COP29 azərbaycançılıq
ideyasının mühüm nümayiş arenasına çevriləcək...
Azərbaycanda son illər ardıcıl olaraq müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir, ölkəmiz bu toplantılara, forumlara, yarışlara uğurla ev sahibliyi edir. Azərbaycana gələn qonaqlar dövlətimizdən də, xalqımızdan da razı qalır.
Çünki istənilən tədbirə dövlət və xalq olaraq hazırlaşırıq, qonaqlarımıza öz ənənəvi qonaqpərvərliyimizi göstəririk.
Azərbaycan çoxmillətli, çox mədəniyyətli, bir neçə dinin, etnik qrupun uzun əsrlərdən bəri mehriban şəkildə yaşadığı bir ölkədir. Bu ölkədə milli, dini mənsubiyyətinə görə heç bir ayrı-seçkilik nümunəsi yoxdur, bütün mədəniyyətlərin daşıyıcıları tolerantlıq şəraitində yaşamlarını davam etdirirlər. Azərbaycan vətəndaşlarını bir bayraq altında birləşdirən ideya, ideologiya Azərbaycançılıqdır.
Azərbaycançılıq ölkəmizin vətəndaşları olan bütün xalqlar üçün böyük dəyərə malikdir, söykəndiyi istinad nöqtəsidir, etibarlı bir dayaqdır.
Bu ilin noyabrın 12-24-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına-COP29-a ev sahibliyi etməyə hazırlaşır. COP29 tədbirlərində iştirak etmək üçün ölkəmizdə dünyanın dörd bir yanından müxtəlif statuslu insanlar gələcək, bu tədbirdə nüfuzlu dövlətlərin liderləri, rəsmi şəxslər, tanınmışlar, iqlim mütəxəssisləri, görkəmli elm xadimləri gələcəklər.
Vurğuladığımız kimi, beynəlxalq tədbirlərin uğurla baş tutmasına cəmiyyətimiz, xalqımız da böyük töhfə verir. Şəhərimizin qonaqlarının xoş üzlə, mehribanlıqla qarşılanması əsas şərtlərdən biridir ki, bizim xalqımız o yüksək mədəniyyəti, qonaqpərvərliyi, səmimiyyəti hər zaman nümayiş etdirə bilir.
Gizlin deyil ki, COP bizim öz dəyərlərimizi, milli mədəniyyətimizi, başlıcası isə Azərbaycançılığın möhtəşəm örnəklərini dünyaya çatdırmağımız üçün növbəti fürsətdir. Bizim onlara özümüzü mükəmməl bir xalq olaraq təqdim etməyimiz üçün yaranan imkanlardan biri məhz COP29-dur.
Əlbəttə, Azərbaycan qonaqlarını qarşılamaq üçün çox yaxşı hazırlaşıb, şəhərimizdə, bölgələrimizdə həyata keçirilən işlər, layihələr bunu deməyə əsas verir. Bunlar öz yerində.
Biz bu tədbir çərçivəsində özümüzü Azərbaycançılıq dəyərlərinə malik olan xalq kimi təqdim etmək üçün
maraqlı layihələrlə, təqdimatlarla, sərgilərlə çıxış etməli, milli mədəniyyətimizin, milli mətbəximizin incilərini də qonaqlara təqdim etməliyik. Bizim bunun üçün potensialımız zəngindir, istəyimiz boldur.
“Azərbaycançılıq dəyərlərini yüksək səviyyədə təbliğ etməliyik ki...”
AYB üzvü, Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli “Bakı-Xəbər”ə bildirdi ki, biz COP29 tədbirləri çərçivəsində Azərbaycançılığı tərənnüm edən sərgilər, maraqlı təqdimatlar edə bilərik. F.Balabəyli bildirdi ki, hər bir dövlətə, şəhərə qonaq gələn şəxslər ilk növbədə o xalqın davranış mədəniyyəti, incənəti, mədəniyyət, mətbəx inciləri ilə maraqlanır, gördüklərinə uyğun da qiymət verir.
