəcov
1978-ci ildə Astaranın
Səncərədi kəndində
dünyaya göz açıb. Vətən müharibəsində Cəbrayılın, Qubadlının
azadlığı uğrunda
döyüşlərdə qəhrəmanlıq göstərib.
Oktyabrın 21-də Qubadlıda şəhadətə qovuşub,
Astarada torpağa tapşırılıb. Ölümündən sonra 3-cü dərəcəli
“Rəşadət” ordeninə,
“Vətən uğrunda”,
“İgidliyə görə”,
Cəbrayılın, Qubadlının azadlığı
uğrunda medallara layiq görülüb.
Ailəli idi, iki qızı
yadigar qalıb.
Zəfər
ORUCOĞLU
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Bakı xəbər.-2024.-5-7
oktyabr.-S.14.