Dini
tolerantlıq - bütün bölgələrə,
bütün dinlərə, bütün ibadətgahlara eyni
yanaşma...
Tolerantlıq
nümunəsi olan Azərbaycanda multikultural dəyərlərə və ənənələrə
həssaslıqla, hörmətlə yanaşılır.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan,
eyni zamanda, millətlərarası
və dinlərarası münasibətlərin inkişaf
etdirilməsi baxımından da nümunəvi
ölkə kimi xarakterizə olunur.
Azərbaycanda hər zaman tolerantlıq mövcud olub
Bütün bunlar səbəbsiz deyil. Belə ki, ölkəmizdə
milli və dini müxtəliflik bəzi dövlətlərdən
fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil,
əksinə, tolerantlıq
mühitinin əsas komponentləri olaraq çıxış edir.
Təsadüfi deyil ki, ölkəmizdə müxtəlif
xalqların nümayəndələri
bir ailə kimi yaşayırlar.
Birgəyaşayışın, dini dözümlülüyün,
sülhün qarantı
olan multikulturalizm Azərbaycanda qədim köklərə malikdir.
Milli dəyərlərimizlə həmahəng
olan tolerantlıq bu gün digər
xalq və millətlər, müxtəlif
dövlətlər üçün
nümunəyə çevrilib.
Başqasının mədəniyyətinə, dünyagörüşünə, dini inancına hörmət etmək, anlayış göstərmək
yüksək insani keyfiyyətdir. Bu həm də öz dəyərlərini
tanıtmağın, təbliğ
etməyin bir yoludur. Tarixən bu günümüzə
qədər Azərbaycanda
hər zaman tolerantlıq mövcud olub. Ölkəmizdə inanclarına, adət-ənənələrinə,
dininə, irqinə, milli mənsubiyyətinə
görə heç kəsə fərq qoyulmayıb. Hər bir
vətəndaşa eyni
şəkildə yanaşılıb.
Dövlətimiz milli və bəşəri dəyərlərə
hər zaman böyük hörmət bəsləyib. Hər zaman
təsdiq edilib ki, insan doğulduğu
yurdu, məxsus olduğu milləti sevməsə, başqa xalqlara, ayrı-ayrı insanlara, hətta ölkələrə laqeyd
olar. Bu mənada
Azərbaycan xalqı həmişə genişürəkli
və humanist mövqeli
olub. İstər qonşu, istərsə
də uzaq ölkələrdə yaşayan
millətlərə qayğı
və məhəbbətlə
yanaşıb.
Sinaqoqlar, xristian kilsələri
də dövlət vəsaiti hesabına yenidən qurulur
Diqqəti çəkən məqam
odur ki, dövlət vəsaiti hesabına nəinki müsəlman ibadətgahları,
məscidlər, Azərbaycanda
digər dinlərə
aid müqəddəs yerlər
də təmir olunur, yenidən qurulur. Özü də belə
bərabər yanaşma
təkcə paytaxtda deyil, bölgələrdəki
müqəddəs məkanlara
münasibətdə də
özünü göstərir.
Məsələn, Quba rayonunun
Qırmızı qəsəbəsində
yerləşən yəhudi
sinaqoqları dövlət
vəsaiti hesabına təmir edilib. O cümlədən, xristian
kilsələr də dövlət vəsaiti hesabına yenidən qurulur. O da məlumdur
ki, 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusu qələbə qazanaraq işğaldakı torpaqlarımızı
azad edib. Artıq bu il zəfərimizin dördüncü ildönümünün
qeyd olunmasına sayılı günlər
qalıb. Sevindiricidir ki, respublikamızın
bütün ərazilərində
suverenliyimiz tam bərpa
olunub. Artıq bir ildir ki, Xankəndidə bayrağımız dalğalanır.
Dörd ildir ki, dağıdılmış
şəhərlərimiz bərpa
edilir. Dövlətimiz dini abidələrin
bərpasına, tamamilə
dağıdılmış abidələrin yenidən
tikilməsinə xüsusi
qayğı göstərir.
Şuşada, Ağdamda, Füzulidə,
Zəngilanda və işğaldan azad edilən digər rayonlarda məscidlər, digər dini ibadətgahlar bərpa edilir. Dövlətimizin səyi nəticəsində
bütün bu abidələr bərpa olunur. Şuşada Yuxarı Gövhərağa
məcsidi, Aşağı
Gövhərağa məscidi,
Saatlı məscidi bərpa edilib. Zəngilanda da dağıdılan məscid yenidən tikilir. Laçında,
Suqovuşanda, Hadrutda məscidlər tikilir. Bir sözlə, işğaldan
azad edilən bütün ərazilərimizdə
məscidlər əsasən
dövlət vəsaiti
hesabına inşa olunur. Bu, dövlətin
mənəvi dəyərlərə
verdiyi önəmi göstərir. Bir daha qeyd edək ki, dövlət bu qayğını yalnız İslam abidələrində deyil,
həm də xristian abidələrinə
- Qafqaz-alban irsinə də göstərir.
Çünki ermənilər təkcə
müsəlman abidələrnə
deyil, eyni zamanda xristian abidələrinə - Qafqaz
Albaniyası dönəminə
məxsus abidələrə
də zərər vurublar. Ermənilər özlərinə xristian desələr də, xristian abidələrinə də
hörmətlə davranmayıblar.
Onlar xristian abidələrinə
qarşı da vandalizm həyata keçiriblər. Ona görə
də məscidlərimizlə
yanaşı, Qafqaz-alban
irsi də dövlət qayğısı
sayəsində bərpa
olunmaqdadır.
Bütün bunlar din-dövlət
münasibətlərinin necə
yüksək səviyyədə
olmasının göstəricisidir
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, bütün bunlar tolerantlığın, din-dövlət münasibətlərinin necə yüksək səviyyədə olmasının göstəricisidir: “Həqiqətəndə bu məsələdə Azərbaycan nümunəvi ölkələrdən biridir. Son 30 ildə din-dövlət münasibətlərində ciddi inkişaf var. Xüsusən də ölkənin iqtisadi imkanları genişləndikcə, dini abidələrin, məscidlərin bərpasına və təmir edilməsinə büdcədən daha çox vəsait ayrılır. Ölkəmizdə yaşayanların böyük əksəriyyəti müsəlman olsa da, bu bəsələdə bərabər yanaşma var. Yəni dövlət vəsaiti hesabına məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar təmir edilir. Hər il Prezidentin Ehtiyat Fondundan bütün dini icmalara birdəfəlik yardımlar edilir. Bundan başqa, Şuşada məscidlərlə yanaşı, məşhur Qazançı kisəsinin də təmiri həyata keçirilir. Bununla belə, qədin Alban abidələrinin, məbədlərin mühafizə olunmasına, onların restavrasiyasına xüsusi diqqət göstərilir. Ona görə ki, Azərbaycanda dini tolerantlıq çox yüksək səviyyədədir. Bu kimi məsələlərdə əsla hansısa ayrı-seçkilikdən söhbət gedə bilməz. Nə dövlət səviyyəsində, nə də ictimai münasibətlər zəminində bir ayrı-seçkilik yoxdur. Digər tərəfdən, 2014-cü ilin mayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Sözügedən mərkəzin fəaliyyəti Azərbaycan həqiqətlərinin və multikulturalizmin dünyada təbliğində olduqca mühüm əhəmiyyətə malikdir. O baxımdan bütün bunlar bizim milli sərvətimizdir”.
Vidadi ORDAHALLI
Bakı Xəbər.- 2024.- 11
sentyabr, ¹ 182.- S.8.