Erməni “Lazarev klubunun ardınca molla kanalları da Rəsulzadəyə hürməyə başladılar...

 

“Rəsulzadəni kimlərinsə farsçılığa bağlamaq cəhdləri qətiyyən yolverilməzdir, o bir Turançı, Azərbaycançıdır”

 

Azərbaycan Cumhuriyyətinin qurucusu, Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin imzaladığı Sərəncam qonşularımızı ciddi narahat etməyə başlayıb.

 

Son günlər Ermənistan mediası, oradakı qondarma qurumlar, eləcə də Rusiyada fəaliyyət göstərən ermənipərəst “Lazarev klubu” M.Ə.Rəsulzadəyə qarşı hücuma başlayıb. Artıq molla rejiminin bəzi informasiya resursları da bu çirkin kampaniyaya qoşulublar. Molla rejiminin siyasətini yürüdən “Azərbaycan tarixi” adlı Telegram kanalı Rəsulzadəni “İrançı” kimi qələmə verməyə başlayıb. Sözügedən üzdəniraq kanal Rəsulzadənin “vəsiyyətnaməsini” yayıb.

 

İddia edirlər ki, guya Rəsulzadə əsərlərində "Siyasi nəzəriyyələriniz iranlılıq çərçivəsindən kənara çıxmamalıdır", "Mömin gərək vəsiyyətsiz ölməsin, odur ki, möhtərəm oxucular, mən ''Niş”də vəsiyyət edirəm...Elə hamımız bir yerə toplaşıb bir azad İran məmləkəti yaradaq, rusingilisiyaddan çıxarmayaq!" fikirlərini qeyd edib. Guya bu "vəsiyyətnamə" Rəsulzadənin əsərlərinin ikinci cildində öz əksini tapıb (İkinci cild 1909-1914, S. 62 NİŞ, “İrani-nov” N206, 17 may 1910)

 

Ermənilərdən, “Lazarev klubundan sonra indimolla rejimi Rəsulzadəyə çirkab atır. Bunların belə çirkin kampaniya yürütməkdə məqsədləri nədir?

 

Bu sərəncam fars şovinistlərinin, erməni və ermənipərəstlərin antirəsulzadə təbliğatının üstündən qara bir xətt çəkib”

 

M.Rəsulzadənin sosial – fəlsəfi görüşlərini tədqiq edən və bu barədə kitablar yazan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli molla rejiminin iddialarına cavab olaraq  “Bakı-Xəbər”ə bildirdi ki, bu irançılıq, iranlılıq məsələsinə dərindən yanaşmaq lazımdır. “Biz ancaq aysberqin görünən yox, görübməyən tərəflərini bilməliyik. Necə oldu ki, XIX əsrin əvvəllərindən etibarən bu İran, irançılıq məsələsi, paralel olaraq Turan və turançılıq məsələsi gündəmə gətirildi? Təbii ki, bunu gündəmə gətirən Avropa mərkəzçiləri idi. İngilislər, fransızlar, almanlar hərəsi öz maraqlarına uyğun olaraq bu anlayışlardan yararlanırdılar. Həmin dönəmdən etibarən də Qacarlar dövlətində, Çar Rusiyanın işğalı altında olan Azərbaycanda və digər bölgələrimizdə məhz bu anlayışlar - İran, irançılıq, Turan, turançılıq  geniş yayılmağa başladı. Görürük ki, Turan, turançılığın əsas ideoloqları Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə və başqalarıdır. Ancaq Azərbaycan türkləri arasında irançılığın da nümayəndələri vardı. Mirzə Fətəli Axundovun adını çəkə bilərik. Hətta Mirzə Əbdürrəhim  Talıbovda, ilk dövrlərdə Əhməd bəy Ağaoğlunda, müəyyən dərəcədə də Məhəmməd Əmin Rəsulzadədə bu hiss olunur. Bu nədən qaynaqlanır? Əslində, Mirzə Fətəli Axundov sonuna qədər müəyyən mənada irançılığın təsiri altında da qaldı. Amma Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə sonradan Əli bəy Hüseynzadənin turançılıq ideyasından daha möhkəm yapışdılar və bunu davam etdirdilər. Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin irançılıq məsələsinə baxışında, əlbəttə, Avropa mərkəzçilərinin də təsiri vardı. Ancaq Rəsulzadə 1909-1911-ci illərdə Qacarlar dövlətində, özünün də yazdığı kimi, onlar İran və irançılıq məsələsinin əsl mahiyyətinə çox da varmırdılar ki, Avropa Mərkəzçiləri hansı məqsəd güdür, onların əslində niyyəti türk dövləti Qacarları devirib yerinə fars dövləti qurmaq idi. O zaman Rəsulzadə də, onun silahdaşları da, hətta Səttarxan özüQacarlar dövlətinin yeniləşməsinin, konstitutsiyalı olmasının tərəfdarı idi. Onlar istəyirdilər ki, konstitutsiyalı bir dövlət yaradılsın. Rəsulzadə özüİran türkləri” əsərində  yazır ki, biz o zaman bu yöndə Tehranda, Təbrizdə bəzi işlər görərkən, xüsusən “Yeni İran” qəzeti çap edərkən millət, türklük, yaxud farslıq məsələsi ön planda deyildi, məqsəd sadəcə İran və iranlılıq adı altında Qacarlar dövlətinin yenişləməsi idi. Şübhəsiz, avropalılar İran və iranlılıq məsələsini farslara, Turan və turançılığı isə türklərə bağlayırdılar. Sonradan türklər Turan və turançılığı, farslar isə İran və irançılığı qəbul etdilər. Məhəmməd Əmin Rəsulzadə, əlbəttə, “Yeni İran” qəzetində yazdıqlarında yalnız Qacarlar dövlətinin yeniləşməsindən, demokratik bir dövlətə çevrilməsindən bəhs edirdi. Burada konkret olaraq türklük və farslıq məsələsi qoyulmurdu. Ümumiyyətlə, o zaman heç irançılıq farsçılıq mənasında da işlədilmirdi. Dediyim kimi, heç o dövrdə Qacarlar dövlətində millət söhbəti getmirdi. Bu baxımdan da Rəsulzadəni kimlərinsə farsçılığa bağlamaq cəhdləri qətiyyən yolverilməzdir, o bir Turançı, Azərbaycançıdır.  

