Azərbaycanda xalqların ənənəvi mədəniyyəti - “qızıl” ehtiyatı…

 

 

Son zamanlar mədəni identiklik, yəni insanın hər hansı bir mədəniyyətə mənsubluğu mövzusu böyük əhəmiyyət kəsb edir. Bu, özünə, başqa insanlara və bütövlükdə dünyaya qarşı dəyərə əsaslanan münasibət formalaşdırır.

 

Bundan başqa, eynilik psixoloji qorunmanın şərtlərindən biridir. Hər kəs özünü bütünün bir hissəsi kimi tanıdıqda, müxtəlif fərdlər və müxtəlif cəmiyyətlər üçün yer olduqda, həm fərd, həm də cəmiyyət problem yaşamır, dinamik şəkildə tərəqqi edir.

 

Ənənələr vətənpərvərlik mövqeyinin formalaşmasında mühüm rol oynayır

 

Günümüzdə milli-mədəni kimliyə artıq dövlət təhlükəsizliyi kontekstində baxılır, vətəndaşın vətənpərvərlik mövqeyini formalaşdıran ənənələrin qorunub saxlanmasının vacibliyi vurğulanır. Şəxsiyyətin itirilməsi tarixietnik köklərin itirilməsinə, milli rəmzlərin inkar edilməsinə, dəyərlərin məhvinə, mənəvi-mədəni oriyentasiyanın pozulmasına gətirib çıxarır. Mədəni özünəməxsusluğu formalaşdıran vasitələrdən biri də mənəvi-əxlaqi, bədii, estetik, vətəndaşlıq tərbiyəsinin əvəzsiz mənbəyi olan xalq özfəaliyyət yaradıcılığıdır. Qədim dövrlərdə yaranmış xalq yaradıcılığı bütün dünya bədii mədəniyyətinin tarixi əsasını təşkil edir. Biz bunu adətən janr, yəni xoreoqrafiya, vokal, instrumental, teatr, incəsənət və sənətkarlıq üzrə nəzərdən keçiririk.

 

Müasir şəraitdə Azərbaycanın dövlət mədəniyyət siyasətinin əsas vəzifələrindən biri ənənəvi mənəvi-əxlaqi dəyərlər, xüsusən də uşaqlar və gənclər üçün vətənpərvərlik tərbiyəsidir. Bütün təzahür zənginliyi ilə burada böyük rol oynayan ənənəvi mədəniyyətdir. Əsl xalq mədəniyyətinin, əsrlər boyu toplanmış mədəni irsin qorunub saxlanması və ondan cəmiyyətin sivil konsolidasiyası, xalqlar arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi üçün səmərəli istifadəsi xüsusi aktuallıq kəsb edir. Xalqların qeyri-maddi etnomədəni irsini qorumaqmüasir sosial-mədəni kontekstə inteqrasiya etmək olduqca vacibdir. Uşaqları və gəncləri xalq mədəniyyəti ənənələrini öyrənməyə mütəmadi həvəsləndirmək kimi məsələyə ədə ölkəmizdə böyük önəm verilir. Etnomədəni irsinmilli adət-ənənələrin təbliğinə kömək edən uğurlu layihələrin yaradılmasına və inkişafına kömək olunur. Müasir kontekstdə xalqların mədəni irsinin qorunub saxlanılması və yenilənməsi təcrübəsini, ənənəvi əxlaqi-etik qaydalara və mənəvi-əxlaqi dəyərlərə əsaslanan vətənpərvərlik tərbiyəsi daim aktualdır. İndi ekspertlərin fikrincə, ənənələrə sosial texnologiyamilli sərvət kimi baxmaq lazımdır. Ənənə, xalq mədəniyyəti davamlılıq mexanizmidir. Azərbaycanda  xalqlarının ənənəvi mədəniyyəti qızıl ehtiyatıdır, bu təkcə mədəni dəyər deyil, həm də ölkəmizin strateji təhlükəsizliyidir. Təbii ki, ənənəvi mədəniyyəti qorumaq, öyrənmək və təbliğ etmək yalnız birgə səylərlə mümkündür. Bunlar fonunda Azərbaycanda milli azlıqların mədəni dəyərlərinin qorunub saxlanmasına və təbliğinə də böyük əhəmiyyət verilir. Kiçik millətlərin nümayəndələri ilə bağlı siyasət nümunəvi xarakter daşıyır.

 

Mədəni dəyərlərin qorunub saxlanması onların populyarlaşması fonunda mümkündür

 

Mədəni dəyərlərin qorunub saxlanmasında ən mühüm rolu cəmiyyət, daha doğrusu onun üzvləri oynayır. Belə dəyərlərin qorunub saxlanması onların populyarlaşması fonunda mümkündür. Düzdür,  mədəniyyət heç vaxt əvvəlki kimi qalmır,  tədricən dəyişir. Lakin müəyyən adət-ənənələrin və mərasimlərin əhalinin mədəni həyatının tərkib hissəsi olmasını təmin etmək lazımdır. Yalnız bu yolla mədəni dəyərləri ölkənin sosial-iqtisadi inkişafına təsir etmədən qoruyub saxlamaq olar.

 

Mədəni dəyərlərinin qorunması və populyarlaşdırılması yerli sosial-iqtisadi inkişafla ahəngdar şəkildə birləşdirilməlidir.  Bunlara ölkəmizdə xüsusi diqqət olunur. Elə bundan irəli gəlir ki, Azərbaycan cəmiyyəti öz ali dəyərlərinə, torpaqlarına, dövlətçilik ənənələrinə, ümumiyyətlə, maddi və mənəvi irsinə hörmətlə yanaşdığı üçün 30 il müddətində işğal faktı ilə barışmadı.   İşğal faktına birdəfəlik son qoyuldu. Müstəqillik dövründə milli mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işi əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini verib. Qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində heç zaman Qarabağda olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəsil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər çaldı. Bütün bunlar isə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sayəsində oldu. Dövlətimiz bu istiqamətdə doğru, düzgün aparıb və dövlətçilik tariximizin, milli adət-ənənələrimizin təbliğinə xüsusi diqqət ayırıb, qayğı ilə yanaşıb. Bu, təsadüfi deyil. Çünki  mədəniyyətin və milli ənənələrin, dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu günöz aktuallığını qoruyub-saxlayır. Bəzən Avropa dəyərlərinin mənimsənilməsi və Avropaya inteqrasiya adı altında milli adət-ənənələrə zidd olan elementlərin təbliği təəssüf doğurur. Yəni, milli dəyərlərimizlə uzlaşmayan elementlərin təbliği qəbuledilməzdir. Şübhəsiz ki, bundan sonra da milli adət və ənənələr ictimai, mədəni tərəqqinin əsas göstəricisi kimi çıxş edəcək. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə buya digər formada inteqrasiya edəcək. Hər bir ictimaisiyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun mənəvi-bədii dəyərlərinə öz möhürünü vurur. Azərbaycanın mədəniyyət və incəsənəti qədim tarixi köklərə malik olduğundan bəşəri təkamülün bütün mərhələlərində ənənəvi milli yaradıcılıq prinsipləri qorunub saxlanılıb. Hətta qloballaşmanın geniş vüsət aldığı müasir mərhələdə də varislik amili öz əhəmiyyətini itirməyib. Elə Azərbaycanın tərəqqisində qazandığı nailiyyətlər həm də bundan qaynaqlanır.

 

Samirə SƏFƏROVA

Bakı Xəbər .- 2024.- 24 oktyabr (¹ 183).- S.8.