“Azərbaycançılıq ideyasının vacibliyi bütün dövrlər üçün aktual olmalıdır, nəinki COP29 ərəfəsində. Azərbaycançılıq dəyərlərini yüksək səviyyədə təbliği etməliyik ki, bizim haqqımızda daha aydın təsəvvür olsun. Bu tədir dəyərlərimizi qonaq qismində ölkəmizə gələn, tədbir iştirakçısı olan ölkələrin, nümayəndələrin diqqətində saxlamaq, onlara özümüzü-tariximizi, bu günümüzü, iqtisadiyyatımızı, mənəvi dəyərlərimizi tanıtmaq üçün yaranmış, yaxud nail olduğumuz bir fürsətddir. Biz əlbəttə, bundan səmərəli yararlanmalıyıq.
Bunun üçün atılacaq addımların necə və nədən ibarət olmasını indi fikirləşmək, əlbəttə ki, gecdir. Niyə? Ona görə ki, biz bu və ya digər tədbirlər öncəsi Azərbaycançılıq ideyasının təbliği haqda fikirləşməli deyilik. Bütün zamanların aktual mövzusu olaraq və bütün sahələrdə özümüzü, ölkəmizi, onun coğrafi, maddi, mənəvi, iqtisadi, sosialoji, hərbi və sair nüanslarda və sahələrdə varlığını, necəliyini dünyaya tanıtmalıyıq”-deyə F.Balabəyli bildirdi.
“COP29 iştirakçıları Azərbaycan mədəniyyətinin örnəklərini yaxından görməlidir”
F.Balabəyli qeyd etdi ki, bu sahədə mədəniyyət müəssisələri, sənət adamları, bu istiqamətdə fəlaiyyət göstərən qeyri-hökumət təşkilatları daha aktiv olmalıdırlar. F.Balabəylinin fikrincə, COP29-un Azərbyacanda keçirilməsi qərarından dərhal sonra mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlar qonaqlara mədəni, tarixi, milli-mənəvi dəyərlərimizi təqdim etmək üçün layihələr üzərində işləməli idilər: “Amma bu istiqamətdə işlər getmirdimi? Gedirdi əlbəttə. Amma çox az, çox cüzü, çox bəsit. Baxın, xarici ölkələrdə keçirilən, bizlərdən dəvət olunan ədəbiyyat, siyasət, mədəniyyət və digər maraq doğuran tədbirlər olur ki, ora göndərilən adamların sifətindən, düşüncəsindən az qala bezirsən. Bu adamların səviyyəsinin heç də aşağa olmasından bəhs etmirəm, təkrarçılığından danışıram. Olmazmı müxtəlif yaradıcı insanlar, yaxud bacarıqlı mütəxəssislər gedə və onların hər biri də ölkəmizin sərvəti ola biləcək, özlərində saxladıqları, göstərilməyən keyfiyyətləri çatdıra? Əlbəttə olardı.
O ki qaldı COP29-un keçirildiyi məqama, əlbəttə müxtəlif tədbirlərin, sərgilərin, konsert və tamaşaların, milli adət və ənənələrin təbliğinə aid nə olarsa, bunları sərgiləmək çox vacib olan məsələlərdir.
Zatən, artıq ölkəmiz, onun mədəniyyəti, yerləşdiyi coğrafiya və iqlim qurşağı, hərbi qüdrəti, iqtisadi potensialı haqda gələn qonaqlar məlumat toplayıblar, yaxud əvvəldən bilirdilər.
Bu bizə sevgidən, gizlin yaxud aşkar aparılan həsəd və düşmənçilikdən də ola bilər. Amma bütün hallarda bizim özümüzü mükəmməl bir xalq kimi növbəti dəfə təqdim etməyimiz çox vacib bir məsələdir. COP29-a gələnlər Azərbaycanın və azərbaycanlıların necə qonaqpərvər olduğunu bir daha görməlidir. Gizlin deyil, bizim ölkəmizi dünyada tanıyanlar çoxdur və qiymətimizi də çox yüksək şəkildə veriblər. Amma biz bu statusu əbədi olaraq saxlamalıyıq. COP29 iştiraçıları Azərbaycan mədəniyyətinin örnəklərini yaxından görməlidir. Bu bizim xalq olaraq nəyə qadir olduğumuzu, hansı dəyərlərə sahib olduğumuzu aydın şəkildə göstərəcək”.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2024.- 25
oktyabr (¹ 194).- S.8.