 

Şübhəsiz, zaman-zaman ingilislər elə bir oyun oynadılar ki, o zamankı Qacarlar parlamenti də mahiyyətcə İran və irançılıq adı altında əslində farsizmə xidmət etməyə başladı. Aydındır ki, elə 1925-ci ildə də Qacarlar türk dövləti devrilib. Mənə elə gəlir ki, ingilislərin oynunun bir parçasına çevrilən farslar və bəzi azərbaycanlılar sonra elə irançılığa da davam etdilər. Amma Məhəmməd Əmin Rəsulzadə məsələnin əsl mahiyyətini İstanbulda olarkən daha dərindən incələyib öyrəndi. Bildi ki, Avropa mərkəzçilərinin məqsədi əslində onun ortaq yurd, ortaq vətən kimi gördüyü Qacarlar türk  dövlətini deviribdemokratiya”, “parlamentli quruluş” adı altında farslaşdırma siyasətini həyata keçirməkdir. Ona görə də, o öz əsərlərində yazırdı ki, bizim mücadiləmiz ortaq yurd, ortaq dövlət, ortaq vətən, Qacarlar dövlətində yaşayan bütün xalqların azadlığını, haqlarını, hüquqlarını orataya qoymaq üçün idi. Bundan sonra, şübhəsiz ki, Məhəmməd Əmin Rəsulzadə türkçülüyün, Turançılığın, Azərbaycançılığın ideoloquna çevrildi. Sonrakı proseslərdə İran, İrançılıq fars şovnizminə, farsizmə xidmət etməyə başladı... Rəsulzadə də bir türk övladı olaraq Turançılığı və Azərbaycançılığı qəbul etdiyeni yaranan dövlətə də Azərbaycan adını ona görə verdi ki, məhz Turanın mərkəzi Azərbaycandır”.

 

F.Ələkbərlinin sözlərinə görə, Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində də yazır ki, tarixən mövcud olmuş Turanın mərkəzi həmişə Azərbaycan olub, Turan deyilən yer elə Azərbaycandır, Azərbaycan Cumhuriyyəti də kiçik Turandır.

 

Müsahibimiz qeyd etdi ki, o zaman türklər demokratik bir quruluş istəyində olsa da, ingilis və onların oyuncağı olan farsların məqsədi tamam başqa olub, onlar farsçılığa, fars şovinzminə xidmət ediblər. “Çox təəssüflər olsun ki, Qacarlar dövlətində Əhməd Kəsrəvi, Seyid Həsən Tağızadə və başqaları elə axıra qədər irançılığı qəbul etdilər və onun müdafiəçisinə çevrildilər.

 

Rəsulzadənin yazdıqlarını, görüşlərini, mücadiləsini heç bir halda farsçılığa, panfarsizmə xidmət anlamında qəbul etmək olmaz. İndinin özündə də bu iranlılıq məsələsi ciddi bir problemdirbundan farslar çox böyük ustalıqla istifadə edirlər, türkləri, başqa xalqları iranlılıq adı altında məcburən farsçılığa, farsizmə xidmət etdirməyə çalışırlar. Ancaq bu uzun sürməyəcək, keçmiş Qacarlar dövlətində olan xalqlar da oyanacaq. Türklər də yaxşı bilir ki, bizim yolumuz Turandır, Azərbaycandır.

 

Onu da deyim ki, Rəsulzadə Qacarlar dövlətinə getmişdi, o da bir türk dövləti idi, məqsəd də dövləti yeniləmək, demokratikləşdirmək, burada yaşayan bütün xalqların rifahı naminə fəaliyyət olub.

 

O ki qaldı Rəsulzadəyə qarşı fars-molla rejiminin, ermənilərin və ermənipərəstlərin hücumlarına, bunun heç bir faydası olmayacaq. Bu qüvvələr Azərbaycanın möhtəşəm qələbəsini heç cür həzm edə bilmədikləri üçün birləşiblər. Azərbaycan dövlətinin özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan etməsindən də ciddi əndişə keçirirlər. Bizim tariximizə, tarixi şəxsiyyətlərimizə sahib çıxmağımızdan o qədər narahat olublar ki, Rəsulzadə ilə bağlı həqiqətə uyğun olmayan iddialar irəli sürürlər. Rəsulzadə Azərbaycan xalqının, türk dünyasının oğludur. Onun 140 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncam imzalaması düşmənlərimizi ciddi şəkildə sarsıdıb. Bu sərəncam fars şovinistlərinin, erməni və ermənipərəstlərin antirəsulzadə təbliğatının üstündən qara bir xətt çəkib. Onları qorxudan xalqımızın birliyi, öz tarixinə, dövlətçilik irsinə sahib çıxmasıdır”-deyə F.Ələkbərli qeyd etdi.

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 26 yanvar, ¹ 15.- S.11.